Yeddinci fəsil
Əqiqin vacib yaxud müstəhəb olması baradə alimlərin
görüşləri və əsaslandıqları dəlillər
İbn Munzir demişdir: “Əqiqin vacib olub-olmaması baradə
ixtilaf vardır. Bir qrup alim onu Peyğəmbərin
əmri olduğu
üçün vacib hesab edirlər. Çünki onun əmri əməlin vacib olma-
sını ifadə edir.
Bizə Həsən əl-Bəsridən rəvayət olunduğuna görə ondan
uşaqlığında əqiq kəsilməmiş bir kişinin halı haqqında soruş-
dular. O dedi: “Özü özü üçün kəssin”. Bununla yanaşı Həsən
qız uşağı üçün əqiq kəsilməsini caiz görmürdü. Bureydənin
belə dediyi rəvayət edilir: “İnsanlar qiyamət günündə beş vaxt
namazdan dolayı hesaba çəkiləcəkləri kimi eynən əqiqdən də
hesaba çəkiləcəklər”.
İshaq ibn Rahuveyhi demişdir: “Bizə ibn Bureydənin ata-
sından rəvayət gəlib ki, “İnsanlar qiyamət günündə beş vaxt
namazdan dolayı hesaba çəkiləcəkləri kimi eynilə əqiqdən də
hesaba çəkiləcəklər”. İbn Bureydəyə dedim ki, əqiq nədir? O
dedi: “Müsəlmanın doğulan uşağı üçün kəsilməsi vacib olan
qurbanın adıdır”.
Əbu`z-Zinad demişdir: “Əqiq müsəlmanların tərk edilmə-
sini məkruh gördükləri işlərindəndir”. Həmçinin o qeyd etdi
ki, Həsən əl-Bəsridən rəvayət olunduğuna görə, o demişdir:
“Oğlan uşağı üçün yeddinci günündə əqiq kəsmək vacibdir”.
Əbu Amr demişdir: “Alimlərin əqiqin vacib olması haqqın-
da ixtilaflarına gəldikdə isə Zahirilər əqiqin fərz olaraq vacibli-
yi görüşündədirlər. Bu, Davud və digərlərinin də görüşüdür.
Onlar deyirlər: “Allah Rəsulu
bunu həm əmr etmiş, həm də
62
özü kəsmişdir”. O buyurmuşdur: “Oğlan uşağı öz əqiqi qarşı-
lığında girovdur”. “Hər doğulan oğlan uşağı ilə birlikdə onun
əqiqi vardır”. “Qız üçün bir, oğlan üçün isə iki əqiq qurbanı
kəsilir”. Bureydə əl-Əsləmi onun vacibliyini namazla eyni tut-
muşdur. Həsən əl-Bəsri isə əqiqin oğlan uşağı üçün yeddinci
günündə kəsilməsini vacib görmüşdür. Ona görə də əqiq
kəsilməyibsə, uşaq böyüdüyü zaman özünə əqiq kəsməsi
lazımdır.
Leys ibn Səd demişdir: “Yeni doğulan uşaq üçün yeddinci
gününə qədər istənilən gündə əqiq kəsilir. Əgər onun üçün
yeddi günündə əqiqini kəsə bilməzlərsə, bundan sonra kəsmə-
lərində bir qüsur yoxdur. Yeddi günündən sonra onun üçün
əqiqin kəsilməsi vacib deyildir”. Leys ibn Səd əqiqin ilk yeddi
gündə kəsilməsini vacib olaraq qəbul edirdi. İmam Malik isə
deyirdi: “Əqiq əməl edilməsi vacib olan bir sünnətdir”. Bu,
həmçinin Şafiinin, Əhməd ibn Hənbəlin, İshaqın, Əbu Səvrin,
Təbəri və Əbu Amrın görüşüdür”.
Qeyd etmək istərdim ki, maliki məzhəbinin alimlərinə görə
vacib sünnətin mənası müstəhəbliyi sabit olan və tərk edilmə-
si məkruh olan anlamındadır. Onlar bunu edilməsi vacib olan
sünnətlərdən hesab edirlər. Buna görə də deyirlər: “Cümə gü-
nü qüsl etmək vacib sünnətdir. Qurban bayramı günü qurban
kəsmək vacib sünnətdir. Əqiq də onlar kimi vacib sünnətlər-
dəndir”. İmam Əhmədin məzhəbində olan alimlər əqiqin
vacibliyi barəsində ondan iki rəvayət nəql ediblər. Bununla
yanaşı İmam Əhməddən əqiqin vacib olduğunu ifadə edən
açıq-aydın bir söz yoxdur. Biz onun görüşlərini qeyd edəcəyik.
Xalləl “əl-Cami” adlı əsərində yazmışdır: “İmam Əhməd əqi-
qin müstəhəb olduğunu, vacib olmadığını bildirmişdir”. Sü-
leyman ibn Əşas bizə xəbər verərək dedi: “Eşitdim ki, Əbu Ab-
63
dullaha əqiqin nə olması barədə sual verildi. O dedi: “Qurban
kəsməkdir. O, əqiqin saçın qırxılması olduğu görüşünü inkar
etdi”.
Mənə Muhəmməd ibn Hüseyn xəbər verərək dedi ki, Fadl
onlara belə rəvayət etmişdir: “Əbu Abdullaha “Əqiq kəsmək
vacibdirmi?” deyə sual verdim. O dedi: “Xeyr. Lakin kimin
əqiq kəsməkdən xoşu gəlirsə kəssin”. Yenə “Sən əqiqi vacib
görürsənmi?” deyə soruşdum. Dedi ki, xeyr. Sonra da Əhməd
ibn Qasimdən Əbu Abdullaha “əqiq vacibdirmi?” deyə soru-
şulan sualı qeyd etdi. O dedi: “Bilmirəm. Amma vacib olduğu-
nu da demirəm”. Sonra isə belə dedi: “Bu barədə ən şiddətli
təhdid “İnsan əqiqi müqabilində girovdur” hədisidir”.
əl-Əsrəm demişdir: “Əbu Abdullaha dedim: “Əqiq vacib-
dirmi?” O “xeyr” deyə cavab verdi. Bu barədə rəvayət olunan
ən şiddətli təhdid “Oğlan uşağı öz əqiqi qarşılığında
girovdur” hədisidir”. Hənbəl demişdir: “Əbu Abdullah dedi
ki: “Mən imkanı və qüdrəti olan kəsin övladı üçün əqiq kəs-
məyi tərk etməsini sevmirəm. Çünki Peyğəmbər
buyur-
muşdur: “Oğlan uşağı öz əqiqi qarşılığında girovdur”. Bu isə
əqiq barəsində rəvayət edilən ən şiddətli hədisdir”.
əl-Haris demişdir: “Mən Əbu Abdullaha əqiq barəsində su-
al verdim: “İstər kasıb, istərsə də zəngin olsun o, övladı doğu-
lan hər bir kəsə vacibdirmi?” Əbu Abdullah dedi: “Həsən
Səmradan, o da Peyğəmbərdən
belə buyurduğunu rəvayət
etmişdir: “Hər doğulan oğlan uşağı yeddinci gününə kimi
qurbanı kəsilib, saçı qırxılana qədər öz əqiqi müqabilində gi-
rovdur”. Bu, Peyğəmbərin
sünnətidir və mən sənin bu sün-
64
nəti yaşatmağını və yaymağını istərdim. Bu işdə Allah
sənə
yardım edər”.
İshaq ibn İbrahim demişdir: “Əbu Abdullahdan Peyğəmbə-
rin
“Oğlan uşağı öz əqiqi müqabilində girovdur” hədisinin
mənasını soruşdum. O dedi: “Bəli, Peyğəmbərin
sünnətidir
ki, oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir qoyun qurban
kəsilsin. Əqiqi kəsilmədiyi halda isə uşaq əqiqi kəsilənə qədər
sanki öz əqiqinə həbs edilmişdir”.
Cəfər ibn Muhəmməd demişdir: “Əbu Abdullahdan soru-
şuldu ki, “əgər bir şəxsin əqiq kəsməyə imkanı olmazsa, o
zaman nə etsin?”. O dedi: “Elə olduqda onun üzərinə bir şey
düşməz”. əl-Haris demişdir: “Əbu Abdullahdan əqiq barəsin-
də “Əgər şəxsin onu kəsməyə imkanı olmazsa, o zaman nə et-
sin?” – deyə soruşdular. O dedi: “Əgər sünnəti yaşatmaq üçün
borc alıb bunu edərsə, ümid edirəm ki, Allah
ona bu borcu-
nu qaytarmağına yardım edər”.
əs-Salih demişdir: “Atama (İmam Əhmədə) dedim ki, bir
insanın övladı dünyaya gəlir və onun əqiq kəsməyə imkanı
yoxdursa, sən onun borc alıb övladı üçün əqiq kəsməsinimi,
yoxsa imkanı olana qədər bunu təxirə salmasınımı üstün
görürsən?”. O dedi: “Əqiq barəsində eşitdiyim ən şiddətli hə-
dis Həsənin Səmradan, onun da Peyğəmbərdən
rəvayət et-
diyi “Hər oğlan uşağı öz əqiqi müqabilində girovdur” hədisi-
dir. Mən ümid edirəm ki, əgər borc alıb kəsərsə, Allah
ona
borcunu qaytarmağı tezləşdirər. Çünki o, Peyğəmbərin
sünnətlərindən bir sünnəti yaşadaraq, onun buyurduğuna
tabe olmuşdur”.
65
Göründüyü kimi, bu, İmam Əhməddən əqiq mövzusu ilə
bağlı rəvayət olunan görüşləridir. Bununla yanaşı, onun məz-
həbində olan alimlər bu məsələdə daha da təfsilata gedərək üç
müxtəlif yöndən yanaşaraq “vaciblik” anlayışını açıqlayıblar.
Bunlardan birincisi, əqiqin uşağın malı üzərinəmi, yoxsa
atasının üzərinəmi vacibdir. İkincisi, oğlan uşağına bir yoxsa
iki qoyun kəsmək vacibdir. Üçüncüsü isə əgər atası övladı
üçün əqiq kəsməzsə uşağın üzərindən vaciblik düşürmü,
yoxsa həddi-büluğa çatandan sonra özünün əqiqi kəsməsi
vacib olurmu.
Birinci məsələdə onun hökmünü iki yöndən izah ediblər.
Birincisi, əqiqi kəsmək atanın üzərinə vacibdir və bu İmam
Əhməddən nəql edilmişdir. İsmail ibn Səid demişdir: “İmam
Əhməddən atası onun üçün əqiq kəsməyən kişi haqqında “o
kişi sonradan öz yerinə əqiq kəsərmi?”, deyə soruşdum. O
dedi: “Bu, atanın üzərinə vacibdir”.
İkincisi isə uşağın malı üzərinə vacibdir görüşüdür. “Əqiq
atanın üzərinə vacibdir” deyənin dəlili öncədən də qeyd olun-
duğu kimi, atanın onu kəsməklə əmr olunmasıdır. Əqiq kəs-
məyin uşağın malı üzərinə vacib olduğu görüşündə olanların
dəlilləri isə “Oğlan uşağı öz əqiqi qarşılığında girovdur”
hədisidir. Bu, hər iki qrupun dəlil olaraq irəli sürdüyü hədis-
dir.
Əqiqi vacib görənlər onun vacib olmasına bu hədisi dəlil
olaraq göstərirlər: “Oğlan üçün iki, qız üçün isə bir qoyun
kəsilir”. Onlar deyirlər ki, bu hədis əqiqin vacib olduğunu
göstərir. Çünki məna budur ki, qız üçün bir, oğlan üçün iki
qoyun kifayətdir. Həmçinin Buxarinin Salman ibn Amirdən
rəvayət etdiyi hədisi də dəlil olaraq irəli sürürlər. Həmin hədis
belədir: “Oğlan uşağı ilə birlikdə onun əqiqi vardır. Onun əvə-
66
zində qan axıdın və ondan əziyyəti uzaqlaşdırın”. Bu, iki yön-
dən əqiqin vacib olduğunu göstərir. Birincisi, sözügedən hədis
əqiq kəsmək haqqında məlumat vermək mənasında deyildir.
Burada məqsəd onu kəsməyin vacib olduğunu bildirməkdir.
Bundan sonra isə Peyğəmbər
onlara uşaqda olan əziyyətin
qurban qanının axıdılması ilə uzaqlaşdırılmasını əmr etdi və
dedi: “...onun qarşılığında qan axıdın”.
Onlar həmçinin qeyd edirlər ki, Amr ibn Şuaybın atasın-
dan, onun da babasından rəvayət etdiyi hədis də əqiqin vacib
olmasına dəlildir. Hədis belədir: “Allah Rəsulu
yeni doğu-
lan uşağın yeddinci günündə adının qoyulmasını, ondan əziy-
yətin uzaqlaşdırılmasını və əqiqinin kəsilməsini əmr etdi”.
Tirmizi Yusuf ibn Mahikdən rəvayət edir ki, onlar Abdu`r-
Rahmanın qızı Hafsanın yanına getdilər və ondan əqiq barə-
sində soruşdular. O da onlara, Aişənin
g
ona belə dediyini
xəbər verdi: “Allah Rəsulu
onlara oğlan üçün iki, qız üçün
isə bir qoyun kəsməyi əmr etmişdir”. Tirmizi bu hədisin həsən
səhih olduğunu bildirir.
Əbu Bəkr ibn Əbu Şeybə demişdir: “Abdu`r-Rahmanın qızı
Hafsa Aişədən
g
belə dediyini rəvayət edir: “Allah Rəsulu
bizə oğlan üçün iki, qız üçün isə bir qoyun kəsməyi əmr
etdi”.
85
Əbu Bəkr demişdir: “Bizə Peyğəmbərin
belə buyur-
duğu rəvayət olunub: “Oğlan üçün əqiq kəsilir. Başına isə qan
sürtülmür”. Onlar bu hədisin əqiq kəsmək üçün əmr ifadə
etdiyini bildirmişlər. Əbu Bəkr həmçinin demişdir: “Muhəm-
85
İsnadı həsəndir.
67
məd ibn İbrahim bir sərçə ilə olsa belə əqiq kəsməyi əmr
edərdi”.
86
Əqiq kəsməyi müstəhəb hesab edənlər deyirlər: “Əgər əqiq
kəsmək vacib olsaydı, o zaman dində hər kəs tərəfindən bilin-
məsi zəruri olan hökmlərdən olardı və hamı bunu bilərdi.
Allah Rəsulu
da bunun vacibliyini bütün ümmətə dəlil gös-
tərib bilməzlik üzrünün tam aradan qalxacağı bir şəkildə bu-
yurardı. Bunu ümumi və kifayət edəcək tərzdə açıq-aşkar bə-
yan edərdi. Əksinə, Peyğəmbər
onu bu işi görmək istəyənin
imkanlarına buraxaraq belə buyurmuşdu: “Yeni övladı dünya-
ya gələn şəxs onun üçün əqiq kəsmək istəyərsə, kəssin”. Onun
özünün isə buna əməl etməsi əqiqin vacib olduğuna yox, an-
caq müstəhəb olduğuna dəlalət edər.
Əbu Davudun Amr bin Şueybdən rəvayət etdiyi hədisdə
deyilir ki, Peyğəmbərdən
əqiq barəsində soruşdular. Cava-
bında o, “uququ” sevmədiyini buyurdu. Sanki Peyğəmbərin
bu addan xoşu gəlməmişdi. Sonra isə buyurdu: “Hər kimin
övladı doğular və onun üçün əqiq kəsmək istərsə, kəssin.
Oğlan üçün iki eyni, qız üçün isə bir qoyun kəssin”. Bu hədis
mürsəl hədisidir.
Dostları ilə paylaş: |