İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

 
55 
Peyğəmbər  (s)  ona  dua  etdi  və  Peyğəmbərin  (s)  bu 
duası  Ənəsin  çoxlu  övlad  və  var-dövlət  sahibi  olmasına 
səbəb oldu. O, hicri 91-ci ildə Bəsrədə dünyasını dəyişdi. 
Ümmü Səlim Hüneyn döyüşündə də iştirak etmişdi. 
O  əlinə  xəncər  götürüb  Peyğəmbərə  (s)  zərər 
toxunmaması  üçün  onu  qoruyurdu.  Əbu  Təlhə  bu 
macəranı  Peyğəmbərə  (s)  dedi.  Rəsulullah  (s)  buyurdu: 
“Bəli,  bilirəm.  Qoy  qalsın.  Ümmü  Səlim  xəncəri  ona 
görə  əlinə  götürüb  ki,  əgər  bizə  düşmən  yaxınlaşarsa, 
onun qarnını yırtsın”.
71
 
Belə  qənaətə  gəlirik  ki,  qadınlar  onun  kimi  ola 
bilərlər.  Çünki  Ümmü  Səlim  də  sadə  bir  ailədən  idi. 
Daha  heç  kim  bəhanə  edə  bilməz  ki,  Peyğəmbər  (s) 
qadını, Peyğəmbər (s) övladı və İmam (ə) övladı olduğu 
üçün belə idilər və yalnız onlar belə ola bilərlər. Həqiqət 
budur ki, bütün qadınlar bunu bacara bilərlər. 
ÇALIġQAN QADIN UMEYS QIZI ƏSMA 
Əri  şəhid  olmuş,  lakin  acı  hadisələr  müqabilində 
səbir və fədakarlıq göstərmiş, həyatı bizim hamımız üçün 
ibrət dərsi olan qadınlardan biri də Umeys qızı Əsmadır. 
Umeysin  və  həyat  yoldaşının  dörd  qızı  vardı. 
Onlardan  biri  (Əsma)  Cəfər  Təyyarın  həyat  yoldaşı, 
ikincisi  (Səlma)  Seyyidüş-Şühəda  Həmzənin  həyat 
yoldaşı, üçüncüsü (Lubabə-Ümmü Fəzl) Peyğəmbərin (s) 
əmisi  Abbasın  həyat  yoldaşı  və  dördüncüsü  (Məymunə) 
də  Peyğəmbərin  (s)  həyat  yoldaşı  oldu.  Peyğəmbər  (s) 
Umeys  və  Hində  dedi:  “Siz  yer  üzünün  ən  yaxşı 
kürəkənlərinə sahibsiniz”.  
Həmçinin buyurdu:  “Allah behişt əhli olan bu dörd 
bacıya rəhmət etsin”.  
Əsma  İslamın  əvvəlində  çox  ağır  şəraitdə  İslamı 
qəbul  edərək  əri  Cəfərlə  (Əlinin  (ə)  qardaşı)  birlikdə 
                                            
71
  Rəyahinuş-şəriət,  3-cü  cild,  səh.406;  İslam  tarixindəki  qadınlar, 
səh, 64. 


 
56 
Həbəşistana  mühacirət  etdi.  O,  vətəndən  uzaqda  əri  ilə 
çiyin-çiyinə mühacirliyin on beş illik çətinliklərinə dözdü 
və  hicrətin  yeddinci  ilində  əri  və  mühacirlərlə  birlikdə 
Mədinəyə  gəldi.  Hicrətin  səkkizinci  ilində  əri,  İslam 
ordusunun  başçısı  Cəfər  Təyyar  Mutə  döyüşündə  şəhid 
oldu.  Əsmanın  Cəfərdən  Əbdullah,  Ovn  və  Məhəmməd 
adlı üç övladı var idi. Əri cəbhəyə gedəndə uşaqları hələ 
balaca  idi.  O,  əri  olmayanda  uşaqlara  yaxşı  baxardı. 
Cəfər  şəhid  olan  günün  səhəri,  onun  şəhidlik  xəbəri 
Mədinəyə  çatmamış,  Əsma  çox  cəld  və  zirəkliklə  qırx 
qoyun  dərisini  dabbağa  qoydu  (və  onlardan  döşənəcək 
hazırladı),  çörək  bişirmək  üçün  xəmir  yoğurdu  və 
uşaqlarını  yuyundurdu.  Cəfərin  şəhid  olmasının  xəbəri 
Mədinəyə çatanda Rəsulullah (s) qəmgin halda Əsmanın 
evinə gəldi. Əlini Cəfərin uşaqlarının başına çəkib onlara 
nəvaziş  göstərdi.  Əsma  vəziyyəti  başa  düşüb  ərz  etdi: 
“Məncə bu uşaqlar atasız qaldılar”.  
Peyğəmbər  (s)  onun  fərasətinə  təəccüb  etdi  və 
buyurdu: “Ey Əsma! Bilmirsənmi Cəfər şəhid olub?”  
Əsma ağladı. Peyğəmbər (s) ona buyurdu: “Ağlama, 
Allah  mənə  xəbər  verdi  ki,  onun  behiştdə  parlayan  iki 
qanadı vardır”.  
Əsma  dedi:  “Onun  fəzilətlərini  heç  vaxt 
unutmayacam”.  
Burada  Peyğəmbər  (s)  onun  ağıl  və  mə`rifətinə 
təəccübləndi.  Əsma  Cəfərdən  sonra  Əbu  Bəkrlə  evləndi 
və  ondan  Məhəmməd  adlı  övladı  dünyaya  gəldi. 
Məhəmməd  mə`nəviyyatın  o  qədər  ali  dərəcəsinə 
çatmışdı  ki,  Əli  (ə)  onun  barəsində  buyurur:  “O  mənim 
övladımdır”.  
Məhəmməd  həzrət  Əlinin  (ə)  xilafəti  dövründə 
Misirdə Müaviyənin cəlladları tərəfindən şəhid edildi.  
Əsma  Əbu  Bəkrdən  sonra  Əli  (ə)  ilə  ailə  həyatı 
qurdu. Ondan Yəhya və Ovn adlı iki övladı oldu. Ehtimal 


 
57 
olunur ki, Yəhya uşaq ikən vəfat edib. Ovn isə Kərbəlada 
İmam Hüseynin (ə) səhabələrindən biri kimi şəhid oldu. 
Əsma həmişə Həzrət Zəhranın (ə) xidmətində olardı 
və  onun  evində  kəniz  olmağı  ilə  fəxr  edərdi.  O,  həzrət 
Zəhranın  (ə)  yaxın  sirdaşı  idi.  Əsmanın  digər 
xüsusiyyətlərindən  biri  də  rəvayət  nəql  etmək  idi  ki, 
rəvayətçilər  ondan  hədis  nəql  edərdilər  və  o  bu  cəhətdə 
e`timadlı  və  e`tibarlı  sayılırdı.  O,  Xədicənin  (ə) 
vəsiyyətnaməsinə əsasən Fatimənin (ə) toyu gecəsi onun 
üçün  analıq  etdi.  Bütün  hadisələrdə  gücü  çatdığı  qədər 
Əhli-beyt (ə) üçün möhkəm arxa oldu, onlara xüsusi bir 
məhəbbət bəsləyirdi.
72
 
ÜÇ ġƏHĠD VERMĠġ QADININ HEYRƏTLƏNDĠRĠCĠ 
SÖZLƏRĠ 
Ühüd  savaşında  çoxlu  sayda  müsəlman  şəhid  oldu. 
Rəsuli  Əkrəm  (s)  və  həzrə  Əli  (ə)  ağır  yaralandılar. 
Düşmənlər  Peyğəmbərin  (s)  öldürülməsi  haqda  şayiə 
yaydılar.  Bu  xəbər  Mədinə  qadınlarını  çox  narahat  etdi. 
Onlar  evlərindən  çıxıb  bu  məlumatı  araşdırmağa 
başladılar.  Bu  zaman  qadınlardan  biri  cavan  oğlanın 
döyüş  meydanından  qayıtdığını  gördü.  Onun  qabağına 
qaçıb soruşdu: “Peyğəmbərdən (s) nə xəbər var?”  
Həmin gənc Peyğəmbərin (s) sağ-salamat olduğunu 
bildiyinə  görə  qadının  verdiyi  suala  cavab  vermək 
əvəzinə dedi: “Ey bacım! Sizin atanız şəhid oldu”.  
Ənsardan olan qadın bir azca narahat oldu və özünə 
gələndən  sonra  yenə  soruşdu:  “Peyğəmbərdən  (s)  nə 
xəbər var?”  
Cavan  oğlan  ikinci  dəfə  həmin  sualın  cavabını 
verməyib  əvəzində  dedi:  “Bacım,  sizin  qardaşınız  da 
şəhid oldu”. 
                                            
72
  Rəyahinuş-şəriət,  2-ci  cild,  səh.305-dən  sonra;  Ə`yanuş-şiə; 
Təbəqate ibn Sə`d; Ricale Mamaqani, 2-ci cild, səh.69. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə