İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

 
77 
vəzifəsindən  çıxart,  ya  da  biz  onun  əleyhinə  qiyam 
edəcəyik”. 
Müaviyə dedi: “Bu fikirdəyəm ki, səni onun yanına 
göndərim və səninlə necə istəsə rəftar etsin”. 
Sudə  zehnində  Əli  (ə)  ilə  Müaviyə  arasında 
müqayisə apardı və bir şe`r dedi ki, mə`nası belədir: 
Salam olsun torpağa bələnmiş qanlı cana, 
Ədaləti özüylə apardı o məkana. 
Əlbət səbəbi vardı bu yanaşı gedişin, 
And içmişdi ayırmaz həqiqətdən öz işin. 
Müaviyə dedi: “Kimi nəzərdə tutursan?” 
Sudə  cavabında  dedi:  “Məqsədim  Həzrət  İmam 
Əlidir. Bir gün onun mə`muru camaatın malının zəkatını 
toplamaq  üçün  gəlmişdi.  Bizimlə  bir  az  pis  rəftar  etdi. 
Şikayət etmək üçün Həzrətin (ə) yanına getdim. Gördüm 
ayaq  üstə  durub  namaz  qılmaq  istəyir.  Məni  gördü  və 
buyurdu: “Bir işinmi vardır?” 
Əhvalatı  Həzrətə  (s)  söylədim.  Çox  narahat  oldu. 
Göz  yaşı  axıtdı  və dedi:  “Pərvərdigara!  Sən  mənə və  bu 
mə`murlara  şahid  ol  ki,  mən  onlara  zülm  etməyi  əmr 
etməmişəm”. 
Sonra mə`muru üçün tünd bir məktub yazaraq mənə 
verdi  ki,  ona  verəm.  Çox  çəkmədi  ki,  məmuru  tutduğu 
vəzifədən kənarlaşdırdı”. 
Müaviyə  Sudənin  coşqun  və  hay-küylü  sözlərinin 
tə`siri  altına  elə  düşdü  ki,  naçar  qalıb  əmr  etdi  ki, 
camaatın  bütün  mallarını  onlara  qaytarsınlar  və  onlarla 
yaxşı rəftar etsinlər. Sudəni də azad buraxdı.
99
 
QƏHRƏMANLIQ GÖSTƏRMĠġ BĠR NEÇƏ QADIN 
Sudə  kimi  qəhrəmanlıq  göstərmiş  digər  bir  neçə 
qadın Müaviyənin qarşısında durmuş, söz demiş  və onu 
məhkum  etmişdilər.  Məsələn,  Darmiyyə  Həcuniyyə, 
                                            
99
 Əqdul-fərid, 1-ci cild, səh.211; Ə`lamun-nisa, Ətlidi; Bihar, 41-ci 
cild, səh.119; Nasixut-təvarix, 2-ci cild, səh.333-dən sonra. 


 
78 
Ümmül-Xəyr,  qızı  Curəyş,  Ümmü  Sənan,  Kufədən 
Zərqa, kor olmuş qoca qadın Bəkkarə Hilali və sair kimi 
qadınlar.  Zərqanın  Müaviyəyə  dediyi  sözlərdən  biri 
belədir:  “And  olsun  Allaha!  Bizim  Əliyə  (ə)  olan 
məhəbbətimizin  necə  də  böyük  olduğunu  hələ  də  dərk 
edə bilməyibsən”.
100
  
Müaviyənin  qarşısında  durub  onu  məhkum  etmiş 
şücaətli  qadınlardan  Haris  ibn  Əbdül-Müttəlibin  qızı 
Ərva  və  Bəkkarə  Hilaliyyə  adlı  iki  qoca  qadındır. 
Ərvanın  Müaviyəyə  dediyi  sözlərdən  biri  belədir:  “Ey 
Müaviyə!  And  olsun  Allaha!  Sən  bu  zülmkarların 
camaata  hakim  olmasına  və  onlara  qarşı  istədikləri 
cür`əti etmələrinə səbəb olmusan . . . 
Mənə e`tiraz etməyinin  əvəzində get anandan soruş 
ki,  sənin  atan  kimdir?  Mənim  sənə  heç  bir  ehtiyacım 
yoxdur?” 
Sonra o ayağa qalxdı və oradan uzaqlaşdı. 
DÖRD ġƏHĠD ANASI ÜMMÜL-BƏNĠNDƏN BĠR 
XATĠRƏ 
İmam  Əlinin  (ə)  dərrakəli  həyat  yoldaşı  Hizam  ibn 
Xalidin  qızı  Ümmül-Bənin  bəni-Kilab  qəbiləsinin 
şücaətli bir ailəsindən idi. İmam Əlinin (ə) qardaşı Əqil, 
o Həzrət (ə) üçün elçilik etdi. Onun adı Fatimə idi. İmam 
Əlidən (ə) Həzrət Abbas (ə), Əbdullah, Cəfər və Osman 
adlı  dörd  övlad  sahibi  olanda  ona  “Ümmül-bənin” 
(oğullar anası) deyirdilər. Bu ana qəhrəman oğullar, igid 
övladlar  yetişdirdi.  Tarixdə  igidlik  göstərmiş  Həzrət 
Abbas (ə) onun tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. 
Onun  oğlanlarının  hamısı  Kərbəlada  şəhid  oldular.  Bu 
dörd  qəhrəman  oğulun  şəhidlik  xəbəri  anaya  çatanda 
təbiidir  ki,  qəlbi  yandı  və  xüsusən  oğlu  Abbas  (ə)  üçün 
                                            
100
 Əqdul-fərid, 1-ci cild, səh.217-dən sonra; Bəlağətun-nisa, səh.27 
və 29. 


 
79 
göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir 
şe`r dedi: 
“Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum 
etdiyini görən kəs! Əlinin  (ə) övladlarının hamısı şücaət 
cəngəlliyinin  şirləridirlər.  Eşitmişəm  ki,  oğlum  Abbasın 
əlləri  kəsildikdən  sonra  başına  dəmir  əmud  vurub 
yarıblar. Əgər oğlumun  əli olsaydı, kim döyüşmək üçün 
cür`ət edib ona yaxınlaşa bilərdi?” 
Bəşir Mədinəyə  gəlib Kərbəla xəbərlərini məsciddə 
camaata  deyirdi,  Ümmül-Bənin  adamların  arasından 
qabağa gəldi. Onun Bəşirə dediyi ilk sözü bu idi: “İmam 
Hüseyndən  (ə)  mənə  xəbər  ver.  Oğlanlarım  və  səma 
altındakıların hamısı Hüseynə (ə) fəda olsun”. 
Bəşirdən  İmam  Hüseynin  (ə)  şəhid  olmasını 
eşidəndə  naləsi  ucaldı  və  dedi:  “Qəlbimin  damarlarını 
qırdın”. 
Onun  İmam  Hüseynə  (ə)  olan  bu  məhəbbəti, 
mə`nəviyyatının  kamilliyinə  bir  dəlildir  ki,  rəhbəri 
yolunda  övladlarının  göstərdiyi  bütün  fədakarlığını 
unutdu və təkcə rəhbərindən söz açdı. 


 
80 
 
Beşinci fəsil 
Kərbəla qadınlarının müqavimətinə baxıĢ 
 
KƏRBƏLA QƏHRƏMANI HƏZRƏT ZEYNƏB (Ə) 
Həzrət  Zeynəbi  (ə)  hamımız  yaxşı  tanıyırıq. 
Qəhrəman,  şücaətli,  müqavimətli  və  yorulmaz  bir  qadın 
olub.  Dünyadakı  şücaətli  qəhrəmanlar  onun  şəxsiyyəti, 
çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. Zeynəb (ə) 
hicrətin 5-ci, ya 6-cı ilində Cəmadiəl-ula ayında dünyaya 
göz açıb və hicrətin 62-ci ilində Rəcəb ayının 14-ü, bazar 
günü Şamda və ya Misirdə dünyasını dəyişib. 
O,  yetkinlik  yaşına  çatanda  çoxlu  elçilər  arasından 
igid  və  şəxsiyyətli  bir  kişini  -  əmisi  oğlu  Əbdüllah  ibn 
Cəfər Təyyarı - özünə həyat  yoldaşı seçdi. Bir şərtlə ki, 
hər  zaman  İmam  Hüseyn  (ə)  səfərə  getmək  istəsə, 
Zeynəbin (ə) qardaşıyla birlikdə olmasına mane olmasın. 
Atasının  həyatına  zinət  verdiyinə  görə  onu  Zeynəb 
adlandırmışlar. Zeynəbi Kübranın (ə) barəsində deyilməli 
sözlər çoxdur. Onun qanlı Aşura inqilabındakı şücaətinə 
nəzər salaq. 
İmam  Hüseyn  (ə)  Mədinədən  çıxıb,  bir  müddət 
Məkkədə  qaldıqdan  sonra  İraqa  tərəf  mənzil-mənzil 
hərəkət  edəndə  Zeynəb  (ə)  qardaşı  ilə  birlikdə  idi.  O, 
yaxşı munis və möhkəm sirdaş kimi son imkanına qədər 
İmam  Hüseyni  (ə)  himayə  etməyə  çalışdı.  Kərbəlada 
İslam  döyüşçülərinin  misilsiz  köməkçisi  idi.  O,  altı 
qardaş  (İmam  Hüseyn  (ə),  Abbas  (ə),  Cəfər,  Osman, 
Abdullah  (Ümmül-bəninin  oğlanları)  və  Ovn  (Əsmanın 
oğlu))  dağı  gördü.  Gözünün  iki  nuru  -  Ovn  və 
Məhəmməd  adlı  iki  yeniyetmə  oğlu  –  Kərbəlada  şəhid 
oldular.  Bundan  əlavə  Əli  Əkbər,  Qasim  və  Əbdullah 
kimi  qardaşı  uşaqlarının  da  dağına  dözdü.  İmam 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə