109
əlindəydi. Axırda haqq yolunda şəhid oldu. Onun şəhid
olması qəlbi ağrıtsa da, hədəf və məqsəd uğurunda idi.
144
Döyüş meydanında dağ kimi möhkəm, tufan kimi
coşan Əli (ə), Zəhranın (ə) vəfatında çox pərişan oldu.
Onu dəfn edəndə Peyğəmbərə (s) xitab edərək: “Ya
Rəsuləllah! Ən yaxşı qızının ayrılığından səbirim
tükənib, taqətim əldən gedib” söylədi.
Sonra buyurdu: “Salam olsun hər ikinizə, vida
salamı! Yorğunluq, ya razılıq səbəbindən yox! Əgər
xidmətinizdən geri dönüb evə gedirəmsə, bunun səbəbi
üzüntü və yorğunluq deyil. Əgər qəbrinizin yanında
otururamsa, bunun səbəbi o deyil ki, Allahın səbirlilərə
verdiyi yaxşı və`də şübhəliyəm”.
Beləliklə, görürük ki, Zəhra (ə) İslamın ibadi və
siyasi səhnəsində şəxsiyyətini və hicabını qorumaqla fəal
şəkildə iştirak edirdi. O, yorulmaq bilməyən və çalışqan
bir xanım idi. Öz canını cavan (18) yaşında İslam
yolunda fəda etdi. Onun pak nəsli Peyğəmbər (s)
sülaləsinin əbədi qalmasına səbəb oldu. Hər bir zamanda,
onun nəslindən olan övladlarının çoxu dinin əbədi işıq
saçan çıraqları oldular. Buna görə də Allah mübarək
“Kövsər” surəsini nazil edərək Peyğəmbərə (s) buyurdu:
“Biz sənə çoxlu səadət, xeyir və bərəkət səbəbi olan bir
vücudu, yə`ni Fatiməni (ə) bəxş etdik. Bu ne`mətlərə
şükr edərək, Rəbbin üçün namaz qıl və bir dəvə qurban
kəs! Sənin yox, sənin düşməninin nəsli kəsilibdir!”
145
Zəhrayi Əthərdən (ə) soruşdular: “Qadın üçün ən
yaxşı nemət nədir?”
144
Ə`yanuş-şiə, 2-ci cild; Əl-ğədir, 7-ci cild; Nəhcül-bəlağənin şərhi,
İbn Əbil-Hədid, 4-cü cild, səh.122; Rəyahinuş-şəriət, 1-ci və 2-ci
cild.
145
Məfhume Kovsər, (Məcməul-bəyan, 1-ci cild, Kövsər surəsinin
aşağısında qeyd olunub).
110
Həzrət (ə) buyurdu: “Qadın üçün ən yaxşı nemət
odur ki, o yad kişiləri görməsin və yad kişilər də onu
görməsinlər”.
Peyğəmbər (s) Zəhranın (ə) qadınlar barəsindəki
dəqiq məntiqlə verdiyi cavabı bəyənərək buyurdu:
“Fatimə (ə) mənim bədənimin yarısıdır”.
146
Çoxsaylı İslam rəvayətlərində dörd qadın insanlıq
tarixində seçilmiş və ən yaxşı behişt qadınları kimi yad
olunurlar. Onlar aşağıda adları çəkilən şəxslərdir:
1. Fir`onun həyat yoldaşı Asiyə;
2. Həzrət İsanın (ə) anası Məryəm (ə);
3. Xədicə (ə);
4. Fatimeyi-Zəhra (ə) isə onların arasında kamilliyin
son həddinə çatmışdı.
147
Müəllif öz araşdırmalarında belə bir nəticəyə gəlir
ki, bu nümunəvi qadınların Allah yanında insanların
seçilmişi olmalarına səbəb olan yaxşı işlərindən biri
həqiqi rəhbərlik məqamını himayə etmələri idi. Asiya öz
rəhbəri Musanın (ə) yolunda işgəncələrə dözdü və şəhid
oldu. Məryəm (ə) əziyyət və çətinliklə bəşəriyyətə İsa (ə)
kimi bir rəhbəri təqdim etdi. Xədicə (ə) bütün var-
dövlətini İslam Peyğəmbərinin (s) yolunda xərclədi.
Fatimə (ə) zamanının rəhbəri olan atası və ondan sonra
Əlinin (ə) yolunda şəhidliyə qədər çalışdı və 18 yaşında
öz canını bu yolda fəda etdi.
4-Ġmam Səccadın (ə) anası Həzrət ġəhrəbanu (ə)
İmam Səccadın (ə) anası Şəhrəbanu axırıncı Sasani
padşahı, üçüncü Yəzdgirdin qızı idi. Ona Səlamə və
Qəzalə də deyirdilər. İslam ordusu İranı fəth etdikdən
sonra Şəhrəbanu əsir kimi Mədinəyə gətirildi və burada
öz seçimi ilə İmam Hüseynlə (ə) ailə qurdu. Onun
Ömərin, ya Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə
146
Kəşful-ğəmmə, 2-ci cild, səh.92; Vəsailuş-şiə, 2-ci cild, səh.9.
147
Məcməul-bəyan, 10-cu cild, səh.220.
111
evlənməsi barədə üç ehtimal irəli sürülür. Ancaq
Şəhrəbanunun ilk övladı İmam Səccad (ə) hicrətin 37-ci,
yəni İmam Əlinin (ə) xilafətinin üçüncü ilində (ya da
hicrətin 36-cı ilində, İmam Əlinin (ə) xilafətinin ikinci
ili) doğulduğu üçün bu evlənmənin Osmanın, ya da
Əlinin (ə) xilafəti dövründə baş verdiyi daha dəqiq
ehtimaldır. Çünki İmam Hüseynin (ə) Şəhrəbanu ilə
evləndiyi ilk on ildə uşaqlarının olmaması inandırıcı
görünmür.
148
Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu
tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə
yuxuda görür ki, Peyğəmbər (s) İmam Hüseynlə (ə)
birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona
xitab edərək buyurur: “Ey əcəm padşahının qızı! Mən
səni Hüseynə (ə) nişanladım”.
O sonrakı gecə yuxuda Həzrət Zəhranı (ə) görür və
Xanım Zəhra ona deyir: “Sən oğlumun nişanlısı və
mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib
gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma,
tezliklə
ərin,
oğlum
Hüseynin
(ə)
vüsalına
çatacaqsan”.
149
ĠMAM HÜSEYNĠN (Ə) ġƏHRƏBANU ĠLƏ
EVLƏNMƏSĠ BARƏDƏ ĠMAM BAQĠRĠN (Ə)
BUYURDUĞU SÖZLƏR
İmam Məhəmməd Baqir (ə) buyurur: “Yəzdgirdin
qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin
qızları onun tamaşasına düzülmüşdülər. O, məscidə daxil
olanda məscid onun nurundan işıqlandı (yəni məsciddə
olanlar onu görəndə sevindi və heyrətə gəldilər). Ömər
ona baxanda, üzünü gizlətdi və farsca dedi: “Vay!
Hörmüzün ruzigarı qara gəldi”.
148
Bihar, 46-cı cild, səh.10.
149
Bihar, 46-cı cild, səh.11; Rəyahinuş-şəriət, 3-cü cild, səh.11.
Dostları ilə paylaş: |