İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

 
64 
idi.  Onun  dilində  İmam  Əlinin  (ə)  fəryadı  və  əlində  də 
İmam Hüseynin (ə) qılıncı var idi! 
YARALILARA  TĠBBĠ YARDIM GÖSTƏRƏN 
ġÜCAƏTLĠ QADINLAR 
Cihad bə`zi məsələlərə  görə  qadınlara vacib  olmasa 
da,  cəbhədə  döyüşçülərə  kömək  etmək,  məsələn; 
yaralıları daşımaq, onların yaralarını sarımaq, su vermək 
kimi  işləri  yerinə  yetirmək,  onların  bacardıqları 
xidmətlərdəndir.  Bu  yolla  onlar  cihadda  iştirak  edə 
bilərlər. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirək: 
a)  “Ümmü  Sənan  Əsləmiyyə”  dilavər  qadınlardan 
biri  idi.  O  istəyirdi  ki,  həmişə  İslam  döyüşçüləri  ilə 
birlikdə  düşmənlə  döyüşsün.  Xeybər  döyüşü  zamanı 
Həzrət Rəsulullahın (s) hüzuruna gələrək ərz edir: “Çox 
istəyirəm  sizinlə  hərəkət  edib  yaralılara  tibbi  yardım 
göstərim,  mücahidlərə  kömək  edim,  onların  əşyalarını 
qoruyum və susuzlara su verim”. 
Peyğəmbər  (s)  ona  icazə  verir  və  buyurur:  “Həyat 
yoldaşım  Ümmü  Sələmə  ilə  birlikdə  gəlin”.  O  çox 
sevinərək bu işi yerinə yetirir.
80
 
b)  “Ümmü  Əmmarə”  də  (yuxarıda  qeyd  olunduğu 
kimi)  İslam  döyüşçülərinə  kömək  etmək  üçün  cəbhəyə 
gedərdi. 
v)  İmam  Baqir (ə)  buyurur:  “Ühüd  savaşında  İmam 
Əli  (ə)  altımış  yerdən  yara  almışdı.  Peyğəmbər  (s) 
“Ümmü Səlim” və “Ümmü Ətiyyə” adlı iki qadına İmam 
Əlinin (ə) bədənindəki yaralara dərman qoyub bağlamağı 
tapşırdı. Onlar yaraları bağlayarkən gördülər ki, yaraların 
çoxluğundan  onları bağlamaq mümkün deyil. Çünki hər 
bir  yaranı  bağladıqda,  onun  yanında  başqa  bir  yara 
görünürdü. Əhvalatı Peyğəmbərə (s) xəbər verdilər.
81
 
                                            
80
 Rəyahinuş-şəriət, 3-cü cild, səh.410. 
81
 Əl-mizan, 4-cü cild, səh.69. 


 
65 
q)  Müfəzzəl  deyir  ki,  İmam  Sadiq  (ə)  buyurdu: 
“Həzrət  İmam  Mehdi  (ə)  ilə  birlikdə  on  üç  qadın  da 
vardır”.  
Ərz etdim: “Nə üçün?”  
Buyurdu:  “Həzrət  Rəsulullah  (s)  dövründə  olduğu 
kimi  bu  qadınlar,  yaralıları  müalicə  edib,  xəstələrə  tibbi 
yardım göstərərlər”.
82
 
d)  Həzrət  Rəsulullahın  (s)  zamanındakı  döyüşlərin 
çoxunda yaralılara tibbi yardım göstərməkdə, daşımaqda, 
onlara  su  verməkdə  yaxından  iştirak  edən  qadınlardan 
biri də Muəvvəz ibn Əfva`nın qızı Rəbiə idi.
83
 
QADINLARIN SĠYASĠ ĠġLƏRDƏ ĠġTĠRAK ETMƏSĠ 
Hicrətin 
səkkizinci 
ilində 
Məkkə 
İslam 
döyüşçülərinin, Allah Peyğəmbərinin (s) və İmam Əlinin 
(ə)  əli  ilə  fəth  edilərək  müsəlmanların  ixtiyarına  keçdi. 
Kafirlər  təslim  oldular  və  Peyğəmbərin  (s)  hüzuruna 
gəlib  o  Həzrətə  (s)  bey`ət  etdilər.  Bu  arada  şücaətli  və 
qəhrəman  bir  qadın,  Əkrəmə  ibn  Əbi  Cəhlin  həyat 
yoldaşı  “Ümmü  Həkim”  İslam  dinini  qəbul  edəndən 
sonra  bir  dəstə  qadınla  Peyğəmbərin  (s)  hüzuruna  gəldi. 
Ümmü  Həkim  Həzrətdən  (s)  soruşdu:  “Allahın  fərmanı 
“mə`ruf”dan
84
  məqsəd  nədir?  Bizə  də  ona  riayət  etmək 
sifariş olunub”. 
Peyğəmbər  (s)  (“mə`ruf”un  bir  neçə  aydın 
nümunəsinə  işarə  edib)  buyurdu:  “Məqsəd  budur  ki, 
qadınlar  (acı  hadisələr  üz  verəndə)  sifətlərinə  əlləri  ilə 
xəsarət  yetirməsinlər,  üzlərinə  vurmasınlar,  saçlarını 
yolmasınlar,  qara  paltar  geyinməsinlər,  uca  səslə  nalə 
                                            
82
 İsbatul-Hudat, 7-ci cild, səh.150. 
83
 Sifətul-səfvət, 2-ci cild, səh.39. 
84
  Allahın  fərmanı  “Mumtəhinə”  surəsi,  11-ci  ayə.  Bu  barədə  sonra 
qeyd olunacaq. 


 
66 
edib  fəryad  qoparmasınlar,  öz  kişilərini  küfrə  təhrik 
etməsinlər”.
85
 
Bu  qadınlar  bey`ət  üçün  gəldikləri  zaman  Allah 
tərəfindən “Mumtəhinə” surəsinin 11-ci ayəsi nazil oldu. 
Ayədə  qadınların  bey`əti  üçün  altı  şərt  zikr  olunur  və 
belə  buyurulur:  “Ey  Peyğəmbər!  İmanlı  qadınlar  sənin 
yanına bey`ət üçün gəldikləri zaman, 
1. Allaha şərik qoşmasınlar; 
2. Oğurluq etməsinlər; 
3. Zina etməsinlər;  
4. Öz övladlarını öldürməsinlər; 
5. Bir kəsə böhtan atmasınlar; 
6. Yaxşı işlərdə sənə itaətsizlik göstərməsinlər. 
Bunlara  əsasən  onların  bey`ətini  qəbul  et  və 
Allahdan  onlar  üçün  bağışlanma  dilə.  Allah  bağışlayan 
və mehribandır!” 
Qadınlar  bey`ət  üçün  hazır  olanda  Ümmü  Həkim 
soruşdu:  “Necə  bey`ət  edək?”  Peyğəmbər  (s)  buyurdu: 
“Mən heç vaxt qadınlarla əllə görüşməyəcəyəm”. 
Sonra  bir  qab  istədi.  Qabı  gətirdilər  və  ona  su 
tökdülər. Həzrət (s) əlini onun içinə saldı və çıxartdı. Bu 
zaman  buyurdu:  “Ey  qadınlar!  Siz  də  öz  əllərinizi  bu 
suya vurun”.
86
 
Belə  nəticə  alırıq  ki,  Həzrət  Peyğəmbərin  (s) 
dövründəki nümunəvi qadınlar O Həzrətin (s) məktəbinin 
şagirdləri  kimi  siyasi  bir  işdə,  yə`ni  bey`ətdə  iştirak 
etdilər,  arxa  cəbhədə  yaralılara  tibbi  yardım  göstərmək 
üçün daim hazır olur, yaxın adamlarının şəhid olmalarını 
həmişə iftixar bilir və bu yolda Allaha xatir olduğu üçün 
müqavimətli  idilər.  Əgər  onların  ərləri  şəhid  olsaydı, 
digər  həyat  yoldaşı  seçməyi  özlərinə  ar  bilməzdilər. 
Hənzələnin  həyat  yoldaşı  Cəmilənin  əhvalatında  işarə 
                                            
85
 Əl-mizan, 19-cu cild, səh.283; Kafidən nəql olunub. 
86
 Həmin mənbə. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə