İslamda Uşaq Tərbiyəsinin Əsasları


Kitab üzərində olan çalışmalar



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə3/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   2   3   4   5   6   7   8   9   ...   119
islamda ushaq terbiyesinin esaslari

Kitab üzərində olan çalışmalar: 
Bundan  öncə  böyük  alləmə  və  fəzilətli  şeyx  Abdu`l-Qadir 
əl-Arnaut 
rahiməhullah
 bu kitabın birinci nəşrində onun hədis-
lərinin ixracına xüsusi önəm vermiş, bu zaman o, qiymətli əz-
Zahiriyyə  nüsxəsindən  istifadə  etmişdi.  Bununla  yanaşı  şeyx 
Abdu`l-Həkim Şərəfu`d-Din orada olan hədisləri təxric etmiş, 
bəzi anlaşılmazlıqlarını şərh etmişdir. Allah onu xeyirlə müka-
fatlandırsın. 
Mənim kitab üzərində gördüyüm işlər: 
Kitab  üzərində  gördüyüm  iş  yalnız  Şeyx  Abdu`l-Qadirin 
gördüyü  işləri  tamamlamaqdan  ibarətdir.  Kitabın  təxricində 
tam arxayınlıq olsun  deyə, onu  əsl nüsxəsi  ilə qarşılaşdırdım. 
Onun əsl nüsxəsi əz-Zahiriyyə kitabxanasında 7087 rəqəmi al-
tında qeydiyyatdadır. O, 132 səhifədən ibarətdir. Bu kitab Əli 
əş-Şatibi  kimi  bir  çox  böyük  hənbəli  alimlərinin  əlindən  keç-
mişdir. Onun bu nüsxəsini Abdullah ibn Əli ibn Aydoğdu əl-
Hənbəli adlı əslən türk olan alim yazmışdır. O, bu nüsxəni hic-
ri təqvimi  ilə  22 Ramazan 807 ci  ildə yazıb bitirmişdir. Bu  isə 
müəllifin ölümündən 56 il sonra baş vermişdir. 
Kitabda hədislərin yerini oxucuya baxması asan olan şəkil-
də qeyd etdim.  
Sonda isə Allah`dan 

 bizi xeyirlə mükafatlanan şəxslərdən 
etməyini,  dünya  və  axirətdə  zərərə  uğrayaraq  bədbəxt 
olanlardan etməməyini  istəyirik. Həqiqətən də O, duaları eşi-
dəndir. O, bizə yetər. O nə gözəl Vəkildir.  


10 
 
Amin, valhəmdu lilləhi Rabbil aləmin. Allah`ın 

 salamı və 
duaları yaradılmışların  ən xeyirlisi və peyğəmbərlərin sonun-
cusu  Muhəmmədə 

,  onun  ailəsi  və  səhabələrin  üzərinə 
olsun.  Uca  və  Əzəmətli  Allah`dan 

  başqa  güc  və  qüvvət  sa-
hibi yoxdur.  
Mənə  bu  işdə  yardımçı  olan  dəyərli  ustadım  Həsən  əs-
Səməhiyə də Allah 

 xeyirli mükafat versin. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə