İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
108 
çarı İraklinin əlinə keçsə də, bir müddətdən sonra yenidən 
Sasanilərə qaytarılır.
1
 
Tarixi  qaynaqlara  istinad  olunaraq  verilən  məlu-
matlar  e.  ə.  IX  əsrdən  erməni  iddialarının  obyektivlikdən 
uzaq  olduğunu  bir  daha  təsdiq  edir.  Həm  də  akademik 
Tofiq  Köçərlinin  qeyd  etdiyi  kimi,  «bir  anlığa  fərz  edək 
ki, Naxçıvan eramızdan əvvəl, yaxud sonra nə vaxtsa han-
sısa  müddət  «erməni  dövlətinin»  tərkibində  olub.  Lakin 
belə  amil  bu  gün  bir  dövlətin  başqasına  ərazi  iddiası  irəli 
sürməsi  üçün  əsas  ola  bilərmi?».  Məlumdur  ki,  bu  amili 
əsas götürüb bir dövlətin hər hansı bir dövlətə ərazi iddia 
etməsi gülünc doğurur və beynəlxalq qaydalara ziddir. 
Uzun  illər  erməni  müəllifləri  M.Kalankatuklunun 
Naxçıvan şəhərində kilsə olması (VII əsr) haqqında fikrini 
əsas götürərək Naxçıvanın «erməni şəhəri» olduğunu əsas-
landırmağa çalışmışlar. «Alban tarixi» kitabında yazılmış-
dır ki, 698-ci ildə ərəb sərkərdəsi Məhəmməd ibn Mərvan 
erməni  başçılarından  80  nəfəri  (bəzi  tədqiqatçılar  bunu 
800  nəfər  göstərir  –  İ.H.)  Naxçıvana  gətirib  kilsədə  yan-
dırmışdır.
2
  Bu  faktdan  erməni  müəllifləri  öz  xeyirlərinə 
istifadə  etməyə  cəhd  göstərmiş,  bu  hadisənin  güya  Azər-
baycan Naxçıvanında baş verdiyini və beləliklə həmin əra-
zinin ermənilərə məxsus olduğunu sübut etməyə çalışırlar. 
Akademik Ziya Bünyadov bu məsələyə aydınlıq gətirmiş, 
ərəb mənbələrinə və akad. Orbelianinin tədqiqatlarına isti-
nad edərək əsaslandırmışdır ki, göstərilən hadisə Azərbay-
can  Naxçıvanında  deyil,  Türkiyənin  Qars  vilayətinin  Ka-
ğızman  mahalında  olan  Naxçıvanda  baş  vermişdir.  Ərəb 
                                           
1
 Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. - Bakı, 1977, s.29-33. 
2
  Kalankatuklu  Moisey.  Albaniya  tarixi.  Mxitar  Qoş.  Alban  salnaməsi.  - 
Bakı, Elm, 1993, s.189-190. 


 
109 
istilasına  qədər  Azərbaycan  Naxçıvanı  Sasani  dövlətinin, 
Qars Naxçıvanı isə Bizansın tərkibində idi.
1
  Ərəblərin  iş-
ğalından sonra Azərbaycan Naxçıvanı ərəb inzibati ərazi-
sinin  I  bölgəsinə  daxil  olduğu  halda,  Qars  Naxçıvanı  II 
bölgəyə daxil idi.
2
 
IX əsrin sonlarından Naxçıvan banisi mənşəcə türk 
Məhəmməd  ibn  Əbu-s  Sac  olan  Sacilər  dövlətinin  (879-
930), sonra Salarilər dövlətinin (941-981) tərkibində olub. 
X  əsrin  sonlarından  Naxçıvanşahlıq  adlanan  müstəqil 
feodallıq mövcud olub. Onu Naxçıvanşah titulu olan Əbu 
Duləf idarə edirdi. Əbu Duləfin dövründə Dvin də Naxçı-
vanşahlıq  tərəfindən  tutulmuşdu.  Naxçıvanşahlıq  80  ilə 
yaxın  Rəvvadilər  dövləti  ilə  yanaşı  fəaliyyət  göstərmiş, 
1066-cı ildə Sultan Alp Arslanın dövründə Səlcuq dövləti-
nə tabe edilmişdir.
3
 
Azərbaycan  Atabəyləri  dövləti  dövrü  bir  çox  ba-
xımdan Naxçıvan tarixində mühüm hadisələrlə əlamətdar-
dır. 1146-cı ildə Atabəy Eldəniz Naxçıvanı öz torpaqlarına 
birləşdirir  və  həmin  dövrdən  başlayaraq  Naxçıvan  şəhəri 
və  onun  vilayəti  Eldəniz  nəslinin  irsi  iqtasına  çevrilir. 
Naxçıvan bir müddət bu böyük dövlətin paytaxtı olur. Bu 
dövrün  mənbələrində  Naxçıvan  «Azərbaycan  şəhəri», 
«Azərbaycanın gözəl şəhəri» kimi göstərilmiş, naxçıvanlı-
ların müsəlman olmaları haqqında yazmışlar. Naxçıvan bu 
dövrdə  də  Ermənistanın  tərkib  hissəsi  ola  bilməzdi,  ona 
görə  ki,  Ermənistan  torpağının  özü  Eldənizlərə  aid  idi. 
Eldənizlərdən sonra Naxçıvan bir müddət xarəzmşah Mə-
həmmədin oğlu Cəlaləddinin nüfuz dairəsində qalır.  
                                           
1
 Bünyadov Z.M. Azərbaycan atabəyləri dövləti (1136-1225). - Bakı, 1985, 
s.191-193. 
2
 Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. - Bakı, 1993, s.34-37. 
3
 Şərifli M. Naxçıvanşahlıq. Azərb.SSR EA Xəbərləri, 1966, № 9, s.27-32. 


 
110 
Hülakulər  dövründə  Naxçıvan  Azərbaycan  vilayə-
tinin  (Cənubi  Azərbaycan  nəzərdə  tutulur)  9  tümənindən 
biri  olub.  Naxçıvan,  Ordubad,  Azad,  Əncan  və  Makuyə 
şəhərləri,  Qafan  ərazisi  Naxçıvan  tüməninə  daxil  idi.
1
 
Naxçıvan  tüməni  Araz  çayının  şimal  və  cənub  tərəflərini 
əhatə  edirdi.  Dvin  şəhəri  Naxçıvanın  qərb  hüdudlarında 
idi.  Göründüyü  kimi,  Naxçıvan  tüməni  müasir  Naxçıvan 
ərazisinə nisbətən daha geniş ərazini əhatə etmişdi.  
XV  əsrdə  Naxçıvan  Qaraqoyunlu  və  Ağqoyunlu 
dövlətlərinin,  XVI  əsrdən  Səfəvilər  dövlətinin  tərkibində 
olmuşdur. Səfəvilər dövründə Naxçıvan Çuxursəd bəylər-
bəyliyinin  bir  hissəsi  idi.  Bəylərbəyliyin  mərkəzi  İrəvan 
şəhəri  idi.  İrəvan  qalabəyi  və  Qərbi  Azərbaycan  bəylər-
bəyi Rəvan xanın 1519-cu ilin oktyabrında İrəvandan Şah 
İsmayıl  Xətaiyə  göndərdiyi  məktubdan  məlum  olur  ki,  o 
zaman İrəvan vilayəti Qərbi Azərbaycan adlanırmış. 
Tarixi mənbələrə əsasən aydın olur ki, Səlcuq oğuz-
larının  X-XI  əsrlərdən  başlayan  işğallarından  Səfəvilər 
dövlətinin yaranmasına qədər Ermənistan səlcuqların, Sul-
tan Cəlaləddinin, monqolların, Qaraqoyunlu və Ağqoyun-
lu hakimlərinin idarəsi altında idi.  
İrəvan  şəhəri və  ərazisi  əsrlər boyu türklər tərəfin-
dən, ilk növbədə Naxçıvan xanlarının nümayəndələri tərə-
findən  idarə  olunmuşdur.  Erməni  tarixçisinin  verdiyi  mə-
lumata görə 1390-cı ildən 1828-ci ilədək İrəvanı 51 nəfər 
azərbaycanlı,  özü  də  Naxçıvanın  hakimlərinin  nümayən-
dələri idarə etmişlər.
2
 
                                           
1
 Piriyev V.Z. Naxçıvan tarixindən səhifələr. - Bakı, 2004, s.24. 
2
 Cəfərzadə İ.B. Naxçıvanın tarixi və dövlətçilik ənənələri. Azərbaycan Neft 
Akademiyasının Elmi əsərləri, 1999, №3, s.24-25. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə