İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

www.muselmanlar.com

 

 



33 

 

Məlum  olduğu  kimi,  buradakı  əsas  mövzumuz  cinsi 



həyatdır. Elə isə seksual münaibətlər baxımından maraqlı olan 

bu məsələ də izah edilməlidir. 

Qeyd edək ki, Qurani-Kərimdə evlənib cinsi əlaqədə olunan 

qadınlar  haqqında  ərgən  qadınlar  mənasında  “ən-Nisa”  sözü 

işlədilir. Ərdə olan qadın mənasında da “ən-Nisa” sözünün tək 

forması olan “imraətun” kəlməsindən istifadə olunur. Nikaha 

daxil  edilə  bilən  azad  və  ya  əsir,  müsəlman  və  ya  qeyri-

müsəlman  qadınlarla  əlaqədar  olaraq  sırf  iradəli  ərgənlər 

barəsində  düşünülə  bilən  “Allaha  şərik  qoşmamaq  və 

namuslu  olmaq”  şərti  irəli  sürülür.  Ərə  veriləsi  qadınlar 

haqda  isə  ərsiz  qadın  mənası  da  verən  “əyama”  sözü  işlənir. 

Əlavə olaraq, məhz Quran evlənmək üçün ərgənlik dövrü olan 

ən-Nikaha  işarə  vurur.  Bütün  bu  və  buna  oxşar  sübutlar 

göstərir  ki,  ərgən  olmayan  qız  uşaqlarını  ərə  vermək  olmaz. 

Quran ərgənliklə yanaşı, nikah əqdinin şərtlərini yerinə yetirməyə 

qabil olmaq mənasında rüşdü də vacib hesab edir.

40

 

Xatırlatma:  Bu  əsərin  “Evləniləsi  qadın  və  kişini  görmək” 



fəslində  qeyd  olunan  meyarlara  təkcə  indiki  dövrün  kişi-qadın 

münasibətlərində heç bir qayda-qanun və sərhəd tanımayan dünyəvi 

həyat  prizmasından  baxmamaq  lazımdır.  Bu  prinsip  və  meyarlara 

təbii meyllər və onları əks etdirən müxtəlif mədəniyyətlər baxımından 

yanaşmaq lazımdır. 

 

 



                                                 

40

 Bəqərə, 2/221; Nisa, 4/4-5, 24-25; Maidə, 5/5; Nur, 24/32; Təhrim, 66/10-11. 



www.muselmanlar.com

 

 



34 

 

Seksual  cəhətdən  xoşbəxtlik  üçün  yerinə 



yetirilməli olan öhdəliklər - 3 

Sünnət olmaq 

“Əvvəlki peyğəmbərlərin yolu ilə get” (Ənam, 6/90) 

Ər-arvadın 

arasında 

seksual 


münasibətləri 

doyma 


nöqtəsinə  çatdıran  əsas  vasitələrdən  biri  də  sünnət  olmaqdır. 

Sünnətin seks nöqteyi-nəzərindən vacibliyini izah etmək üçün 

onu  kişi  və  qız  sünnəti  olmaqla,  2  yerə  ayırıb  təhlil  etməyi 

münasib hesab edirik. 

A) Kişi sünnəti (xitan) 

a) Sünnətin dini cəhətdən əhəmiyyəti 

Əziz  peyğəmbərimizə  (əs)  Quranın  aralarında  həzrəti 

İbrahimin  də  olduğu  “Əvvəlki  peyğəmbərlərin  yolu  ilə  get” 

formasındakı  buyuruğu  verilmişdi.

41

 Ona  həzrəti  İbrahimin 



çox  yaşlı  bir  vaxtda  sünnət  olduğuna  dair  məlumat  da 

verilmişdi.

42

 O,  bu  məsələ  ilə  əlaqədar  bir  şərh  də  verib.  Biz 



belə  hesab  edirik  ki,  həmin  şərh  o  ilahi  buyuruq  və 

məlumatlara əsasən verilib: 

“5 şey fitrətdəndir;

 yəni, xilqəti korlamaq kimi bir xüsusiyyəti 

olmadığına  görə  bütün  peyğəmbərlərin  şəriətlərində  mövcud 

və yerinə yetirilməsi mümkün olan, eləcə də, məsləhət görülən 

işlərdəndir. 

                                                 

41

 Ənam, 6/90. Həzrəti İbrahimin yolu ilə getməklə əlaqədar Quran əmrləri üçün baxın: 



Ali-İmran, 3/95; Nəhl, 16/123. 

42

 Buxari, Ənbiya, 11. 




www.muselmanlar.com

 

 



35 

 

Həmin  şeylər  sünnət  olmaq,  qasıqları  qırxıb  təmizləmək,  bığı 



qısaltmaq,  dırnaqları  tutmaq  və  qoltuğun  altındakı  tükləri 

yolmaqdır.”

43

 

O (Allahın ona səlatu-salamı olsun), bütün peyğəmbərlərin 



şəriətlərində  olduğunu  bildirdiyi  sünnəti  müsəlmanlığı  qəbul 

edən  kişilər  üçün  bir  növ  öhdəlik  halına  gətirib  belə  əmr 

etmişdir: 

   


     

  

“Kafirlik  vaxtı  bədənində  çıxan  tükləri  aradan  qaldır,  sonra  da 



sünnət ol.”

44

 



b) Sünnət olmağın dini cəhətdən hökmü 

Kişi tənasül üzvünün (penis) baş hissəsini örtən dərinin kəsilməsi 

demək  olan  sünnətlə  (xitan)  əlaqədar  peyğəmbər  hədislərini 

səhhət (həqiqi və mötəbər olub olmamaq cəhətindən) və məna 

baxımından  tədqiq  edən  bəzi  İslam  alimləri  belə  fikirdədirlər 

ki,  sünnət  lazımlıdır;  digər  bir  qismi  isə  bunun  yerinə 

yetirilməsi  məsləhət  görülən  bir  iş  olduğunu  düşünür.  Misal 

üçün,  Şafei  məzhəbinin  alimlərinin  fikrincə  xitan  (sünnət) 

                                                 

43

 Müslim,  Kitabu-t-təharət,  “babu  xisali-l-fitrəti”,  hədis  nömrəsi  49;  İbn  Macə,  hədis 



nömrəsi 292. 

44

 Əl-Camiu-s-səğir,  “Əlqi”  bəndi;  Feyzu-l-qədir,  2/161;  Müsnəd,  3/415;  Əbu  Davud, 



Təharət,

 129. 


Deməli, sünnət olmaq yer üzündəki bütün mədəniyyətlərdə var. Bu da öz növbəsində 

onun  peyğəmbərlərin  təbliğlərində  mövcud  olduğuna  dəlalət  edir.  Çünki  Quranın 

izahına  əsasən  bütün  cəmiyyətlərə  peyğəmbər,  yəni,  insanları  bir  növ  həqiqətlərdən 

agah  edən  şəxs  göndərilib.  Baxın:  Türkiyə  diyanət  vəqfinin  nəşr  etdiyi  İslam 

ensiklopediyası, 38-ci cild, s. 155. 

www.muselmanlar.com

 

 

36 



 

vacib, Maliki və Hənəfilərin fikrincə isə dini hökm və öhdəlik 

baxımından sünnə - müstəhəb bir əməldir.

45

 



c) Sünnət olmağın vaxtı 

Bəzi  İslam  alimləri  gözünü  dünyaya  açan  bir  uşağı  7-ci 

gündə  sünnət  etdirməyi  peyğəmbər  sünnəsinin  ruhuna 

müvafiq hesab ediblər. Onlar bu fikirlərində peyğəmbərimizin 

(əs)  öz  nəvələri  Həsən  və  Hüseyni  7  günlük  olduqları  vaxt 

sünnət etdirdiyinə dair rəvayətə əsaslanırlar.

46

 

Lakin  sünnətin  uşaq  həddi-büluğa  çatana  qədər  təxirə 



salınmağında  dini  cəhətdən  bir  eyib  yoxdur.  Amma  onu 

həddi-büluğ  dövrünə  çatdığı  vaxt  sünnət  etdirmək  vacibdir; 

yəni,  yerinə  yetirilməli  olan  bir  işdir.  Həddi-büluğ  dövrünü 

keçən  təxirəsalma  ata-ananı  günahkar  edir.  Bununla  belə, 

sünnət toyu vurdurmaq öhdəliyi yoxdur. 

 

                                                 



45

 Əl-Camiu-s-səğir, 1/62; Avnu-l-məbud, 14/185. 

a. Məsələyə düzgün olmayan münasibət: Dırnaq tutmaq, bədəni təmizləmək, saqqal 

və  bığı  səliqəyə  salmaq  və  dini  cəhətdən  müvafiq  olan  cinsi  əlaqə  nəticəsində 

bəkarətin  aradan  qaldırılması  kimi  xilqətə  edilən  müdaxilələrin  müstəsna 

nümunələrindən birini təşkil edən və onlar kimi, dini cavabdehlik baxımından sünnə 

(müstəhəb) qəbul edə biləcəyimiz xitan əməliyyatına bəzi şəxslər tərəfindən başqa cür 

baxılır.  Belə  ki,  onlar  bunu  Quranın  Nisa  surəsinin  119-cu  ayəsinə  əsasən  xilqəti 

dəyişdirmək xarakteri daşıyan şeytanı bir iş hesab edirlər. Biz isə ümumiyyətlə ömrü 

boyu  minlərlə  dəfə  üz  qırxmağı  təbii  qarşılayan  şəxslərin  bu  münasibətini  qeyri-

düzgün bir yanaşma kimi qiymətləndiririk. 

b.  Qocaların  vəziyyəti:  Bizim  mənbələrimizdə  qeyd  olunur  ki,  peyğəmbərimiz  (əs) 

yaşlı  vaxtında  müsəlmanlığı  qəbul  edən  və  müxtəlif  xalqların  nümayəndəsi  olan 

insanları sünnət (xitan) məsələsinə görə cavabdeh hesab etməyib. Həmçinin deyilir ki, 

bu səbəbə görə sünnət olunmaqları səhhətlə əlaqədar problemlər yaradan yaşlı kişilər 

xitana  görə  cavabdeh  deyillər.  Baxın:  Türkiyə  diyanət  vəqfinin  nəşr  etdiyi  İslam 

ensiklopediyası, 38-ci cild, s. 158. 

46

 Beyhəqi, əs-Sünənu-l-kübra, 8/324. 




Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə