96
Sonra bu qadın uca səslə elə ağladı ki, yerə yıxıldı.
Güman etdilər ki, dünyadan getmişdir.
115
Bəli, ərinin ölümü ona qiyaməti xatırladırdı və Allah
xofundan belə vəhşətdə idi. Onun adı dünyada ən üstün
qadınlar sırasında dərc olundu. Çünki ixtiyarında olan
bütün maddi imkanları mə`nəviyyata fəda etdi.
MƏTANƏTLĠ NATĠQ QADIN HÜRRƏ
Qəhrəman və natiq qadınlardan biri, öz güclü
məntiqi və şücaəti ilə tarixin rəhimsiz və qaniçəni
Həccac ibn Yusif Səqəfini diz çökdürən, misilsiz
qəhrəmanlıqla onu məhkum edən və axırda da onun
tə`riflərini eşidib azad olan Həlimə Sə`diyyənin nəvəsi
Hürrədir. Burada sizin diqqətinizi onun Həccacla olan
maraqlı mübahisəsinə cəlb edirik.
Tarixdə öz cinayətkarlığı ilə məşhur olan Həccac
ibn Yusif Səqəfi Əbdül-Məlik (əməvilərin beşinci
xəlifəsi) tərəfindən İraqın valisi təyin olunmuşdu. O, şiə
məzhəbinin Kumeyl, Qənbər və Səid ibn Cubəyr kimi
adlı-sanlı şəxsiyyətlərini öldürmüşdü. Həccacın şiələrə
etdiyi bütün bu zülmlərin səbəbi Həzrət Əliyə (ə) olan
düşmənçiliyi və kin-küdurəti idi. Bir gün şücaətli və
qəhrəman qadınlardan olan Həlimə Sə`diyyənin qızı,
Həzrət Peyğəmbərin (s) süd bacısı, Həlimə Sə`diyyə kimi
tanınan və Həzrət Əlinin (ə) şücaətli tərəfdarlarından
sayılan Hürrə adlı bir qadın təsadüfən Həccacın yanına
gəldi. Həccacla Hürrə arasında aşağıda qeyd olunmuş
maraqlı bir mübahisə baş verdi. Həccac dedi: “Sən
Həlimə Sə`diyyənin qızı Hürrəsən?”
Hürrə dedi: “Bu, imansız bir adamın zirəkliyidir
(aydındır ki, mən Hürrəyəm. Ancaq sənin kimi imansız
bir adamın məni tanıması, sənin zirəkliyinə dəlildir)”.
115
Qisəsun minət-tarix, Əli Təntavi, səh.255.
97
Həccac dedi: “Allah səni bura gətirərək mənim
cəngimə salıb. Eşitmişəm ki, sən Əlini (ə) Əbu Bəkrdən,
Ömərdən və Osmandan üstün bilirsən”.
Hürrə dedi: “Sənə yalan demişlər (Mən Əlini (ə)
onlarla müqayisə etməmişəm). Əksinə mən Əlini (ə)
Adəm, Nuh, Lut, İbrahim, Musa, Davud, Süleyman və
İsa (ə) kimi peyğəmbərlərdən üstün bilirəm”.
Həccac dedi: “Vay olsun sənə! Sən Əlini (ə)
səhabədən və həmçinin peyğəmbərlərdən və onların
arasında “Ulul-əzm” olan peyğəmbərlərdən də üstün
bilirsən? Əgər bu iddianı isbat edə bilməsən boynunu
vuracam”.
Hürrə dedi: “Əlini (ə) peyğəmbərlərdən üstün bilən
təkcə mən deyiləm. Əksinə, Qur`ana əsasən Allah özü
onu peyğəmbərlərdən üstün bilir. Qur`an Adəm (ə)
barəsində buyurur: “Adəm Rəbbinin əmrindən çıxdı və
Onun mükafatından məhrum oldu”.
116
Ancaq Əlinin (ə) (həyat yoldaşının və övladlarının)
barəsində buyurur: “Sizin zəhmətiniz (Allah yanında)
məqbul və təqdirəlayiqdir”.
117
Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de
görüm, niyə Əlini (ə) Nuh (ə) və Lutdan (ə) üstün
bilirsən?”
Hürrə dedi: “Allah Əlini (ə) onlardan üstün bilir.
Çünki Qur`anda buyurulur: Allah-təala kafirlərə Nuhun
və Lutun övrətlərini misal çəkir. Onlar bizim
qullarımızdan iki saleh bəndənin kəbini altında idilər.
Lakin onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları
Allahdan (Allahın əzabından) heç vəchlə qurtara
bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də
Cəhənnəmə girin!”-deyildi”.
118
116
Taha surəsi, ayə 121.
117
İnsan surəsi, ayə 22.
118
Təhrim surəsi, ayə 10.
98
Lakin Əlinin (ə) həyat yoldaşı Peyğəmbərin (s) qızı
Fatimədir. Onun sevinci Allahın sevinci və onun qəzəbi
Allahın qəzəbidir”.
Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de
görüm niyə Əlini (ə) peyğəmbərlər atası Həzrət
İbrahimdən (ə) üstün bilirsən?”
Hürrə dedi: “Allah-təala Qur`anda buyurur ki,
İbrahim (ə): “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə
göstər!”-dedikdə, Allah buyurdu: “Məgər iman
gətirməyibsənmi?”
İbrahim (ə) ərz etdi: “Bəli, inanıram, lakin istəyirəm
ürəyim sakit (xatircəm) olsun”.
119
Ancaq mənim mövlam Əli (ə) (yəqinin ən uca bir
dərəcəsində olduğu halda) buyurdu: “Əgər gözümün
önündən pərdələr götürülsə, mənim yəqinim artmaz”.
120
Belə bir sözü heç kəs bundan əvvəl deməyib və
bundan sonra da deməyəcəkdir”.
Həccac dedi: “Afərin sənə ey Hürrə! Niyə Əlini (ə)
Allahın kəlimi Musadan üstün bilirsən?”
Hürrə dedi: “Allah Musa (ə) barəsində buyurur:
“Musa (ə) Fir`onun adamlarından qorxan və hər bir
hadisənin intizarında olan halda şəhərdən çıxdı”.
121
Ancaq Əli (ə) (Rəsulullahın (s) Məkkədən Mədinəyə
hicrəti macərasında) Həzrət Peyğəmbərin (s) yatağında
yatdı və heç kəsdən qorxmadı. Sonra Allah onun (şücaət
və fədakarlığının) şə`ninə bu ayəni nazil etdi: “İnsanların
bə`zisi, Allahın razılığını qazanmaq yolunda (Allah rizası
üçün) öz canını (fədakarlıq edib) satar”.
122
Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de
görüm, nə üçün Əlini (ə) Davuddan (ə) üstün bilirsən?”
119
Bəqərə surəsi, ayə 260.
120
Nəhcül-bəlağənin şərhi, 11-ci cild, səh.202.
121
Qəsəs surəsi, ayə 21.
122
Bəqərə surəsi, ayə 207.
Dostları ilə paylaş: |