İslamda Uşaq Tərbiyəsinin Əsasları


Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndir,  Görəndir



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə6/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   2   3   4   5   6   7   8   9   ...   119
islamda ushaq terbiyesinin esaslari

Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndir,  Görəndir. 
(Şura 11)
 
Həmçinin şahidlik edirəm ki, Muhəmməd 

 Onun qulu və 
elçisidir.  O,  Allah`ın  yaratdıqlarının  içərisində  ən  seçilmişi, 
vəhyinə  ən  əmin  olanı,  qullarına  höccət  olanıdır.  Allah 

  onu 
aləmlərə  rəhmət,  bəşəriyyətə  örnək,  bütün  qullarına  öndər 
olaraq  göndərdi.  Onunla  zəlalət  hidayətə  qovuşdu,  onunla 
cəhalət elmə yönəldi, onunla bərəkətləndi, zəlil olan haqq əhli 
izzətləndi,  mənəvi  fəqirlikdən  onunla  zənginliklər  hasil  oldu. 
O  öz  risaləti  ilə  kor  gözləri  nura  boyadı,  haqqa  kar  olan 
qulaqları  eşitməyə  müvvəfəq  etdi,  qafil  qəlbləri  oyatdı.  Ona 
verilən  böyük  əmanəti  qorudu,  ümmətinə  nəsihətlər  edərək, 
göstərişlər  verərək  şəriətin  bütün  əhkamlarını,  İslam  dininin 
hər  bir  qanununu  təbliğ  etdi.  ər-Rahmən  olan  Allah`ın 

 


13 
 
tərəfdarları  onunla  izzətləndi,  şeytanın  ordusu  isə  onun 
risaləti  qarşısında  zəlilliyin  acısını  daddı.  Zamanın  üzü 
parlamağa, zülmətlərin üzərinə nur doğmağa, tərəddüd içəri-
sində  şübhələrlə  yolunu  tapa  bilməyənlər  doğru  yola  yönəl-
məyə  başladı.  Allah`ın 

,  mələklərin,  nəbilərin,  rəsulların  və  
bütün  mömin  qulların  salamı  və  xeyir-duası  onun  üzərinə 
olsun.   
Uca Allah 

 insan bu dünyaya gəlişindən, son mənzilə yola 
salınacağı günə qədər onun üzərində icra olunması lazım olan 
müxtəlif hökmlər təyin etmişdir. Ana bətnində 3 qatdan ibarət 
olan zülmət içərisində yaşayarkən onun üzərində qədərə bağlı 
olan hökmlərin icrası cərəyan edirdi. Artıq anasının bətnindən 
ayrıldıqdan  sonra  başqalarından  asılı  olmayan  hökmlərin 
icrası  dövrü  sona  çatdı  və  icrası  vacib  olan,  əmrlərlə  bağlı 
hökmlərin  həyata  keçirilməsi  dövrü  gəldi.  Bu  əmrlərin 
cavabdehi  valideynlər,  yaxud  onun  tərbiyəsindən  və  saxlan-
masından məsul olan şəxslər idi. İlkin başlanğıcda Allah`ın 


uşağın  böyüməsindən  və  öz  ayaqları  üstündə  durmasından 
cavadeh  olan  şəxslər  üzərində    hökmləri  vardır.  Büluğ 
dövrünə çatdığı zaman isə artıq onun özünün icrasına mükəl-
ləf  olduğu  hökmlər  mövcuddur.  Bununla  qələmlər  onun 
əməllərini yazmağa başlayır və vəziyyətindən asılı olaraq ona 
qarşı İslam əhlinin, yaxud küfr əhlinin müamiləsi edilir.  
Bu yola ayaq basmaqla o, özünü ya səadət mənzilinə (Cən-
nətə), ya da bədbəxtlik məkanına (Cəhənnəmə) hazırlayır. Ge-
cələr və gündüzlər anbaan onu əhlindən olması təqdir olunan 
yerə doğru aparır. Yaşının hər bir mərhələsi o mənzillər səbəbi 
ilə  ötüb  keçir,  əməlləri  isə  onlardan  birinin  qazanılması  üçün 
edilir.  Artıq  həyat  gəzintisinin  son  mərhələsi  bitməyə  doğru 


14 
 
gedir və onun üçün hələ o yaranmadan öncə qədərilə tikilmiş 
qəbir evinə məskən salır. O mənzil onun üçün ya səadət, ya da 
əzab əziyyət mənzili olur. Burada artıq boynundan səfər yükü-
nü  yerə  qoyur. Öz  yurdunda  məskunlaşaraq  ya  ədalət  məka-
nında, ya da səadət evində qərartutur. 
Fəsil 
Kitabın yazılmasında əsas məqsədimiz dünyaya gəldikdən 
sonra yeni doğulan uşaqla  bağlı olan şəri hökmləri açıqlamaq-
dır. Belə ki, kitabda hələ kiçik olduğu müddətcə əqiq və onun 
hökmləri,  saçının  qırxılması,  adının  qoyulması,  xitan  (sünnət) 
edilməsi, idrarı, qulağının deşilməsi, tərbiyə olunması və nütfə 
olduğu zamandan Cənnətdə və ya Cəhənnəmdə sakin olacağı 
zamana  kimi  keçirdiyi  mərhələlər  açıqlanmışdır.  Kitab  məna 
etibarı ilə bir çox lazımi məsələləri ehtiva etdiyi üçün çox fay-
dalıdır. Bədii təfsiri bilinməsinə, şərh edilməsinə və ixtilafları-
nın cəm edilərək açıqlanmasına ehtiyac duyulan hədislər, fiqhi 
məsələlər və öyrənilməsinə çox böyük ehtiyac olan faydalı hik-
mətləri əhatə etməsi səbəbi ilə demək olar ki, bənzəri olmayan 
bir kitabdır. İnsanın yaşayışını və axirət əməllərini islah etməsi 
ilə  onu  oxuyan  ondan  zövq  alar,  nəzər  yetirənin  isə  xoşuna 
gələr.  Allah`ın 

  övlad  bəxş  etdiyi  hər  bir  kəsin  bu  kitabın 
əhatə  etdiyi  mövzulara    ehtiyacı  vardır.  Allah`dan 

  bunun 
üçün savab diləyir və doğru yolda mənə yardım etməsini istə-
yirəm.  Həqiqətən  O,  əl-Kərim  (bol  xeyir  bəxş  edən)  və  əl-Cə-
vaddır (səxavəti bol olan). Mən bu kitabımı belə adlandırdım: 
“Uşaqların tərbiyəsi üçün sevimli töhfə”. 
 
 


15 
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə