İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   2   3   4   5   6   7   8   9   10   ...   48

 
21 
azğın  dəstə  bir-biri  ilə  döyüşə  başlamışdır.  O  həzrət 
demək  istəyir  ki,  ehtiyatlı  olun.  Bu  fitnə  öz  məqsədləri 
üçün nə sizə minsin və nə də mali imkanlarınızdan özləri 
üçün  istifadə  etsin.  Yoxsa,  əgər  döyüşən  tərəflərdən  biri 
haqq olsaydı, ona kömək etmək vacib olardı.
22
 
BƏLALAR MÜQABĠLĠNDƏ SƏBĠR 
Bundan  əvvəl  deyildiyi  kimi,  bəlalar  dünyanı  əhatə 
edib. 
Hər  kəsin  bir  cür  giriftarçılığı  və  bu 
giriftarçılıqların  hər  birisinin  öz  səbəbləri  var.  Onlardan 
ən mühümü bu  yarış meydanında kimin qalib gəlməsini 
müəyyənləşdirən  imtahan  və  sınaqdır.  İndi  isə  digər  bir 
amilə  diqqət  yetirək.  Bu,  acı  hadisələr  və  bəlalara  səbir 
etməkdir. Gərək insan bəlalar qarşısında son həddə qədər 
dözüb,  səbir  və  müqavimət  göstərməklə  mümkün 
olmayanları reallaşdırıb, Allah fərmanına təslim olsun. 
Bir çeşmə ayrıldı qayadan düzə, 
Qəfildən bir daşla gəldi üz-üzə. 
Həlimliklə belə söylədi daşa: 
Yol ver, qoy yolumu mən vurum başa. 
Qəlbi qara daş qaldırıb səsini, 
Dedi: Uzaq dayan, kəsərəm nəfəsini. 
Sellər tərpətməmiş məni yerimdən,  
Sənin qarşındanmı qaçmalıyam mən?! 
Bu sözlər çeşməni razı salmadı,  
Təkan vurdu daş yerində qalmadı. 
Çalışdı-vuruşdu, durmadı bir an,  
Ötüb-keçdi daşdan, yol oldu asan. 
Zəhmətlə çatarsan hər bir istəyə,  
Atdığın ox çətin ki, daşa dəyə. 
Get tər axıt, üzülməsin ümidin 
Qisməti ölümdür hər naümidin. 
Bil, işdə olarsa səbirin, dözümün, 
Çətinliklər asan olası bir gün. 
                                            
22
 Şərhe Nəhcül-bəlağə, İbn Əbil-Hədid, 18-ci cild, səh.82. 


 
22 
Qur`ani-məciddə 
yüz 
dəfədən  çox  müxtəlif 
tə`birlərlə  səbir  və  müqavimətli  olmaq  barəsində  söz 
açılır.  Ancaq  səbir,  əlini  əlinin  üstünə  qoyub,  gözləmək 
deyil. Əksinə, səbir lüğətdə bir işi yerinə yetirmək və onu 
davam etdirmək üçün polad kimi iradəli olmaq və qəlbin 
əzmkarlığı  mə`nasındadır.  Səbir  və  müqavimət  təkcə 
insanın  ruhiyyəsinin  aşağı  enməsinin  qarşısını  almır. 
Əksinə, insanın ruhiyyəsini neçə dəfə yüksəldir. Eləcə də 
cəbhədə  düşmən  qarşısında  səbir  barəsində  Qur`anda 
buyurulur: “Əgər içərinizdə iyirmi səbirli və müqavimətli 
kişi olsa, iki yüz kafirə qalib gələr”.
23
 
“Ali-İmran”  surəsinin  200-cü  ayəsində  buyurulur: 
“Ey  iman  gətirənlər!  Səbir  edin.  Düşmənlərin 
müqaviməti  müqabilində  də  dözün,  hazır  olun  və 
Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” 
Mütəal  Allah  bu  ayədə  qələbəyə  olan  ümidi  dörd 
şeydə bilir: 
Nəfs  istəkləri  və  meylləri,  çətinliklər  və  bəlalar 
müqabilində səbir və müqavimət. 
Düşmən qarşısında səbir və müqavimət. 
Sərhəd  keşiyində  səbir  və  müqavimət  (bu,  istər 
müsəlman  məntəqələrinin  sərhədi  olsun,  istərsə  də 
siyasət və İslam mədəniyyətinin). 
Hər  bir  şeyin  əsası  olan  pərhizkarlıq  və  paklıqdakı 
(iffətdəki) səbir. 
Qur`anda  belə  bir  tə`birlər  də  var  ki,  “Allah  səbir 
edənlərlədir”
24
  və  “Allah  səbir  edənləri  sevər”.
25
 
Qur`anda  dörd  yerdə  buyurulur  ki,  insanı  hidayət  edən 
ibrətamiz  dərslər,  çox  şükür  və  səbir  edən  kəslər  üçün 
haqq və xeyir əlamətidir.
26
 “Məhəmməd” surəsinin 31-ci 
                                            
23
 Ənfal surəsi, ayə 65. 
24
 Bəqərə surəsi, ayə 249. 
25
 Ali İmran surəsi, ayə 146. 
26
 İbrahim surəsi, ayə 5; Loğman surəsi, ayə 21; Səba surəsi, ayə 19; 
Şura surəsi, 33. 


 
23 
ayəsində  buyurulur:  “Biz  içərinizdəki  mücahidləri  və 
səbir edənləri ayırd etmək üçün sizi imtahana çəkəcək və 
sizə dair xəbərləri də yoxlayacağıq (kimin həqiqi, kimin 
yalançı olub şayiə yaydığı və nifaq üzündən (məqsədilə) 
söz danışdığı üzə çıxsın)”. 
Talutun macərasında, Həzrət Samuel Peyğəmbər (ə) 
tərəfindən  təyin  edilən  güclü  və  şücaətli  bir  kişi  az  bir 
dəstə ilə zəmanənin zalım diktatoru Calutun hər cəhətdən 
döyüşə  hazır  vəziyyətdə  olan  ordusunun  qarşısında 
durdu.  Görürük  ki,  Talut  az  adamla  Calutla  döyüşə 
gedəndə  onun  tərəfdarları  bütün  varlıqları  ilə  dedilər: 
“Pərvərdigara, bizə bol səbir və dizimizə (ayaqlarımıza) 
qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”
27
 
Həmin  böyük  ruh  yüksəkliyi  ilə  Calutun  hər 
cəhətdən döyüşə hazır olan ordusunu məğlub etdilər. Bu 
zaman (Davud adlı) yeniyetmə cavan Talutun qoşununda 
idi.  Ordu  cəbhənin  ön  xəttinə  çatanda,  o,  əlindəki 
sapandla çox məharətlə Caluta tərəf bir-iki daş atdı. Daş 
Calutun alnından dəyərək onu yerə yıxdı. Calutun ordusu 
qorxuya  düşüb,  bir  neçə  itki  verdikdən  sonra  qaçmağa 
başladı və bəni–İsrail qövmü qalib gəldi.
28
 
Bəli,  səbir  və  müqavimət  belə  bir  mö`cüzə  yarada 
bilir.  Müşkül  görünən  işləri  həyata  keçirir  və  mümkün 
olmayanları da mümkün edir. 
SƏBĠRĠN NÖVLƏRĠ 
Əxlaq alimlərinin buyuruqlarında səbir və dözüm üç 
hissəyə bölünür: 
1. Günahlar müqabilində səbir. 
2. İtaətdə səbir. 
3. 
Bəlaların  və  zəmanənin  acı  hadisələri 
müqabilində səbir. 
                                            
27
 Bəqərə surəsi, ayə 250. 
28
 Məcməul-bəyan, 1-ci və 2-ci cild, səh.357. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə