İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

 
61 
Həzrət  Peyğəmbər  (s)  Səfiyyənin  ruhiyyəsinin  belə 
bir  ali  dərəcədə  olduğunu  görüb  buyurdu:  “İcazə  verin 
gəlsin”.  
Səfiyyə  qabağa  gəldi.  Qardaşının  bədənini  o  halda 
görüb  ağladıqda,  Peyğəmbər  (s)  də  ağlamağa  başladı. 
Həzrət (s) iki əlini Səfiyyənin qəlbinə qoyub onun üçün 
dua etdi.
76
 
İndi  isə  Səfiyyənin  Xəndək  döyüşündə  iştirak 
edərkən  göstərdiyi  qəhrəmanlıq  barədə  onun  özünün 
söylədiklərinə diqqət edək. O deyir: “Mən qadınlardan və 
uşaqlardan bir dəstə ilə xeymədə oturmuşdum. Hisan ibn 
Sabit  də  bizimlə  idi.  O  gün  döyüş  uzun  çəkdi.  Bizimlə 
Peyğəmbər  (s)  arasında  o  qədər  çox  məsafə  var  idi  ki, 
əgər  düşmən  bizə  gecə  basqın  etsəydi,  ya  hücuma 
keçsəydi,  müsəlmanlar  bizi  düşməndən  qoruya 
bilməzdilər.  Bu  zaman  bir  yəhudi  kişinin  bizim 
xeymələrin  ətrafında  fırlandığını  gördük.  Mən  Hisana 
dedim:  Bu  kişini  görürsən?  Biz  ondan  arxayın  deyilik. 
Bəlkə də düşmən casusudur. Qalx ayağa və onu buradan 
uzaqlaşdır.  
Hisan  dedi:  “Sən  ki  bilirsən,  mən  onunla  döyüşə 
bilmərəm.  Əgər  onunla  üzbə-üz  gəlsəm,  məni 
öldürəcək”.  
Səfiyyə Hisanın bu sözünü eşidəndə qanı cuşə gəlib 
ayağa  qalxır  və  qərara  gəlir  ki,  özü  təkbaşına  düşmənin 
casusuyla  döyüşsün.  Silahı  olmadığı  üçün  xeymənin 
sütununu  yerindən  qoparıb  əlinə  götürərək  ona  hücum 
edir. Səfiyyə  yəhudini öldürənə kimi onunla döyüşür. O, 
İslamda  düşməni  qanına  qəltan  edən  ilk  qadınlardan 
biridi.
77
 
                                            
76
  Ə`yanuş-şiə,  2-ci  cild,  səh.123;  Təbəqate  ibn  Sə`d,  3-cü  cild, 
səh.7. 
77
  İslam  aynasında  qadınların  siması,  səh.140;  Əsədul-ğalibə,  5-ci 
cild, səh.492. 


 
62 
ĠKĠ ġƏHĠD ANASI NƏSĠBƏ 
“Ümmü Əmmarə” adı ilə tanınan Nəsibə, Rəsulullah 
(s) dövrünün qəhrəman qadınlarındandı. O, Peyğəmbərin 
(s)  bütün  döyüşlərində,  döyüşçülərə  su  vermək  və 
yaralılara  tibbi  yardım  göstərmək  kimi  işlərdə  yaxından 
iştirak  etmişdi.  Ühüd  döyüşü  başlandığı  gün  çiyninə  su 
tuluğu 
alıb 
Ühüd 
cəbhəsində 
susayan 
İslam 
döyüşçülərinə  su  verirdi.  Maraqlısı  budur  ki,  Ühüd 
döyüşünün  sonunda  müsəlmanlar  (qənimət  toplamağa 
başları  qarışdığı  üçün  “Təll  əynəyn”i  əldən  verib) 
məğlub  olanda  Nəsibə  su  tuluğunu  kənara  atıb  özünü 
Peyğəmbərə  (s)  sipər  edərək  onu  hər  tərəfdən  müdafiə 
edirdi. Peyğəmbər (s) buyururdu: “Hər tərəfə baxırdımsa, 
Nəsibənin məni qoruduğunu görürdüm”. 
O,  axırda  on  üç  yara  aldı.  Yaralardan  biri  onun 
çiynində idi. Yara o qədər dərin idi ki, onun müalicəsi bir 
il  davam  etdi  və  yeri  ömrünün  axırına  qədər  onun 
çiynində  qaldı.  Həzrət  Peyğəmbər  (s)  müsəlmanlardan 
birinin  əlində  öz  qalxanı  ilə  qaçdığını  görüb  ona 
buyurdu: “Qalxanı yerə at”.  
O, qalxanı yerə atdı. Nəsibə həmin qalxanı götürdü. 
Kafirlərdən biri gəlib ona qılınc zərbəsi endirdi. Ancaq o, 
qalxanla  qılınc  zərbəsini  qaytardı  və  oğlu  Əbdullahın 
köməyi ilə onu öldürdü. Nəsibə oğlu Əbdullahın qaçmaq 
istədiyini  gördükdə  onun  qabağını  kəsib  dedi:  “Hara 
qaçırsan? Allah və Onun Peyğəmbərindən (s) qaçırsan?” 
Onu  meydana  qaytardı  və  döyüşə  davam  etdi.  Bir 
atlı  gəlib  Əbdullaha  ağır  yara  vurdu.  Nəsibə  cəld 
tərpənərək ləngimədən oğlunun yarasını bağladı və dedi: 
“Qalx və döyüşdə süst olma”.  
Özü  həmin  atlıya  hücum  edib  onu  ayağından 
yaraladı.  Peyğəmbər  (s)  qadının  bu  cür  zirəkliyini 
müşahidə  etdikdə  elə  güldü  ki,  Həzrətin  (s)  arxa  dişləri 
göründü və buyurdu: “Afərin sənə! Yaxşı intiqam aldın”. 


 
63 
Onun  oğlu  Əbdullah  bu  döyüşdə  şəhid  olsa  da, 
Nəsibə  sona  qədər  qılıncla  və  ox  atmaqla  Peyğəmbərin 
(s)  canını  qoruyurdu.  Onun  fədakarlığı  elə  bir  həddə 
çatdı  ki,  Peyğəmbər  (s)  buyurdu:  “Nəsibənin  məqamı 
filankəslərin məqamından daha üstündür (Həzrətin (s) bu 
sözləri  deməklə  nifaq  başçılarının  (üç  xəlifənin) 
qaçmalarına işarə edirdi)”. 
Hər  halda  Nəsibə  Peyğəmbərə  (s)  ərz  etdi: 
“Allahdan  istə,  Cənnətdə  bizi  səninlə  bir  yerdə  qərar 
versin”.  
Peyğəmbər (s) həmin duanı buyurdu.
78
 
Nəsibənin digər övladlarından biri “Həbib” adlı şəxs 
idi.  Peyğəmbər  (s)  onun  vasitəsi  ilə  Musəyləmeyi-
kəzzaba  (yalandan  peyğəmbərlik  iddiası  edən  şəxsə) 
xəbər  göndərdi.  Bu  qoçaq  cavan  Peyğəmbərin  (s) 
xəbərini Musəyləməyə çatdıranda, Musəyləmə ona dedi: 
“Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirsən?”  
O cavab verdi: “Bəli”.  
Musəyləmə  ona  dedi:  “Mənim  peyğəmbərliyimi 
təsdiq edirsənmi?”  
O cavab verdi: “Qulağım eşitmir”.  
Bu  sual-cavab  üç  dəfə  təkrar  olundu.  Musəyləmə 
əsəbləşdi və göstəriş verdi ki, onu öldürüb bədənini tikə-
tikə doğrasınlar. Bu xəbər Nəsibəyə çatanda Musəyləmə 
ilə döyüşdə ya özü öləcəyinə, ya da onu öldürəcəyinə and 
içdi. 
Peyğəmbərin  (s)  vəfatından  sonra  Nəsibə 
Musəyləmə  ilə  döyüşdə  müsəlmanlarla  çiyin-çiyinə 
iştirak  etdi.  Musəyləmə  və  köməkçiləri  bir  bağa 
sığınanda,  Nəsibə Əbu  Ducacə Ənsari və digər  bir neçə 
nəfərlə  bağa  girib  Musəyləməni  həlak  edənə  kimi 
vuruşdular.  Nəsibə  arzusuna  çatdı.  Lakin  bir  əlini  İslam 
yolunda  itirdi!
79
  Bu,  iki  şəhid  vermiş  qəhrəman  ananın 
qoçaqlığı, şücaəti, döyüşkənliyi və mücahid yetişdirməsi 
                                            
78
 Bihar, 20-ci cild, səh.32 və 133; Əl-isabə, 4-cü cild, səh.404. 
79
 Əl-isabə, 4-cü cild, səh.404 və 457. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə