74
yaşı axıtdı. Bu vaxt dedi: “Ərimi bir neçə müddət
məndən gizlətdiniz. İndi isə başını mənim üçün hədiyyə
gətirmisiniz. Ey mənim ömür-gün yoldaşım, xoş
gəlmisən! Mən səni heç vaxt yaddan çıxartmayacam”.
Sonra mə`mura dedi: “Müaviyəyə de ki, tezliklə
ərimin qanının intiqamını səndən alacam. Müaviyə çox
böyük günaha batıb. Tezliklə Allahın qəzəb və əzabı onu
tutacaq”.
Sonra o, ərinin başını bağrına basıb bir neçə söz
dedi. Mə`mur Aminənin sözünü Müaviyəyə çatdırdı.
Müaviyə əmr verdi ki, onu qəsrinə gətirsinlər. Bərk
qəzəblənmiş Müaviyə Aminəyə dedi: “Eşitmişəm mənim
barəmdə belə bir sözlər demisən? Bir halda ki, bizim
əlimizdə olduğunu yaxşı bilirsən”.
Aminə dedi: “Bəli, bilirəm və İlahi əzab sənin
başının üstündədir”.
Müaviyə Aminənin alovlu sözlərinin müqabilində
tab gətirməyib əmr etdi ki, onu oradan uzaqlaşdırsınlar.
Aminə məclisdən çölə çıxanda dedi: “Təəccüb edirəm ki,
Müaviyənin bizimlə söhbət etmək qüdrəti yoxdur və
əliylə işarə edir ki, məni çölə çıxartsınlar”.
O qapının ağzına çatmamış Müaviyə əmr etdi ki,
Aminəni qaytarsınlar. Onu yenidən Müaviyənin yanına
apardılar. Müaviyə əmr etdi onun qabağına qızıl-gümüş
töksünlər. Aminə üzünü onlardan çevirdi və dedi: “Ey
Müaviyə! Üzün qara olsun. Ərimi öldürdün, indi də məni
mükafatlandırırsan. And ola Allaha! Bunların yüz
bərabəri qədər olsa da, ərimin bir dırnağı ilə belə
dəyişmərəm”.
Müaviyə güldü və dedi: “Əlidən (ə) uzaq ol, səni
azad edim”.
Aminə Əlinin (ə) adın eşidəndə gözləri yaşardı və
ağlayaraq Müaviyənin üstünə qışqırıb fəryad qopardı:
“Ey Müaviyə! Gör necə də dəhşətli təklif irəli sürürsən.
75
Pərvərdigara! Bil ki, Əli (ə) yox, Müaviyə lə`nətə
layiqdir”.
Müaviyə xəcalət çəkdi. Əmr etdi Aminəni təzədən
zindana apardılar. Bir neçə müddətdən sonra əmr etdi ki,
onu zindandan azad etsinlər və İraqa qaytarsınlar.
Məbada Şam camaatı (Müaviyənin nəzərincə) onun şər
sözlərini eşidib, Müaviyənin əleyhinə qiyam etmək
fikrinə düşərlər.
97
HÜCR ĠBN ƏDĠNĠN MÜDAFĠƏSĠNDƏ ƏNSAR
QADINI HĠNDĠN GÖSTƏRDĠYĠ ġÜCAƏTLĠK
Hücr ibn Ədi İmam Əlinin (ə) zamanında
Müaviyənin əleyhinə olan inqilabçılardan idi. Həzrət Əli
(ə) şəhid olandan sonra onun apardığı mübarizənin
davam etdirən Hücr ibn Ədi və yeddi dostunu Müaviyə
Dəməşqin yaxınlığında “Mərci Əzra”da şəhid etdi.
Hücrü qətlə yetiriləcəyi yerə aparanda, çox çətin şəraitdə
və sıxıntıdaydı, əgər hər kim onu müdafiə etsəydi, Əlinin
(ə) dostu kimi e`dam olunardı. Zeyd Ənsarinin Hind adlı
cəsur qızı bu barədə bir şe`r oxudu:
Ey parlaq ay, bir boy göyə ucal sən,
Şama aparılan Hücrü görəsən.
Ziyad ona e`dam istəmiş deyə,
Əsir apardılar Müaviyəyə.
Bir gün darvazadan asılar bu can,
Didər bədənini qan içən heyvan.
Meydan zülmün olar Hücrdən sonra,
Amma ki bu qəmdən könüllər yara.
Fərəhlən bu işdən, ey Ədi oğlu,
Xalqa yananların sinəsi dağlı.
98
MÜQAVĠMƏTLĠ QADIN SUDƏ
97
Əl-ğədir, 9-cu və 11-ci cild; Tənqihul-məqal, 2-ci cild; Hudəl-
İslam səh.58, (Məhəmməd Bəhrul-Ulumun məqaləsi).
98
Tarixe Təbəri, 6-cı cild, səh.143.
76
Həzrət Əlinin (ə) qoşunu ilə Müaviyənin qoşunu
arasında baş verən Siffeyn döyüşü on səkkiz ay davam
etdi. Bu, nurun zülmə qarşı savaşı idi. Sudə evdə oturub
nurun, yə`ni Əlinin (ə) qoşununa kömək edə bilməməsini
özünə ar bilirdi. Dözə bilməyib özünü cəbhəyə çatdırdı.
Yaralılara tibbi yardım göstərmək və onlara su vermək
üçün hazır oldu. O, bə`zən coşdurucu sözlər və şe`rlərlə
Əlinin (ə) dostlarını küfrə qarşı qaldırardı. Qardaşına
dedi: “Atan kimi qəhrəmanlıqla düşmənin qarşısında dur.
Öz şücaətlərinlə Hindi (Müaviyənin anasını) və oğlunu
zillətin (alçaqlığın) qara torpağına otuzdur. İman və
hidayət bayraqdarı, Həzrət Peyğəmbərin (s) qardaşı,
Əlini (ə) qoru”.
Bu qəhrəman qadının səsi Müaviyənin qulağına
çatdı. Əmr etdi ki, onun adını Əlinin (ə) dostlarının
sırasında yazsınlar. Əgər bir gün muradına çatsa, ondan
intiqam alsın. İllər ötdü. Həzrət Əli (ə) şəhid oldu,
Müaviyə isə hakimiyyəti ələ aldı. O, şəhərlərə zülmkar
hakimlər tə`yin etdi. Onlardan biri də Busr ibn Ərtat idi.
O, otuz min nəfərə yaxın Əli (ə) tərəfdarını öldürmüşdü.
Sudə bu çətin şəraitdə özünü Müaviyənin sarayına
çatdırdı. Qürur taxtında olan Müaviyə onu görəndə dedi:
“Sən Siffeyn savaşında həzrət Əlinin (ə) qoşununu bizim
əleyhimizə qaldıran adamsan. İndi isə öz ayağınla bura
gəlmisən. Bizim əleyhimizə şe`rləri deyən kim idi?”
Sudə qətiyyətlə dedi: “O şe`rləri deyən mən idim.
Mənim kimisi gərək düz danışa və sözü gizlətməyə.
Əlinin (ə) vücudundakı haqqa sevgi və haqqa itaət, məni
şe`r və şüarla car çəkib onu müdafiə etməyə vadar etdi”.
Müaviyə dedi: “Bu sözləri buraxaq. De görüm nə
şikayətin var?”
Sudə dedi: “Şikayətim sənin bu zülmkar valin Busr
ibn Ərtaddandır. Onu camaatın boynuna mindirmisən.
Hamını üzərlik dənəsi kimi çəkməsinin altında əzir və
bizim mallarımızı qarət edir. Gəlmişəm deyəm ki, ya onu
Dostları ilə paylaş: |