İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə30/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   26   27   28   29   30   31   32   33   ...   119
islamda ushaq terbiyesinin esaslari

Altıncı fəsil 
Kəsilən qurbanı “əqiq” adlandırmaq məkruhdurmu? 
Bu məsələdə ixtilaf vardır. Alimlərdən bir qrupu bu qurba-
nın  “əqiq”  adlandırılmasının  məkruh  olduğu  görüşünü  mə-
nimsəmiş,  dəlil  olaraq  isə  Allah  Rəsulunun 

  “Əqiqi  sevmi-
rəm” hədisini göstərmişlər. Onların fikrincə, uşaq üçün kəsilən 
qurbanı  Peyğəmbərin 

  sevmədiyi  bir  adla  adlandırmaq  ol-
maz.  Bu  fikirdə  olan  alimlər  həmin  qurbana  hədisin  tələbinə 
uyğun “əqiq” deyil “nəsikə”
83
 deyilməsini vacib hesab edirlər. 
                                                 
81
 Əbu Davud: 4956, “Əhadisu`s-Sahihə”: 208, 215. 
82
 Buradan belə nəticəyə gəlirik ki, adın düşərli düşərsiz olmasına görə de-
yil məhz insanlar yaxşı adlarla adlansın deyə Allah Rəsulu 

 insanları bu-
na sövq etmişdir. (Tər.)  
83
 Qurban sözünün sinonimi. 


60 
 
Alimlərdən  ikinci  bir  qrup  isə  kəsilən  qurbanın  “əqiq” 
adlandırılmasının mübah olduğunu söyləmişlər. Belə düşünən 
alimlər isə Səmranın rəvayət etdiyi “Hər oğlan uşağı öz  əqiqi 
qarşılığında  girovdur”  və  Salman  ibn  Amirin  rəvayət  etdiyi 
“Hər  oğlan  uşağı  ilə  birlikdə  onun  əqiqi  vardır”  hədislərinə 
əsaslanmışlar. “Əqiq” sözünün Peyğəmbər 

 tərəfindən bu iki 
hədisdə istifadə olunması kəsilən qurbanın əqiq adlandırılma-
sının məkruh olmadığına dəlalət edir. 
Əbu  Amr  demişdir:  “Bu  dəlillər  onun  bu  adla  adlandırıl-
masının məkruh olduğunu göstərir. Buna baxmayaraq, bütün 
bölgələrdə  olan  fəqihlər  onu  “nəsikə”  deyil,  məhz  əqiq  kimi 
göstərmişlər”. O həmçinin demişdir: “Malikin bu barədəki hə-
disi  bunun məkruh olduğunu göstərmir. Bu hədislərin hər iki-
sində  sanki  Peyğəmbər 

  bu  adla  adlandırmağı  xoş  qarşıla-
mayıb. O buyurmuşdur: “Kim övladı üçün qurban kəsmək is-
təyərsə, kəssin”. 
Mənim fikrimcə, bu ixtilaf alimlər arasında “işa” namazının 
“atma”
84
  adlandırlmasında  olunan  ixtilaf  kimidir.  Bu  baradə 
İmam  Əhməddən  iki  rəvayət  gəlmişdir.  “Qurban”  sözünün 
“əqiq” sözü ilə, “işa” sözünün isə “atma” sözü ilə əvəz edilmə-
sinin məkruhluğunu iki mövzuda təhqiq etmişik. Ümumi nəti-
cə ondan ibarətdir ki, şəri termin başqa bir sözlə əvəz edilmə-
məlidir, ancaq bəzən müəyyən məqsədlə digər bir sözlə ifadə 
etməkdə  problem  yoxdur.  Çünki  bəzi  hədislərdə  biz  bu  kimi 
hallara rast gəlmişik. Müvəffəqiyyət yalnız Allah`dandır 


                                                 
84
 Cahiliyyə dövründə ərəblər gecənin ilk 3/1 nə atma vaxtı deyirdilər. Ona 
görə də bəzi alimlər işa namazının vaxtını atma adlandırmağı məkruh gö-
rüblər. 


61 
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə