İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

 
40 
əmri ilə ondan uzaqlaşsa da, qəlbi əziyyətdə olan ərindən 
ayrılıdığına görə döyünürdü və həmişə onun fikrində idi. 
Axırda  (Əyyubun  əvvəlki  sağlamlığının  və  ne`mətlərin 
ona  qayıtmasından  xəbərsiz  olan  halda)  qərara  gəldi  ki, 
onu  görməyə  getsin  və  ona  xidmət  etməyi  davam 
etdirsin.  Əyyubun  yaşadığı  yerə  çatanda,  orada  səfalı, 
meyvəli və gül-çiçəkli bağın içində gözəl bir cavan oğlan 
gördü.  Onu  tanımadı  və  təəccübləndi.  Amma  çox 
çəkmədi  ki,  Əyyubun  işarəsi  ilə  Allahın  lütf  və 
mərhəmətinin  onlara  şamil  olmasını  anladı  və  əlini 
Əyyubun  boynuna  saldı.  Onların  hər  ikisi  Allaha  bütün 
bu  lütfünə  və  mehribanlığına  görə  şükr  etdilər.  Allah 
həmin  bu  qadından  Əyyuba  saleh  bir  övlad  nəsib  etdi. 
Onun  və  həyat  yoldaşının  həyatı  digərləri  üçün  iman, 
şükr, dözüm və səbir dərsi oldu.
54
 Əyyubun həyat yoldaşı 
Ruhmə  hərçənd  ki,  bir  dəfə  yorulub  dözümsüzlük  etdi, 
amma  tez  peşiman  oldu  və  əziyyətdə  olan  ərinə  xidmət 
etməyə  davam  etdi.  Allah-təala  da  bunun  müqabilində 
ona  və  ərinə  çoxlu  ne`mətlər  bəxş  etdi.  İnsan  gərək  çox 
ağır  və  çətin  hadisələrdən  tez  yorulub  və  dözümsüzlük 
göstərməsin. Əgər belə bir hal baş versə, nə qədər ki gec 
olmayıb səhvini düzəltsin. 
9-10-ġuəybin qızları 
Şuəybin qızlarının Musa (ə) ilə rəftarları, qadınların 
necə fikirləşmələri və rəftar etmələri mühüm bir dərsdir. 
Həzrət  Musa  (ə)  Fir`onun  qüdrətli  vaxtında 
məzlumları  onun  və  adamlarının  zülmündən  müdafiə 
edirdi.  Ancaq  bir  gün  zalımlardan  birinin  zülmünün 
qarşısını alanda, onun başına bir yumruq zərbəsi endirdi. 
Həmin  zülmkar  aldığı  zərbədən  yerə  yıxılıb  öldü.  Musa 
(ə) o cür cansıxıcı və qorxulu mühitdə canının təhlükədə 
olduğunu  hiss  etdi.  Gizlin  şəkildə  Misirdən  çıxdı  və 
piyada  Mədyənə  tərəf  yola  düşdü.  Musa  (ə)  Mədyənə 
                                            
54
 Qisəse Qur`an, Bəlaği, səh.207 və 293. 


 
41 
yaxınlaşanda  çobanların  qoyunları  sulamaq  üçün  bir 
quyunun  yanına  gətirdiklərini  gördü.  Onlar  quyudan  su 
çəkib qoyunlara verirdilər. Bu zaman Musa (ə) iki qızın 
kənarda  durub  öz  qoyunlarının  quyuya  yaxınlaşmasının 
qarşısını  aldığını  müşahidə  etdi.  Çünki  onlar  öz 
iffətlərinin  qorunmasına,  qayda-qanuna  və  növbəyə 
riayət etmək istəyirdilər. Onlar Şueybin (ə) qızları idilər. 
Qəlbi həmişə imkansız və köməksiz insanlarla olan Musa 
(ə)  o  qızlara  kömək  etmək  qərarına  gəldi.  Yaxınlaşıb 
dedi: “Öz qoyunlarınıza niyə su vermirsiniz?”  
Onlar  dedilər:  “Kişilərin  getməsini  gözləyirik  və 
sonra biz öz qoyunlarımıza su verəcəyik”.  
Musa  (ə)  qabı  onlardan  aldı  və  var  gücü  ilə  tək 
başına quyudan su çəkib onların qoyunlarına verdi. Sonra 
onlardan  ayrılıb  bir  ağacın  kölgəsi  altında  oturdu.  Aclıq 
ona  qalib gəldiyi  üçün  Musa  Allahdan  kömək  istədi.  Bu 
zaman  Şueybin  qızları  atalarının  yanına  gedib  əhvalatı 
ona  danışdılar.  Şueyb  dedi:  “Gedin  o  cavanı  evimizə 
də`vət edin”.  
Qızlardan  biri  özünü  tələsik  Musaya  (ə)  çatdıraraq 
atasının də`vətini ona bildirdi. Musa (ə) bu də`vəti qəbul 
etdi və yolda qıza dedi: “Sən mənim arxamca gəl. Harada 
yolumdan  azsam, arxadan  həmin  istiqamətə  daş  atmaqla 
mənə yol göstər”.  
(Musanın  (ə)  bu  sözləri  onun  iffətinin  qorunmasına 
xatir  idi).  Qız  razı  oldu.  Musa  evə  çatanda,  Şueyb  onu 
yaxşı  qarşıladı.  O  qız  atasına  dedi:  “Bu  cavan  oğlanı 
özünə  köməkçi  götür.  Ona  görə  ki,  güclü,  əmin  (təmiz) 
və ədəbli bir oğlandır”. 
Qız onun gücünü quyudan su çəkəndə, paklığını və 
təmizliyini isə yolda görmüşdü. O, bu sözləri atasına dedi 
və ata da düşüncəli qızının söylədiyi dəlilləri qəbul etdi. 
Hətta  Musaya  (ə)  qızlarından  biri  ilə  evlənməsini  təklif 


 
42 
etdi.  Musa  (ə)  da  bu  təkliflə  razılaşıb  “Səfura”nın  əri 
oldu.
55
 
11-Həlimə Sə`diyyə 
Peyğəmbər  (s)  hələ  dünyaya  gəlməmişdən  əvvəl 
atası  Əbdullah  dünyasını  dəyişdi.  İki,  ya  altı  yaşı 
olmamış  anası  da  dünyadan  getdi.  Əbdül-Müttəlib 
Məhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın 
axtarırdı.  Çünki  o  həzrət  (s)  hər  kəsin  südünü  qəbul 
etmirdi. Əbdül-Müttəlib  təsadüfən  Məkkəyə  süd  vermək 
üçün uşaq axtarmağa gəlmiş səhrada yaşayan (köçəri) bir 
qadını gördü. Əbdül-Müttəlib ona dedi: “Sən kimsən?”  
Qadın: 
“Mən 
bəni-Sə`d 
tayfasından 
olan 
Həliməyəm”.  
Əbdül-Müttəlib: “Bəh-bəh! Səndə “səadət və helm” 
kimi əbədiyyətin və ruzgarın  iki gözəl xisləti vardır”.  
Onun  adını  yaxşı  yerə  yozdu  və  uşağın  yanına 
apardı.  Məhəmməd  (s)  onun  südünü  götürdü.  Bundan 
sonra  qadın  Məhəmmədi  (s)  özüylə  yaşadığı  yerə  aparıb 
ona süd verməyə başladı. 
Beləliklə,  yenə  də  görürük  ki,  ismətli  qadın  yaxşı 
xislətlərə  malik  olmaqla  necə  də  dəyərli  olur.  Əbdül-
Müttəlib  onu  bəyənir  və  Məhəmmədi  (s)  əmizdirmək 
üçün  bir  ana  kimi onu seçir.
56
  Yə`ni fərqi  yoxdur,  qadın 
mal-qara  saxlayan  köçəri  olub  səhrada  yaşasa  da,  əgər 
fəzilətli,  əxlaqlı  və  yaxşı  xüsusiyyətlərə  malik  olarsa, 
Həzrət  Məhəmmədin  (s)  ikinci  anası  olmaq  ləyaqətini 
qazanır. 
                                            
55
 Təfsire Məcməul-bəyan, 7-ci cild, səh.248 (“Qəsəs” surəsi, 28 və 
21-ci ayələr). 
56
 Kuhlul-bəsər, səh.20; Sireye Hələbi, 1-ci cild, səh.81 və 106. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə