İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

 
58 
Qadın  yenə  də  bir  azca  kədərləndi,  ancaq  özünə 
gələndən  sonra  soruşdu:  “Səndən  soruşuram,  görəsən 
Peyğəmbər (s) sağdır?”  
Cavan  yenə  də  qadının  cavabını  verməyərək:  “Ey 
bacım! Sizin əriniz də şəhid oldu” dedi.  
Ənsar qadını bu dəfə qəzəblə: “Mən qohumlarından 
kimin  öldüyünü  və  kimin  salamat  qaldığını  bilmək 
istəmirəm.  Xahiş  edirəm  ki,  Peyğəmbər  (s)  barəsində 
mənə bir söz deyəsən”.  
Yalnız bundan sonra o kişi cavab verdi: “Peyğəmbər 
(s) sağ-salamatdır”. 
Bu  sözlərdən  sonra  qadının  üzü  güldü  və  söylədi: 
“Bizim verdiyimiz qurbanlar hədər getmədi”.
73
 
CƏMĠLƏ VƏ ONUN QƏHRƏMAN ƏRĠ 
Əbu  Amirin  oğlu  Hənzələnin  toyu  gecəsinin  səhəri 
Ühüd döyüşü baş verdi. Onun Cəmilə ilə toy və qonaqlıq 
gecəsi  idi.  Hər  iki  tərəfin  qohumları  də`vət  olunmuşdu. 
Digər  tərəfdən  də  Peyğəmbər  (s)  döyüş  üçün  ümumi 
səfərbərlik  e`lan  etmişdi.  Hənzələ  iki  yol  ayrıcında 
qalmışdı ki, nə etsin? Əgər İslam döyüşçülərinə qoşulsa, 
iki  tərəfin  qohum-qəbiləsinə  nə  cavab  verəcək?  Əgər 
evlənməyə  razılıq  versə,  Allahın  və  Peyğəmbərin  (s) 
qəzəbinə  düçar  olacaq.  Fikrinə  çatan  axırıncı  çıxış  yolu 
bu  oldu  ki,  Rəsulullahın  (s)  hüzuruna  gedib  bir  gecəlik 
möhlət alsın və sabahı günü özünü Həzrətə (s) çatdırsın. 
O,  Peyğəmbərin  (s)  hüzuruna  gedərək  əhvalatı  ona 
danışdı.  Peyğəmbər  (s)  ona  bir  gecəlik  icazə  verdi. 
Yazırlar ki, Peyğəmbər (s) ona icazə verib-verməməkdə 
tərəddüd  edirdi.  Bu  zaman  bu  ayə  nazil  oldu  -“Həqiqi 
mö`minlər  əgər  bir  işə  xatir  icazə  istəsələr,  onlara  icazə 
ver. Allah bağışlayan və mehribandır”. 
Hər  halda  Hənzələ  Peyğəmbərin  (s)  icazəsi  ilə  evə 
qayıtdı.  O  gecə  qonaqlarla  birlikdə  oldu  və  toyunu 
                                            
73
 İslam tarixindən dastanlar, 2-ci cild, səh.45. 


 
59 
keçirdi.  Səhər  tezdən  cənabət  qüslü  verməmişdən  qabaq 
döyüş  paltarını  geyib  silahını  götürdü  və  tələsik  döyüş 
meydanına  getmək  məqsədi  ilə  evdən  çıxdı.  Cəmilə 
həmin  gecə  yuxuda  gördü  ki,  səmanın  qapıları  açıldı, 
həyat  yoldaşı  Hənzələ  səmaya  tərəf  göyə  qalxdı  və 
qapılar  bağlandı.  Yuxusunu  belə  yozdu  ki,  əri  şəhid 
olacaq.  Ayrılıq  zamanı  onun  qabağını  kəsib  getməsinə 
mane  olmaq  əvəzinə  xahiş  etdi  ki,  bir  az  səbir  etsin. 
Sonra  qonşuların  yanına  gedib  ənsardan  dörd  nəfəri 
çağırdı.  Onlara  dedi:  “Şahid  olun  ki,  həyat  yoldaşım 
Hənzələ gecəni mənimlə birlikdə keçirmişdi”. 
O bunu ona görə etdi ki, bir neçə aydan sonra övlad 
sahibi  olsa,  daha  heç  kəs  onun  haqqında  nalayiq  söz 
deməsin. Hənzələ şahidlərin hüzurunda həyat yoldaşının 
sözünü  təsdiq  etdi  və  döyüş  meydanına  tələsdi. 
Müharibənin  böhranlı  vaxtında  meydana  çatdı.  Hənzələ 
kafirlərin  başçısı  Əbu  Süfyana  zərbə  endirmək  istədi. 
Göz  gəzdirərək  onu  meydanın  ortasında  gördü.  Atını 
şiddətli  tufan  tək  ona  tərəf  çaparaq  qılıncı  ilə  Əbu 
Süfyana  zərbə  vurdu.  Onun  zərbəsi  atın  ayağını  kəsdi. 
Əbu Süfyan  yerə  yıxılıb kömək üçün fəryad  etdi. Sonra 
isə  ayağa  qalxıb  qaçmağa  başladı.  Hənzələ  onu  tə`qib 
etdi.  Bu  arada  kafirlərdən  biri  Hənzələni  nizə  ilə  vurdu. 
Hənzələ  onu  öldürmək  üçün  geri  qayıdanda  davam 
gətirməyib  Həmzə  (ə)  ilə  Əmr  ibn  Cumuhun  cəsədi 
arasında  yerə  yıxılıb  şəhid  oldu.  Döyüşdən  sonra 
Peyğəmbər  (s)  buyurdu:  “Hənzələni  səma  ilə  yerin 
arasında  gördüm.  Mələklər  ona  qızıldan  olan  qablarda 
behişt suyu ilə qusl verirdilər”. 
Buna  əsasən  də  o  “Qəsilul-məlaikə”  (Mələklərin 
qüsl verdiyi) kimi tanındı.
74
 Bu əhvalatın üstündən aylar 
keçdi.  Cəmilə  ərinin  yolunu  davam  etdirdi.  Ərindən  bir 
oğlan  uşağı  dünyaya  gətirdi,  uşağın  adını  Əbdullah 
                                            
74
 Bihar, 20-ci cild, səh.57; Əsədul-ğalibə, 5-ci cild, səh.416. 


 
60 
qoydular.  Cəmilə  çalışdı  ki,  uşaq  böyüyüb  atası  kimi 
şücaətli olsun.  Bu uşaq da atasının yolunu davam etdirdi 
və  ona  oxşadı.  İmam  Hüseyn  (ə)  şəhid  olandan  sonra 
Yezid  Hicaz  və  Mədinə  camaatının  qiyamını  yatırmaq 
üçün  qoşun  göndərdi.  Əbdullah  kiçik  bir  dəstəylə  əlinə 
bayraq  götürdü  və  qəhrəmanlıqla  Yezidin  qoşununun 
qabağına  çıxdı.  O,  camaatı  döyüşə  də`vət  etdi.  Anadan 
bir olan qardaşı Məhəmməd ibn Sabit və səkkiz oğlunun 
hamısını  döyüş  meydanına  göndərdi  və  onlar  ardıcıl 
şəkildə  şəhid  oldular.  O  özü  də  qaniçən  düşmənə 
müqavimət  göstərdikdən  sonra  qəhrəmancasına  şəhid 
oldu.
75
 
Bu,  Cəmilənin  şücaət  və  qəhrəmanlığı  idi.  O,  belə 
bir  övlad  və  nəvələr  yetişdirib  düşmənlə  döyüşə 
göndərərək  adını  qəhrəman  yetişdirmiş  bir  ana  kimi 
tarixə yazdı. 
SƏFĠYYƏNĠN QARDAġININ CƏSƏDĠ 
KƏNARINDAKI RUHĠYYƏSĠ 
Seyyidüş-şühəda  Həzrət  Həmzə  Ühüd  savaşında 
şəhid  oldu.  Qəlbi  kinli  düşmən  onun  pak  cəsədini 
“muslə”  edərək  bədən  üzvlərini  kəsib  ayırdı.  Döyüşün 
sonunda  Peyğəmbər  (s)  gördü  ki,  Həmzənin  (ə)  bacısı 
Səfiyyə  (Həzrət  Peyğəmbərin  (s)  bibisi)  Həmzənin  (ə) 
cəsədinə  tərəf  gəlir.  Həzrət  (s)  Zübeyrə  buyurdu: 
“Ananın qarşısını kəs, gəlməsin”.  
Əhvalatdan  xəbərdar  olan  Səfiyyə  təmkin  və 
qəhrəmanlıqla 
dedi: 
“Niyə 
qardaşımı 
görməyə 
qoymursunuz?  Əgər  onu  muslə  (tikə-tikə)  etdikləri üçün 
qoymursunuzsa,  bunu  ki,  eşitmişəm  və  bilirəm.  Allah 
yolunda bu hələ  azdır.  Biz bu  hadisəylə razılaşırıq. Mən 
buna  səbir  edərəm  və  Allah  dərgahında  hesaba 
gətirəcəm”. 
                                            
75
 Kamil ibn Əsir, 3-cü cild, səh.481. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə