İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

 
52 
salamat  görüb  dedi:  “Daha  bütün  müsibətlərim  asandır. 
Siz salamat olsanız, heç bir qəmim yoxdur”.  
O yüksək ruhiyyəli bir qadın idi. Döyüş meydanında 
oğlanlarının cənazəsini tapdı və dəvənin belinə  yükləyib 
Mədinəyə  tərəf  yola  düşdü.  Yolda  camaat  ondan 
soruşdular: “Peyğəmbərdən (s) nə xəbər var?”  
O dedi: “Peyğəmbər (s) salamatdır”.  
Aişə ondan soruşdu: “Dəvənin belindəki yük nədir?”  
O dedi: “Ürəyimin parası iki oğlumdur. Onlar Allah 
yolunda  qəhrəmanlıq  göstərmişlər,  aparıram  torpağa 
tapşıram”.
70
 
BĠR ġƏHĠD ANASINDAN ĠBRƏT DƏRSĠ 
Bədr  döyüşündə  Süraqənin  oğlu  Harisənin 
boğazından  bir  ox  dəydi  və  o,  şəhid  oldu.  Onun  şəhid 
olması  xəbəri  Mədinəyə  çatanda  anası  və  bacısı 
mənzildən çölə çıxdılar. Anası ətrafındakı qadınlara dedi: 
“And  olsun  Allaha!  Peyğəmbər  (s)  gələndə,  ondan 
oğlumun 
behiştdə, 
ya 
cəhənnəmdə 
olduğunu 
soruşmayınca  ağlamayacam.  Peyğəmbər  (s)  gələndə 
ondan  soruşacam,  əgər  buyursa  oğlun  cəhənnəmdədir,  o 
qədər  ağlayacam  ki,  göz  yaşlarım  cəhənnəmin  odunu 
söndürsün  və  o  qədər  nalə  çəkəcəm  ki,  sonu 
bilinməyəcək.  Əgər  buyursa  ki,  behiştdədir  heç  vaxt 
ağlamayacam. Əksinə, çox sevinəcəm”. 
Bədr  döyüşündən  sonra  Peyğəmbər  (s)  Mədinəyə 
gəldi.  Harisənin  anası  o  Həzrətin  (s)  hüzuruna  gəlib  ərz 
etdi: “Ey Allahın Rəsulu! Yaxşı bilirsən ki, mən Harisəni 
çox sevirdim. O mənim gözümün işığı idi. Onun şəhidlik 
xəbəri  mənə  çatanda  ağlamadım  ki,  sizdən  soruşum,  o 
behiştdədir, yoxsa cəhənnəmdə? Əgər cəhənnəm odunda 
olsa, ağlayıb nalə edəcəm”.  
                                            
70
 Şərhe Nəhcül-bəlağə, İbn Əbil-Hədid, 3-cü cild, səh.390. 


 
53 
Peyğəmbər  (s)  ona  buyurdu:  “Behişt  bir  neçə 
mərtəbədən  ibarətdir.  Sənin  oğlun  firdovse-ə`lada, 
behiştin ən yüksək məqamındadır”. 
Ana dedi: “Mən onun üçün heç vaxt ağlamayacam”. 
SƏBĠR QƏHRƏMANI ÜMMÜ SƏLĠM 
Ümmü  Səlim  Məkkədə  İslamı  qəbul  edən  tənha 
qadın  idi.  O,  İslama  vəfalı  olan  bir  müsəlman  kimi 
vəzifəsini  yerinə  yetirirdi.  Əri  vəfat  etdiyi  üçün 
Mədinədən  Əbu  Təlhə  Ənsari  adlı  bir  cavan  oğlan  ona 
elçilik  etdi.  Əbu  Təlhə  gözəl  oğlan  və  hörmətli  ailədən 
idi.  Ancaq  hələ  İslamı  qəbul  etməmişdi.  Ümmü  Səlim 
çox  istəyərdi  ki,  Əbu  Təlhə  onun  həyat  yoldaşı  olsun. 
Lakin  onun  elçiliyinə  qətiyyətlə  rədd  cavab  verdi  və 
dedi:  “Bu  şərtlə  sənin  həyat  yoldaşın  olaram  ki, 
müsəlman olasan”.  
Onunla  bütpərəstliyin  əsassız  olması  barəsində 
söhbət etdi. Bundan sonra Əbu Təlhə müsəlman oldu və 
Ümmü  Səlim  onunla  ailə  qurdu.  Maraqlısı  budur  ki, 
Ümmü Səlim öz mehriyyəsini Əbu Təlhənin İslamı qəbul 
etməsini  tə`yin  etdi.  Bir  müddətdən  sonra  onların  oğlu 
oldu və bu uşağa  çox məhəbbət bəsləyirdilər.  Amma bir 
gün  Əbu  Təlhə  mənzildə  olmayanda  uşaq  xəstələnərək 
dünyadan  getdi.  Ümmü  Səlim  onu  bir  parçaya  büküb 
otağın  küncünə  qoydu.  Əbu  Təlhə  evə  gələndə,  Ümmü 
Səlim  uşağın  öldüyünü  bildirmədən,  hazırladığı  ləziz 
yeməyi  ərinin  qabağına  qoydu.  Əbu  Təlhə  uşağın 
əhvalını soruşdu. Ümmü Səlim dedi: “O yatıb, yeməyini 
ye”.  
Ümmü  Səlim  təbəssüm  və  şirin  sözlərlə  ərini 
sevincə qərq etdikdən sonra ona dedi: “Doğrusu, bir neçə 
müddət olar ki, sənin yanında bir əmanət var idi. Bu gün 
onu sahibinə qaytardım. Daha nigaran olmazsan?”  
Əbu  Təlhə  dedi:  “Niyə  nigaranam?  Əmanət  gərək 
sahibinə qaytarılsın”.  


 
54 
Ümmü Səlim bildirdi: “Allah istədi ki, mənə və sənə 
əmanət verdiyi övladı bu gün bizdən alsın”.  
Əbu  Təlhə  düşüncəli  həyat  yoldaşının  səbirinə, 
rəftar tərzinə və Allaha təvəkkül etməsinə təəccüb edərək 
dedi:  “Sənin  əvəzində  mən  səbirli  və  dözümlü 
olmalıyam”. 
Ayağa  qalxıb  uşağa  qüsl  verdi,  kəfənləyərək  dəfn 
etdi.  Sonra  Rəsulullahın  (s)  hüzuruna  gəlib  oğlunun 
vəfatını və həyat yoldaşının rəftarını danışdı. Peyğəmbər 
(s) dua etdikdən sonra buyurdu: “Allaha şükür edirəm ki, 
mənim  ümmətim  arasında  Bəni  İsrailin  dözümlü  qadını 
kimi qadın vardır”. 
Bir şəxs soruşdu: “O qadının əhvalatı necədir?”  
Peyğəmbər (s) buyurdu: “Bəni İsraildə iki uşağı olan 
ailə  var  idi.  Bir  gün  onlar  bir  neçə  nəfəri  qonaq  də`vət 
etdilər.  Kişi  eşikdə  idi,  qadın  isə  mətbəxdə  məşğul  idi. 
Sonra kişi ilə qonaqlar evə daxil oldular. Bu arada, çöldə 
oynayan  həmin  iki  oğlan  uşağı  quyuya  düşdü.  Qadın 
ərini və qonaqları xəbərdar etmədən uşaqları ölmüş halda 
quyudan  çıxartdı.  Onları  parçaya  büküb  bir  kənara 
qoydu.  Qonaqlar  gedəndən  sonra  bəzəyib  ərinin  yanına 
gəldi  və  xoş  rəftar,  şirin  sözlərlə  onu  bu  acı  xəbərə 
hazırladı. Əri uşaqlarını soruşdu və onları səslədi. Birdən 
ölmüş  həmin  iki  uşaq  Allahın  əmri  ilə  qadının  səbirli 
olmağına xatir dirilib ata-anasının yanına gəldilər”. 
Ümmü  Səlimin  göstərdiyi  digər  fədakarlığı  sizə 
təqdim edirik: 
Peyğəmbər  (s)  Mədinəyə  hicrət  etdikdən  sonra  bir 
gün  Əbu  Təlhənin  mənzilinə  daxil  oldu.  Ümmü  Səlim 
Peyğəmbəri  (s)  yaxşı  qarşılamaq  üçün  dünya  malından 
heç nəyi olmadığı üçün (əvvəlki ərindən olan) Ənəs adlı 
on yaşlı oğlunu Peyğəmbərin (s) hüzuruna gətirdi və ərz 
etdi:  “Ya  Rəsulullah!  Bu  oğlanı  sizə  xidmətçi 
gətirmişəm.  Sizə  layiq  olmasa  da,  qəbul  edin  və  onun 
haqqında dua edin”.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə