İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

 
109 
əlindəydi.  Axırda  haqq  yolunda  şəhid  oldu.  Onun  şəhid 
olması qəlbi ağrıtsa da, hədəf və məqsəd uğurunda idi.
144
 
Döyüş  meydanında  dağ  kimi  möhkəm,  tufan  kimi 
coşan  Əli  (ə),  Zəhranın  (ə)  vəfatında  çox  pərişan  oldu. 
Onu  dəfn  edəndə  Peyğəmbərə  (s)  xitab  edərək:  “Ya 
Rəsuləllah!  Ən  yaxşı  qızının  ayrılığından  səbirim 
tükənib, taqətim əldən gedib” söylədi. 
Sonra  buyurdu:  “Salam  olsun  hər  ikinizə,  vida 
salamı!  Yorğunluq,  ya  razılıq  səbəbindən  yox!  Əgər 
xidmətinizdən  geri  dönüb  evə  gedirəmsə,  bunun  səbəbi 
üzüntü  və  yorğunluq  deyil.  Əgər  qəbrinizin  yanında 
otururamsa,  bunun  səbəbi  o  deyil  ki,  Allahın  səbirlilərə 
verdiyi yaxşı və`də şübhəliyəm”. 
Beləliklə,  görürük  ki,  Zəhra  (ə)  İslamın  ibadi  və 
siyasi səhnəsində şəxsiyyətini və hicabını qorumaqla fəal 
şəkildə iştirak edirdi. O, yorulmaq bilməyən və çalışqan 
bir  xanım  idi.  Öz  canını  cavan  (18)  yaşında  İslam 
yolunda  fəda  etdi.  Onun  pak  nəsli  Peyğəmbər  (s) 
sülaləsinin əbədi qalmasına səbəb oldu. Hər bir zamanda, 
onun  nəslindən  olan  övladlarının  çoxu  dinin  əbədi  işıq 
saçan  çıraqları  oldular.  Buna  görə  də  Allah  mübarək 
“Kövsər” surəsini nazil edərək Peyğəmbərə (s) buyurdu: 
“Biz sənə çoxlu səadət, xeyir və bərəkət səbəbi olan bir 
vücudu,  yə`ni  Fatiməni  (ə)  bəxş  etdik.  Bu  ne`mətlərə 
şükr edərək, Rəbbin üçün namaz qıl və bir dəvə qurban 
kəs! Sənin yox, sənin düşməninin nəsli kəsilibdir!”
145
 
Zəhrayi  Əthərdən  (ə)  soruşdular:  “Qadın  üçün  ən 
yaxşı nemət nədir?” 
                                            
144
 Ə`yanuş-şiə, 2-ci cild; Əl-ğədir, 7-ci cild; Nəhcül-bəlağənin şərhi, 
İbn  Əbil-Hədid,  4-cü  cild,  səh.122;  Rəyahinuş-şəriət,  1-ci  və  2-ci 
cild. 
145
  Məfhume  Kovsər,  (Məcməul-bəyan,  1-ci  cild,  Kövsər  surəsinin 
aşağısında qeyd olunub). 


 
110 
Həzrət  (ə)  buyurdu:  “Qadın  üçün  ən  yaxşı  nemət 
odur  ki,  o  yad  kişiləri  görməsin  və  yad  kişilər  də  onu 
görməsinlər”. 
Peyğəmbər  (s)  Zəhranın  (ə)  qadınlar  barəsindəki 
dəqiq  məntiqlə  verdiyi  cavabı  bəyənərək  buyurdu: 
“Fatimə (ə) mənim bədənimin yarısıdır”.
146
 
Çoxsaylı  İslam  rəvayətlərində  dörd  qadın  insanlıq 
tarixində  seçilmiş  və  ən  yaxşı  behişt  qadınları  kimi  yad 
olunurlar. Onlar aşağıda adları çəkilən şəxslərdir: 
1. Fir`onun həyat yoldaşı Asiyə; 
2. Həzrət İsanın (ə) anası Məryəm (ə); 
3. Xədicə (ə); 
4. Fatimeyi-Zəhra (ə) isə onların arasında kamilliyin 
son həddinə çatmışdı.
147
 
Müəllif  öz  araşdırmalarında  belə  bir  nəticəyə  gəlir 
ki,  bu  nümunəvi  qadınların  Allah  yanında  insanların 
seçilmişi  olmalarına  səbəb  olan  yaxşı  işlərindən  biri 
həqiqi rəhbərlik məqamını himayə etmələri idi. Asiya öz 
rəhbəri Musanın (ə)  yolunda işgəncələrə dözdü və şəhid 
oldu. Məryəm (ə) əziyyət və çətinliklə bəşəriyyətə İsa (ə) 
kimi  bir  rəhbəri  təqdim  etdi.  Xədicə  (ə)  bütün  var-
dövlətini  İslam  Peyğəmbərinin  (s)  yolunda  xərclədi. 
Fatimə  (ə)  zamanının  rəhbəri  olan  atası  və  ondan  sonra 
Əlinin (ə) yolunda şəhidliyə qədər çalışdı və 18 yaşında 
öz canını bu yolda fəda etdi. 
4-Ġmam Səccadın (ə) anası Həzrət ġəhrəbanu (ə) 
İmam  Səccadın  (ə)  anası  Şəhrəbanu  axırıncı  Sasani 
padşahı,  üçüncü  Yəzdgirdin  qızı  idi.  Ona  Səlamə  və 
Qəzalə  də  deyirdilər.  İslam  ordusu  İranı  fəth  etdikdən 
sonra  Şəhrəbanu  əsir  kimi  Mədinəyə  gətirildi  və  burada 
öz  seçimi  ilə  İmam  Hüseynlə  (ə)  ailə  qurdu.  Onun 
Ömərin,  ya Osmanın,  ya da Əlinin (ə) xilafəti dövründə 
                                            
146
 Kəşful-ğəmmə, 2-ci cild, səh.92; Vəsailuş-şiə, 2-ci cild, səh.9. 
147
 Məcməul-bəyan, 10-cu cild, səh.220. 


 
111 
evlənməsi  barədə  üç  ehtimal  irəli  sürülür.  Ancaq 
Şəhrəbanunun ilk övladı İmam Səccad (ə) hicrətin 37-ci, 
yəni  İmam  Əlinin  (ə)  xilafətinin  üçüncü  ilində  (ya  da 
hicrətin  36-cı  ilində,  İmam  Əlinin  (ə)  xilafətinin  ikinci 
ili)  doğulduğu  üçün  bu  evlənmənin  Osmanın,  ya  da 
Əlinin  (ə)  xilafəti  dövründə  baş  verdiyi  daha  dəqiq 
ehtimaldır.  Çünki  İmam  Hüseynin  (ə)  Şəhrəbanu  ilə 
evləndiyi  ilk  on  ildə  uşaqlarının  olmaması  inandırıcı 
görünmür.
148
 
Rəvayətə  görə,  İranın  Mədain  şəhəri  İslam  ordusu 
tərəfindən  fəth  olunmamışdan  əvvəl  Şəhrəbanu  bir  gecə 
yuxuda  görür  ki,  Peyğəmbər  (s)  İmam  Hüseynlə  (ə) 
birlikdə  Mədaindəki  sarayın  eyvanına  daxil  olur  və  ona 
xitab  edərək  buyurur:  “Ey  əcəm  padşahının  qızı!  Mən 
səni Hüseynə (ə) nişanladım”. 
O  sonrakı  gecə  yuxuda  Həzrət  Zəhranı  (ə)  görür və 
Xanım  Zəhra  ona  deyir:  “Sən  oğlumun  nişanlısı  və 
mənim  gəlinimsən.  Tezliklə  müsəlmanlar  qalib 
gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, 
tezliklə 
ərin, 
oğlum 
Hüseynin 
(ə) 
vüsalına 
çatacaqsan”.
149
 
ĠMAM HÜSEYNĠN (Ə) ġƏHRƏBANU ĠLƏ 
EVLƏNMƏSĠ BARƏDƏ ĠMAM BAQĠRĠN (Ə) 
BUYURDUĞU SÖZLƏR 
İmam  Məhəmməd  Baqir  (ə)  buyurur:  “Yəzdgirdin 
qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin 
qızları onun tamaşasına düzülmüşdülər. O, məscidə daxil 
olanda  məscid  onun  nurundan  işıqlandı  (yəni  məsciddə 
olanlar  onu  görəndə  sevindi  və  heyrətə  gəldilər).  Ömər 
ona  baxanda,  üzünü  gizlətdi  və  farsca  dedi:  “Vay! 
Hörmüzün ruzigarı qara gəldi”. 
                                            
148
 Bihar, 46-cı cild, səh.10. 
149
 Bihar, 46-cı cild, səh.11; Rəyahinuş-şəriət, 3-cü cild, səh.11. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə