İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

 
84 
sürgün  etsin.  Həzrət  Zeynəb  (ə)  İmam  Hüseyn  (ə)  şəhid 
olandan bir il və bir neçə ay sonra dünyadan getdi. Onun 
nurlu  mərqədi  Misirin  paytaxtı  Qahirədədir.  Alimlərdən 
bə`zilərinin  əqidəsinə  görə  isə  Zeynəb  (ə)  əri  ilə  Şama 
getdi  və  orada  dünyasını  dəyişdi.  Bu,  tarixdə  əbədi 
yaşayan və dağ kimi vüqarlı olan bir neçə şəhid bacısının 
və  iki  şəhid  anasının  qəhrəmanlığı  barəsindəki  qısa 
mövzu  başlığı  idi.  O,  ibn  Ziyadın  qarşısında  açıq-aşkar 
şəkildə  demişdi:  “Mən  Kərbəlada  gözəllikdən  başqa  bir 
şey görmədim”. 
Yə`ni  şəhidlik  bizim  üçün  səadətdir.  O,  İmam 
Hüseynin  (ə)  yaralanmış  bədənini  əlləri  ilə  qaldıraraq 
dedi: “Pərvərdigara! Bu qurbanı bizdən qəbul et”.
105
 
Əziz  şəhid  anaları  və  bacıları  gərək  bu  mövzuya 
diqqət  yetirsinlər.  Bu  iş  Allaha  xatir  olduğu  üçün  səbir 
yerinə  şükür  etməlidirlər  ki,  belə  bir    iftixara  nail 
olmuşlar.  Necə  ki,  İmam  Əliyə  (ə)  Peyğəmbər  (s) 
tərəfindən  şəhid  olacağı  müjdəsi  verildi,  şükr  etdi  və 
buyurdu:  “Burası  şükr  etmək  yeridir,  nəinki  səbir  etmək 
yeri”.
106
 
HƏZRƏT ƏLĠNĠN (Ə) QIZI ÜMMÜ GÜLSÜM 
Zeynəbin  (ə)  bacısı  Ümmü  Gülsüm  də  yaranmış 
fürsətlərdən  müxtəlif  sahələrdə  zalımlara  qarşı  istifadə 
etmiş və atası İmam Əlinin (ə), anası Fatimeyi-Zəhranın 
(s)  bir  nümunəsi  (oxşarı)  idi.  Ümmü  Gülsüm  Zeynəb-
Kübradan (ə) sonra - hicrətin 6-cı, ya 7-ci ilində - Mədinə 
şəhərində dünyaya gəldi. Evlənmək yaşına çatanda, əmisi 
oğlu Ovn ibn Cəfər Təyyarla ailə qurdu. Ümmü Gülsümə 
Zeynəbi-Suğra  da  deyirlər.  O  bütün  hadisələrdə, 
mehriban  anası  Zəhra  (ə),  əziz  atası  İmam  Əli  (ə)  şəhid 
olanda  hazır  idi  və  Kərbəla  hərəkatında  da  fəal  iştirak 
                                            
105
 Məqtəlul-Huseyn (ə), Muqərrəm; Lühuf, Seyyid ibn Tavus. 
106
  Nəhcül-bəlağə,  156-cı  xütbə;  Əxbaruz-Zəynəbiyyat,  Əllamə 
Əbdəli. 


 
85 
etdi.  Onun  xüsusiyyətlərindən  biri  də  bu  idi  ki,  hər 
münasib  fürsətdə  yazdığı  şe`rlərlə  yezidiləri  məhkum  və 
ifşa  edirdi.  O,  bacısı  Zeynəblə  (ə)  çiyin-çiyinə  öz 
İmamını  (ə)  qoruyur,  döyüşçülərə  kömək  edirdi.  Eyni 
zamanda  şəhidlərin  uşaqlarına  himayədarlıq  edir  və 
onların hədəflərini öz əsrinin insanlarına çatdırdı. Kufədə 
cəllad ibn Ziyadın hökumət iqamətgahında xütbə oxudu, 
onu və Yezidin adamlarını, Kufə camaatını məhkum etdi 
və axırda buyurdu: “Yəqin bilin ki, Allah hizbi (dəstəsi) 
qalibdir və şeytan hizbi həlakətdə və ziyanda olacaq”. 
Qətiyyətlə  ibn  Ziyada  buyurdu:  “Peyğəmbər  (s) 
Hüseyni (ə) görəndə gözünə işıq gələrdi, sənin gözün isə 
ancaq  Hüseynin  (ə)  qətli  ilə  işıqlanıbdır.  Peyğəmbər  (s) 
İmam  Hüseyni  (ə)  iyləyərdi,  öpərdi  və  öz  çiynində 
otuzdurardı, sən isə onu öldürdün. Çox çətin İlahi əzaba 
hazırlaş”. 
Kufədəki  bir  mənzərədə,  camaat  Kərbəla  əsirlərinə 
ürək  yandırıb,  çörək  və  xurma  gətirib  verəndə,  Ümmü 
Gülsüm  onlara  qarşı  çox  bərk  coşdu,  xurma  ilə  çörəyi 
onların  qabağına  atdı  və  buyurdu:  “Sədəqə  bizə 
haramdır”. 
Beləliklə,  bu  cür  ucuz  və  yersiz  hörməti  Əhli-
beytdən  (ə)  uzaqlaşdırdı  və  kufəliləri  bu  işdən  şiddətlə 
qətiyyətlə çəkindirdi. 
Bir  gün  Ümmü  Gülsüm  gördü  ki,  ibn  Ziyadın 
tanınmış  cəlladlarından  biri,  yə`ni  Şimr  öz  qüdrətiylə 
fəxr  edir.  Onun  üstünə  fəryad  çəkərək  buyurdu:  “Vay 
olsun  sənə!  Ey  Allahın  lə`nətlədiyi!  Etdiyin  bu  zülmlərə 
görə  fəxr  edirsən?  Bilirsənmi  nə  etmisən?  Sən  elə  bir 
kəsi  öldürmüsən  ki,  Cəbrayıl  (ə)  onun  beşiyini 
yırğalayar, atası şirkin, küfrün qatili və qənimi idi. Onun 
cəddi  və  ata-anası  kimi  cədd  və  ata-ana  harada 
görmüsən?” 
Xuli  düşmən  cərgəsində  olsa  da,  Ümmü  Gülsümün 
göstərdiyi şücaətin tə`siri altına tez düşdü və dedi: “Sən 


 
86 
şücaətli  bir  atanın  övladısan  və  heç  vaxt  şücaətini 
itirməyəcəksən”. 
Ümmü  Gülsüm  Şamda  da  öz  vəzifəsini  yaxşıca 
yerinə  yetirdi.  Yezidin  məclisində  şamlı  bir  kişi  ikinci 
dəfə  Yeziddən  Əhli-beytin  (ə)  qızlarından  birini  ona 
kəniz  kimi  bağışlamasını  istəyəndə  Ümmü  Gülsüm 
qəzəbləndi  və  ona  dedi:  “Ey  şəxsiyyətsiz  kişi!  Allah 
dilini  kəssin,  gözünü  kor  etsin,  əlini  qurutsun  və  səni 
odda 
yandırsın. 
Peyğəmbər 
(s) 
övladlarından 
haramzadələrə xidmətçi olmaz”. 
Hələ  Ümmü  Gülsüm  sözünü  qurtarmamış  duası 
qəbul  olundu.  Bu  zaman  o  dedi:  “Allaha  şükr  olsun  ki, 
axirətdən qabaq sənə dünyada əzab verdi”. 
Ümmü  Gülsüm  hər  fürsətdə  dəyərli  sözləri  ilə 
Kərbəla  əhvalatını  danışır  və  Hicaz  camaatını  hakim 
rejimə qarşı qaldırırdı. O, (bə`zi rəvayətlərə əsasən) 61-ci 
hicri  ilində  cəmadiəs-sani  ayının  axırlarında  dünya  ilə 
vidalaşdı. Onun nurlu məzarı Mədinə şəhərindədir.
107
  
Kərbəla  macərasında  İmam  Hüseynin  (ə)  qızları 
Həzrət Səkinə və Fatimə (ə), həyat yoldaşı Rübab, Həzrət 
Müslimin həyat yoldaşı və qızı və bu kimi digər qadınlar 
da  səbir  və  müqavimət  göstərməklə  İmam  Hüseynin  (ə) 
əzəmətli  inqilabında  iştirak  etdilər.  Bu  böyük  hərəkatda 
İmam  Hüseynin  (ə)  və  dostlarının  həyat  yoldaşlarını, 
qızlarını  və  uşaqlarını  özləri  ilə  aparması  sual  doğurur. 
Qədim  zamanlardan  bəri  soruşulan  bu  sualın  cavabı  
belədir:  
O  Həzrətin  (ə)  inqilabı  rejim  əleyhinə  olan dünyəvi 
bir  hərəkat  idi.  Onun  səmərə  verməsi,  digər  qiyam 
edənlərə  nümunə  olması,  onun  hədəfini  və  hərəkatını 
yaymaq, rəhbəri himayə etmələri üçün hamının fəaliyyət 
göstərməsi lazım idi. 
                                            
107
 Rəyahinuş-şəriət, 3-cü cild, səh.246 və 256; Məqtəlul-Husəyn (ə), 
Muqərrəm, səh.392; Ricale Mamaqani, səh.73. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə