İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   2   3   4   5   6   7   8   9   ...   48

 
11 
yanında  çox  böyükdür.    Qadın  öz  iffət  və  hicabını 
qorumaqla  mühüm  işlərdə  iştirak  edə  bilər.  Lakin  onun 
mühüm və daha vacib olan üç vəzifəsi var: 
1.  Evdarlıq,  ailədəki  səfa  səmimiyyəti  qoruyub 
saxlamaq. 
2.  Övladın  tə`lim-tərbiyəsi  ilə  məşğul  olmaq,  yə`ni 
pak və kamil insan yetişdirmək vəzifəsi. 
3. Ərə qayğı və onunla uyğunlaşma. (Əlbəttə kişilər 
də  qadınlara  qayğı  göstərməkdə  İslami  qayda-qanunlara 
riayət etməlidir). 
EVDARLIQ MƏS’ULĠYYƏTĠ 
Cəmiyyətin ilkin bünövrəsi olan ailəyə nəzarət, onu 
qorumaq və yaxşı yaşatmaq, yə’ni ailə qayda-qanunlarına 
riayət  olunmaqla  evi  idarə  etmək  çox  çətin  bir  işdir. 
Cəmiyyət tək-tək insanlardan qurulur, böyük cəmiyyətlər 
də öz növbəsində kiçik cəmiyyət sayılan ailədən başlanır. 
Daha  aydın  şəkildə  desək,  kiçik  cəmiyyət  olan  ailəni 
kamil  və  islami  şəkildə  təşkil  etmək,  böyük  cəmiyyətin 
əsasını  və  bünövrəsini  kamilləşdirmək  deməkdir.  İslam 
dinində  bu  məs’uliyyətin  mükafatı  daha  böyükdür.  Bu 
barədə  İslam  peyğəmbəri  (s)  buyurur:  «Evdə  oturub  bir 
saat  xidmət  etmək,  min  il  ibadətdən,  min  həcc 
əməlindən, min ümrə əməlindən, min qul azad etməkdən 
və daha yaxşı və daha fəzilətlidir».
9
  
Qadınların 
Peyğəmbərə 
(s) 
bey’ət 
etməsi 
macərasında
10
  belə  nəql  olunur  ki,  qadınlardan  biri 
soruşdu: «Allah cihadı kişilərə vacib edib. Əgər onlar bu 
yolda 
ölsələr,  Allah  yanında  şəhidlik  məqamı, 
yaralansalar  mükafatları  var.  Ancaq  biz,  ərləri  cəbhəyə 
gedən  qadınlar  evdə  oturub  ərlərimizin  mallarının 
                                            
9
 Camius-səadət, 2-ci cild, səh.143. 
10
 (Qur’anda «Mumtəhinə» surəsinin 11-ci ayəsində gəlib və bundan 
sonrakı səhifələrdə geniş şəkildə şərh edəcəyik). 


 
12 
keşiyini  çəkirik,  övladlarımızın  qayğısı  üçün  çalışırıq. 
Görəsən biz də öz döyüşçü ərlərimizlə şərikik?»  
Həzrət  Peyğəmbəri  (s)  buyurdu:  «Ey  qadın,  yaxşı 
qulaq  as  və  başqalarınada  de!  Kişilərlə  mehriban  olub, 
evdə  yaşayanların  qayğısını  çəkməyin,  evi  idarə  edib 
saxlamağın  Allah  yolundakı  mücahidlərin  mükafatlarına 
bərabər mükafatı var».
11
 
ÖVLAD TƏRBĠYƏ ETMƏYĠN MƏS’ULĠYYƏTĠ 
Yaxşı  övladlar  tərbiyə  etmək  və  onlara  tə`lim 
vermək, yə’ni kamil insan və mücahid yetişdirmək, şəhid 
vermək və necə də yüksək məqamdır. Belə bir məqamın 
mükafatı daha çoxdur. Peyğəmbər (s) buyurdu: «Hər kəs 
öz  övladını  öpsə,  onun  üçün  yaxşı  mükafatlar  yazarlar. 
Hər  kəs  övladını  şad  etsə,  Allah  onu  qiyamət  günü  şad 
edər».
12
  
Bu 
rəvayətdə 
ananın 
övlada 
olan 
kiçik 
mehribanlığının  böyük  mükafatından  başa  düşmək  olur 
ki,  analıq  məqamı  və  o  cür  ağır  zəhmətlərlə  övlad 
tərbiyəsinin böyük mükafatları var. 
ƏR QAYĞISI MƏS’ULĠYYƏTĠ 
Həyat  yoldaşı  ilə  (hər  iki  tərəfin)  mehriban  rəftar, 
övladların  düzgün  tərbiyəsində  və  ailədəki  səfa-
səmimiyyətin  qorunmasında  mühüm  əsasdır.  Bu  məsələ 
İslamda  çox  mühüm  olduğu  üçün  həzrət  Peyğəmbər  (s) 
bu  barədə  buyurur:  «Əgər  Allahdan  qeyrisinə  səcdə 
etmək üçün bir kimsəyə əmr etməli olsaydım, deyərdim 
ki, qadınlar öz ərlərinə səcdə etsinlər».
13
  
Bu  məs’uliyyətin  bütün  məs’uliyyətlərin  əsası 
olması  (əgər  İslam  ilə  həmahəng  olmasa,  təlaq,  fəhşa, 
münkərat  və  tərbiyəçinin  olmaması  üzündən  uşaqların 
                                            
11
 İstiab, 4-cü cild, səh.233; Xəyratu hisan, 1-ci cild, səh.27. 
12
 Rovzətul-kafi, 6-cı cild, səh.49. 
13
 Məkarimul-əxlaq, səh.246. 


 
13 
yollarını  azması  və  sair  ilə  nəticələnəcək)  barəsində 
aşağıdakı üç əhvalatı diqqətinizə çatdırırıq.  
ARVAD ƏLĠNDƏN EVDƏN QAÇMAQ 
(Tanınmış  şair)  Sə’di  səfərə  çıxmaqdan  və  səyahət 
etməkdən  yorulmaq  bilmirdi.  Sə’dinin  «Bustan»  və 
«Gülüstan»  kitabı  məclislərdə,  şəhərlərdə  və  müxtəlif 
ölkələrdə əldə etdiyi təcrübələrinin məhsuludur. Sə’dinin 
tanışlarından  biri  ondan  soruşdu:  «Bu  qədər  təcrübəni 
harada əldə etmisən?»  
Sə’di dedi: «Uzun-uzadı səfərlərdə».  
O  soruşdu:  «Bəs  səyahətlərin  yorğunluqlarına  necə 
dözmüsən?»  
Sə’di  dedi:  «Dar  ayaqqabıdansa  ayaqqabısızlıq 
yaxşıdır,  evdəki  dava-dalaşdansa  səfərdəki  yorğunluq 
yaxşıdır».  
Onun  hüzurunda  olanlar  başa  düşdülər  ki,  Sə’dinin 
həyat yoldaşı xoşxasiyyətli bir qadın deyil. Onlardan biri 
dedi:  «Bununla  belə  Şeyx  Sə’dinin  həyat  yoldaşı,  bizim 
üçün ağıllı və müdrik bir kişi yetişdirib». 
ƏXLAQSIZ KĠġĠNĠN CƏZASI 
Sə’d  ibn  Məaz  Peyğəmbərin  (s)  çox  yaxın 
köməkçilərindən  idi.  Onun  imanı  elə  bir  həddə  idi  ki, 
Rəsulullah (s) buyurmuşdu: «Sənə müjdə olsun ki, Allah 
sənə şəhidlik nəsib edəcək və hökmünlə küfr əhlindən bir 
dəstə (bəni Qurəyzə yəhudiləri) həlak olacaq. Rəhmanın 
(Allahın)  ərşi  sənin  ölümündən  titrəyəcək  və  Bəni-Kəlb 
tayfası  heyvanlarının  tüklərinin  sayı  qədər  insan  sənin 
şəfaətinlə behiştə girəcək».  
Sə’d  Ühüd  döyüşündə  yaralandı  və  evdə  yatırdı. 
Ancaq  bədənindəki  yaralar  sağalmadığı  üçün  dünyadan 
getdi. Sə’di axirətə  yola  salan zaman Rəsulullah  (s) başı 
açıq və ayaqyalın onun cənazəsini götürdü və qüsl verdi. 
Namazdan  sonra  Rəsulullah  (s)  onu  qəbrin  ortasına 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə