42
dedi: “Allah`ım! Onların hər ikisinə də bərəkət ver!” Bundan
sonra Əbu Talhanın bir oğlan uşağı dünyaya gəldi. Əbu Talha
mənə dedi ki, uşağı Peyğəmbərin
yanına aparıram və mən
də yanına bir az xurma qoydum. Peyğəmbər
uşağı alıb
soruşdu: “Onun yanında bir şey varmı?” “Bəli! Bir az xurma
var” deyə cavab verdilər. Peyğəmbər
xurmanı götürüb
ağzında çeynədi və sonra onu çıxardıb uşağın damağına
sürtdü. Onun adını isə Abdullah qoydu”.
51
Əsmadan
g
rəvayət olunur ki, o Abdullah ibn Zubeyrə
Məkkədə ikən hamilə qalmışdı. O dedi: “Mən
hamilə olduğum
vaxt hamiləliyin son ayında Məkkədən çıxıb Mədinəyə gəldim
və Qubada qonaq qaldım. Qubada ikən orada övladımı
dünyaya gətirdim. Sonra uşağı Peyğəmbərin
yanına gətir-
dim. O, uşağı qucağına alaraq xurma istədi. Sonra xurmanı
çeynəyib onun ağzına qoydu. Beləcə onun qarnına ilk gedən
şey Peyğəmbərin
ağız suyu oldu. Daha sonra isə uşağın da-
mağına xurmanın şirəsini sürtərək ona bərəkət üçün dua etdi.
O mühacirlərin Mədinəyə hicrətindən sonra İslamda ilk doğu-
lan uşaq oldu. Hər kəs onun dünyaya gəlməsi xəbərinə çox se-
vinmişdi. Çünki, müsəlmanların barəsində insanlar belə deyir-
dilər: “Yəhudilər sizə cadu edib və sizin övladınız olmaya-
caq”.
52
51
Buxari: 1301, 5470, Müslim: 2144.
52
Buxari: 3909, Müslim: 2146, Əhməd “Müsnəd”: 6/347. Hədisin mühacirlər
haqqındakı hissəsi əlimizdəki hədis kitablarında yoxdur. Etimad olunan
görüş odur ki, Abdullah ibn Zubeyr
hicrətin birinci ilində doğulmuşdu.
Mədinə xaricində mühacirlərin ilk dünyaya gələn uşağı isə Həbəşistanda
dünyaya gələn Abdullah ibn Cəfər olmuşdur. Ənsara gəlincə isə onlardan
43
Xalləl Muhəmməd ibn Əlinin ona belə dediyini rəvayət et-
mişdir: “Əhməd ibn Hənbəlin zövcəsinin belə dediyini eşit-
dim: “Məni sancı tutduğu zaman yoldaşım (imam Əhməd)
yatmışdı. Ona “Ey mövlam! Artıq ölürəm” deyə səsləndim. O,
mən Səidi dünyaya gətirənə qədər “Allah
asanlaşdırsın”,
“Allah
sıxıntıdan qurtarsın” deyə dua edirdi. Uşaq dünyaya
gəldikdən sonra o, ona xurma gətirməyimizi istədi. Evimizdə
Məkkə xurması var idi. Mən Ummu Əliyə dedim ki, onu
ağzında çeynə və sonra uşağın ağzına sürtərək qoy! O da belə
etdi”.
Ən doğrusunu bilən Allah`dır
!
ALTINCI BÖLÜM
Dostları ilə paylaş: