İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

 
31 
Asiyə  bunları  gördükdən  sonra  sevindi  və  göz  yaşı 
təbəssümə  döndü.  Fir`on  təəccüblə  dedi:  “Həyat 
yoldaşım  dəli  olub.  O  belə  bir  vəziyyətdə  gülür  və  boş 
yerə özünü ölümə verib!”  
Asiyə  dedi:  “And  olsun  Allaha!  Dəli  olmamışam. 
Əksinə, öz yerimi Cənnətdə görürəm”.  
O,  elə  həmin  halda  Allahının  görüşünə  tələsdi  və 
şəhid  oldu.  Asiyəyə  qızmar  günəş  altında  işgəncə 
veriləndə,  mələklər  sıraya  düzülüb  günəşin  qabağında 
duraraq  ona  kölgə  saldılar.
36
  O,  Cənnətin  ən  yaxşı 
qadınları və tarixin dörd ən yaxşı nümunəvi, yə`ni Asiyə, 
Məryəm  (ə),  Xədicə  (ə)  və  Fatimə  (ə)  kimi 
xanımlarından birinə çevrildi.
37
 
Bə`zi hədis kitablarına əsasən, Asiyə dünyada ən pis 
insanın həyat yoldaşı idi. O, fədakarlığı və səbirli olması 
nəticəsində  elə  bir  məqama  çatdı  ki,  axirətdə  ən  yaxşı 
insanın həyat yoldaşı olacaq. 
Bu,  dözümlü,  səbirli,  fədakar,  dini  himayə  edən  və 
Allah yolunun yolçusu olan qadının mükafatı idi. 
3-4-Musanın (ə) anası və bacısı 
Ən  çətin  hadisələrin  qarşısında  davam  gətirən  və 
müqavimət  göstərən  qadınlardan  biri  də  Musanın  (ə) 
anası  “Yukabed”  və  bacısı  “Kəlsəmə”  (yaxud  Kəlimə) 
idi. 
Fir`on  rejiminin  cəlladları  əmr  etmişdilər  ki, 
dünyaya gələn bütün oğlan uşaqlarını öldürsünlər. Çünki 
münəccimlərin  dediyinə  görə,  həmin  ildə  Fir`onun  taxt-
tacını  aradan  aparacaq  bir  oğlan  uşağı  dünyaya 
gələcəkdi. Buna görə də onlar istəyirdilər ki, həmin uşağı 
öldürməklə  bunun  qarşısını  alsınlar.  Gizlin  mə`murlar, 
mamaçalar  hər  yerdə  hazır  olub,  hər  yeri  yoxlayaraq 
nəzarət  altında  saxlayırdılar.  Əgər  bir  uşaq  dünyaya 
                                            
36
 Bihar, 13-cü cild, səh.165; Məcməul-bəyan, 10-cu cild, səh.319. 
37
 Kəşful-ğəmmə, 2-ci cild, səh.133. 


 
32 
gəlsəydi  onu  öldürürdilər.  On  minlərlə  günahsız  uşaqlar 
öldürüldülər. Hər bir evdən Bəni İsrail qadınlarının naləsi 
və ağlamaq səsləri gəlirdi. Qəm-qüssə az yaşlı uşaqların 
da  ölümünə  səbəb  olurdu.  İş  o  yerə  çatdı  ki,  qibtilərin 
(Fir`onun  tərəfdarlarının)  rəisi  Fir`onun  yanına  gəlib, 
ondan  bu  barədə  fikrinin  dəyişməsini  istədi.  Fir`on  əmr 
etdi ki, bir il uşaqları öldürsünlər, bir il isə əl saxlasınlar. 
Musanın 
(ə) 
qardaşı 
Harun 
həmin 
uşaqların 
öldürülmədiyi  ildə  dünyaya  gəldi.
38
  Bəni  İsrailə  şamil 
olmuş İlahi lütf və qeybdən gələn yardımlar, Musanın (ə) 
anasının hamiləliyinin bilinməməsinə kömək oldu. Hətta 
Musanın  (ə)  anasının  sorağına  gəlmiş  həkim  onu 
müayinə  edərkən  onda  hamiləliyin  əsər-əlamətini 
görmədi. Musa (ə) dünyaya gəldiyi zaman, onun anasına 
kömək  etmək  üçün  gəlmiş  həkim  qadın  Musanın  (ə) 
alnındakı  nuru  gördükdə  onun  məhəbbəti  qəlbinə  düşdü 
və bu barədə heç kəsə bir söz demədi.
39
 
Beləcə,  Musa  (ə)  dünyaya  gəldi.  Onun  anası  və 
bacısı belə bir böhranlı və qorxulu vəziyyətdə Musanı (ə) 
himayə etdilər və gözlərinin nurunu ölməyə qoymadılar. 
Ancaq  həmin  böhranlı  vəziyyət  hələ  də  aradan 
getməmişdi. Hər an onu öldürmək təhlükəsi var idi. Ana 
övladının  nicat  tapması  barəsində  fikirləşirdi.  Allah 
Musanın  (ə)  anasına:  “Musanı  əmizdir,  öldürülməsi 
təhlükəsini  hiss  etsən  onu  dəryaya  (Nil  çayına)  at  və 
narahat  olma!    Biz  onu  sənə  qaytaracaq  və 
peyğəmbərlərdən  edəcəyik”  –  deyə  buyurdu.
40
  Ana, 
dülgər  Hizbilin  yanına  gedib  ona  dedi:  “Bir  sandıq 
düzəlt”.  
Dülgər  sandığı  düzəltdi.  Ana  sandığı  ehtiyatla  evə 
apardı.  Uşağını  sandığa  qoyub  Nil  çayının  yanına  gəldi 
və  onu  suya  buraxdı.  Fir`on  və  həyat  yoldaşı  bu  zaman 
                                            
38
 Məcməul-bəyan, 1-ci cild, səh.106. 
39
 Məcməul-bəyan, 7-ci cild, səh.241. 
40
 Qəsəs surəsi, ayə 7. 


 
33 
Nil  çayının  kənarında  idilər.  Birdən  suda  üzən  sandığı 
gördülər.  Fir`on  həyat  yoldaşına  dedi:  “O  sandığı  götür 
və bura gətir”.  
Asiyə  sandığı  sudan  götürdü  və  qapısını  açdıqda 
orada  gözəl  bir  uşaq  gördü.  Allah  həmin  anda  Musanın 
(ə)  məhəbbətini  Asiyənin  qəlbinə  saldı.  Fir`on  uşağı 
görəndə  bərk  qəzəblənərək  dedi:  “Necə  ola  bilər  ki,  hər 
yer  nəzarət  altında  ola-ola  bu  uşaq  əldən  çıxıb  və  onu 
öldürməyiblər?”  
Asiyə  dedi:  “Bu  uşaq  bir  yaşındadır.  Sən  də  əmr 
etmisən  ki,  bu  ilki  uşaqları  öldürsünlər.  Qoy  bu  uşaq 
bizim  üçün  qalıb  gözümüzün  işığı  olsun.  Onu  öldürmə, 
bəlkə bizə xeyri dəydi. Onu övladlığa götürək”.
41
 
Anası isə Musanın (ə) fikrində idi. Qızı, Musanın (ə) 
Kəlsəmə  adlı  bacısına  dedi  ki,  sandığın  dalınca  gedib, 
əhvalatı  ona  xəbər  versin.  Bacısı  çətin  vəziyyətdə 
qardaşının  dalınca  gedərək  onun  Fir`onun  evində 
olduğunu öyrəndi. Namə`lum halda özünü oraya çatdırdı. 
Gördü ki, qadınlar sarayda Musanı (ə)  əmizdirmək üçün 
toplaşıblar,  ancaq  o  heç  kəsin  südünü  qəbul  etmir. 
Musanın (ə) bacısı onlara dedi: “Əgər istəsəniz, mən sizə 
bu uşağı əmizdirə bilən bir ananı tanıtdıraram”. 
Axırda  Allahın  lütfü  sayəsində,  bacının  köməyi  ilə 
uşağı  anasının  yanına  gətirdilər.  Musa  (ə)  anasının  iyin 
hiss  etdikdən  sonra,  südünü  əmib,  isti  ana  qucağında 
yuxuya getdi. 
Yazırlar ki, Fir`on ananı hüzuruna çağırıb ona dedi: 
“Nə üçün bu uşaq təkcə sənin südünü qəbul edir?”  
Ana  cavabında  dedi:  “Çünki  məndən  yaxşı  ətir 
qoxusu gəlir və südüm də dadlıdır. Buna görə də hər bir 
uşaq mənim südümü götürür”.  
Fir`on  onun  bu  sözünə  inandı  və  daha  bu  barədə 
maraqlanmadı.
42
 
                                            
41
 Məcməul-bəyan, 7-ci cild, səh.241. 
42
 Məcməul-bəyan, 7-ci cild, səh.243. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə