İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

 
37 
vəqf  etsin.  Bu  nəzir,  Məryəmin  (s)  anasının  ixlası  və 
tövhidindən  xəbər  verirdi  ki,  o,  övladı  təkcə  özünün 
təskinlik  tapması  üçün  istəmirdi.  Əksinə,  Allah 
ibadətgahının  xidmətçisi  və  Ona  pərəstiş  edən  bir  övlad 
istəyirdi.  Allah  onun  xalis  niyyətlə  etdiyi  duasını  qəbul 
etdi. Bundan bir qədər sonra qadın hamilə olduğunu hiss 
etdi.  Bir  qız  uşağı  dünyaya  gətirdi.  Onun  adını  Məryəm 
qoydular. Ana öz nəzrinə vəfalı olaraq Məryəmi  Beytül-
Müqəddəsin böyüyünün yanına apararaq, onu ibadətgaha 
xidmətçi  kimi  təqdim  etdi.  Məryəmin  anası  ərini 
itirdiyinə  görə  qəlbi  təkcə  qızıyla  şad  olardı.  O  tez-tez 
Beytül-Müqəddəsə  gedib  qızından  xəbər  tutar  və  evə 
qayıdardı.  Beytül-Müqəddəsin  böyüklərinin  içərisində 
hamıdan  çox  Məryəmin  xalasının  əri,  yə`ni  Həzrət 
Zəkəriyya  (ə)  Məryəmi  himayə  etməyə  meyilli  idi.  O, 
Məryəmi  saxlamaq  üçün  tə`yin  edildi.  Zəkəriyya 
mehriban  ata  kimi  Məryəmi  saxlamaqda  və  qorumaqda 
bütün  ehtiyatlara  riayət  edirdi.  Bir  gün  Zəkəriyya 
Məryəmin  mehrabına  yaxınlaşdıqda,  onun  yanında  bir 
yemək  tabağını  görərək  təəccübləndi.  Çünki  ondan 
savayı  heç  kəs  Məryəmin  yanına  gəlmirdi.  Məryəmdən 
soruşdu:  “Bu  fəsli  çatmamış  meyvələr  sənin  yanına 
haradan  gəlibdir?  Hərçənd  ki,  qapılar  bağlı  olub  və  heç 
kəs bura girmirdi?” 
 Məryəm 
dedi: 
“Bunlar 
mənim 
Allahım 
tərəfindəndir. Allah istədiyi şəxsə ruzi verər”.
50
  
Zəkəriyya  başa  düşdü  ki,  Allah  Məryəmə  uca  bir 
məqam  bəxş  edərək  onu  digər  qadınlardan  fərqləndirir. 
O, belə bir mənzərəni müşahidə etdikdən sonra Allahdan 
istədi ki, ona da pak bir övlad əta etsin. (Çünki Zəkəriyya 
görürdü ki, Məryəm özünün Allahla qurduğu xalis rabitə 
və  etdiyi  dua  sayəsində,  məqamı  elə  bir  həddə  çatır  ki, 
onun  üçün  behişt  meyvələri  gəlirdi).  Zəkəriyyanın  duası 
                                            
50
  Bu  mətləblər  Ali  İmran  surəsinin  35-ci  və  37-ci  ayələrində 
gəlibdir. 


 
38 
qəbul  oldu.  Allah  ona  Yəhya  (ə)  adlı  bir  oğlanı  müjdə 
verdi.  Zəkəriyya  dedi:  “Mən  və  qadınım  qocalıb  əldən 
düşmüşük. Biz necə övlad sahibi olacağıq?”  
Allah ona buyurdu: “Allah belə istəyir”.
51
  
Məryəm  ayaq  üstə  o  qədər  ibadət  etdi  ki,  ayaqları 
şişdi. Doqquz yaşında oruc tutmaqla, namaz qılmaqla və 
pərhizkarlıqla  öz  zamanının  bütün  ibadət  edənlərindən 
öndəydi. 
Çətin 
hadisələr 
qarşısında 
səbir 
və 
müqavimətiylə  öz  zamanında  birinci  idi.
52
  Məryəm 
böyüyüb  boya-başa  çatdıqda  Allah  ona  “Ülul-əzm” 
peyğəmbərlərdən  olan  Həzrət  İsa  (ə)  kimi  bir  övlad  əta 
etdi.  Fədakarlığı,  namuslu  olması,  pərhizkarlığı  və  iman 
nuru  onu  elə  bir  məqama  çatdırdı  ki,  Cəbrayıl  Əmin  (ə) 
Məryəmin yanına gəlib, ona üfürdü və o hamilə oldu. Bu 
hamiləlikdən  Həzrət  İsa  (ə)  dünyaya  gəldi.  Onun  ali 
mə`nəvi məqamını dərk etməyə qüdrəti çatmayan nadan 
camaat  xoşagəlməz  sözlər  deyib,  Məryəmi  incitdilər. 
Allahın əmri  ilə sükut orucu tutan Məryəm bu  camaatla 
danışmayaraq işarə etdi ki, “beşikdəki uşaqdan soruşun”.  
Camaat  Məryəmin  sözlərini  ələ  saldılar.  Amma 
Allahın  qüdrətiylə  uşaq  dil  açaraq  dedi:  “Mən  Allah 
bəndəsiyəm.  O  məni  peyğəmbər  etdi  və  mənə  kitab 
verdi.  O,  harada  oluramsa  olum,  məni  xeyir  və  bərəkət 
verən etdi”.  
Bu  canlı  mö`cüzə  həmin  qövmün  dilini  bağladı.
53
 
Məryəm mə`nəvi məqamın yüksək dərəcələrindən birinə 
çatmışdı.  O  öz  ibadətgahında  (Livandakı  dağda) 
dünyadan  gedəndə,  övladı  Həzrət  İsa  (ə)  nalə  çəkib 
deyirdi:  “Qürbətdə  və  vəhşətdə  daha  mənə  kim  munis 
olacaq? Kim mənə Allahın itaətində kömək edəcək?” 
                                            
51
 Ali İmran surəsi, ayə 38-dən 40-a qədər. 
52
 Rəyahinuş-şəriət, 2-ci cild, səh.280. 
53
  Məryəm  surəsinin  ilk  ayəsindən  34-cü  ayələrinə  qədər  olan 
ayələrdən götürülmüşdür; Qur`an dastanları, Bəlaği, səh.228 və 240. 


 
39 
Məryəm (ə) bir qız idi. Gördüyünüz kimi imanlı bir 
qız  himməti,  isməti  və  çalışqanlığı  nəticəsində  necə  də 
böyük  bir  məqama  yüksəldi.  Bundan  daha  mühümü, 
onun tərbiyəsi altında Həzrət İsa (ə) kimi bir peyğəmbər 
böyüyüb boya-başa çatdı. Məryəm həmişə Allahla idi və 
Onun  fərmanına  təslim  olardı.  Allah-təala  da  həmçinin, 
onu  Özünün  sonsuz  rəhməti  sayəsində  saxladı  və  yaxşı 
adını  da  dünyanın  sonuna  qədər  qoruyacaq.  Qur`andakı 
surələrdən  biri  Məryəm  adlanıb  və  ona  məxsusdur. 
Müqəddəs  kitabda  34  dəfə  onun  adı  və  fəzilətlərindən 
söz açılır. 
Bə`zi  rəvayətlərə  əsasən  behiştin  ən  yaxşı  qadınları 
dörd nəfərdi və Allah bu qadınları seçib: 1. Xədicə (s), 2. 
Fatimə (s), 3. Asiyə (s), 4. Məryəm (s). 
8-Həzrət Əyyubun (ə) həyat yoldaĢı 
İslamdan  əvvəlki  dövrlərdə  yaşamış  nümunəvi 
qadınlardan  biri  də  Həzrət  Əyyubun  (ə)  “Ruhmə”  adlı 
həyat  yoldaşı  idi.  Həzrət  Əyyub  (ə)  həyatın  ən  ağır 
hadisələri ilə üzləşdi. Uşaqları evin altında qalıb öldülər, 
bağları yandı, bütün var-dövləti və mal-qarası tələf oldu. 
Axırda  özü  də  uzun  sürən  xəstəliyə  tutuldu.  Bunların 
hamısından  da  ağır,  camaatın  ona  baş  çəkib  təsəlli 
vermək  əvəzində,  vurduqları  dil  yaraları  idi.  Camaat 
deyirdi:  “Yəqin  ki,  günahkar  olubsan,  Allah  da  səni  bu 
vəziyyətə düçar edib”.  
Camaat  ondan  uzaqlaşdı.  O,  naçar  qalıb  şəhərdən 
çıxaraq  çöllükdə,  ağır  vəziyyətdə  yaşamağa  başladı. 
Ruhmə fədakarlıq göstərərək ərinə qulluq etməyə davam 
etdi.  Lakin  axırda  yorulub  əldən  düşdü.  Əri  Əyyubla 
söhbət edəndə, Əyyub ona dedi: “Məndən uzaqlaş!”  
O,  Əyyubu  tək  qoyub  getdi.  Əyyub  bu  İlahi 
imtahandan  yaxşı  çıxdıqda,  Allah  ona  mərhəmət 
göstərib,  əvvəlki  sağlamlığını  və  cavanlığını  qaytardı. 
Ona  müxtəlif  ne`mətlər  verildi.  Həyat  yoldaşı,  Əyyubun 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə