İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
105 
nı  irəli  sürərkən  Naxçıvanın  etnik  tarixinə,  tarixi  və  me-
marlıq abidələrinə, xüsusən siyasi tarixinə  istinad edirlər. 
Başqa əsərlərdə  və  məqalələrdə erməni  yalanlarına cavab 
verdiyimizdən
1
  bu  məqalədə  Naxçıvanın  siyasi  tarixi  ilə 
bağlı  erməni  uydurmalarının  həqiqətən  də  uydurmadan 
başqa bir şey olmadığını əsaslandırmağa çalışmışıq. 
İlk növbədə qeyd etməliyik ki, Naxçıvan – tarixi er-
məni  torpağı  olmamışdır.  Ona  görə  ki,  ermənilərin  özləri 
bu regionun yerli – aborigen əhalisi deyillər, onlar Cənubi 
Qafqaza  gəlmədirlər.  Bununla  bağlı  V.İşxanyan  göstər-
mişdir ki, «ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, Qaf-
qaz  ərazisinin  müxtəlif  hissələrinə  ermənilər  yalnız  son 
yüzilliklər  ərzində  səpələniblər».
2
  N.  Adonsun  yazdığına 
görə  e.  ə.  VII  əsrdə  kimmerlərin  basqını  nəticəsində  «öz 
hüdudlarından sıxışdırılmış friqiya erməniləri Fərat çayını 
keçərək yerli aramey əhalisinə qarışmış və gəlmə friqiyalı-
ların aramey mənşəli aborigenlərlə qovuşmasından erməni 
xalqının  özəyi  formalaşmışdır.  Ermənilər  Qərbdə  kiliki-
yalılarla, Şərqdə matienlərlə qonşu»
3
 idilər. Erməni müəl-
liflərinin göstərdikləri ərazilər və xalqlar Naxçıvandan çox 
uzaqda  idi.  Strabon  yazır  ki,  Ermənistan  qabaqlar  kiçik 
ölkə  idi və  yalnız e.ə. II  əsrdən qonşu xalqlardan  bir sıra 
                                                                                         
perspektivləri».  Beynəlxalq  simpoziumun  materialları.  -  Bakı,  «Təhsil», 
2006,  s.33-47;  yenə  onun.  Ermenilerin  Nahçıvan  iddiaları:  hayal  və 
gerçeklik.  Ermeni  Araştırmaları  Enstitüsü.  -  Ankara,  2007,  s.  1105-1112; 
Armenian  claims:  fiqments  and  historical  facts.  «İrs-Nasledie»,  2007,  №  3 
(27), s. 52-53 və b. 
1
  Naxçıvan  abidələri  ensiklopediyası  (Azərbaycan  və  ingilis  dillərində).  - 
İstanbul, 2008, 520 s.; Hacıyev İ.M. Naxçıvan bölgəsinin etnik tarixinə dair. 
AMEA Naxçıvan Bölməsinin «Xəbərlər»i. - Naxçıvan, 2009, №1 (14), s. 5-
12 və b. 
2
 Ишханян В. Народности Кавказа. СПб, 1916, c.16. 
3
 Адонц Н. Армения в эпоху Юстиниана. - Ереван, 1971, c.398. 


 
106 
əyalətlər qoparmışdı (Strabon, XI, 14, 5). Strabonun kiçik 
ölkə adlandırdığı Ermənistanı e. ə. V əsr müəllifi Herodot 
Dəclə və  Fərat çaylarının  mənbəyini aldığı dağlıq  ərazidə 
yerləşdiyini göstərmişdir (Herodot, 1, 80). E.ə. II-I əsrlər-
də  Artaşes  və  II  Tiqran  dövründə  Atropatenanın  bir  sıra 
əyalətləri  tutulmuşdu.  Həmin  əyalətlər  elə  II  Tiqran  vax-
tında da öz sahibinə – Atropatenaya qayıtmışdır. E.ə. 60-cı 
illərdə  Qney  Pompey  Ermənistanı  tutmuş  və  II  Tiqran  da 
əsir alınmışdı. E.ə 66-cı ildə bağlanmış müqaviləyə görə, 
Ermənistan  işğal  etdiyi  ölkələrdən,  eləcə  də  Atropatena-
dan qopardığı əyalətlərdən əl çəkmişdi.
1
 
 
Ermənilərin  məskunlaşdığı  ərazi  e.  ə.  520-cı  ilin 
axırlarında İran Əhəmənilər dövləti tərəfindən işğal edilir. 
E.ə. IV əsrin axırlarında Makedoniyalı İsgəndər Əhəməni-
lər dövlətini məğlub etdikdən sonra gah müstəqil, gah asılı 
erməni çarlıqları yaranır.  
Makkartilərin fikrincə, müstəqil erməni çarlığı e. ə. 
I  əsrdə  yaranmışdır.  Onlar  yazmışlar:  «Ermənilərin  erkən 
tarixi  haqqında  kifayət  qədər  dəqiq  məlumat  yoxdur... 
Şərqi  Kiçik  Asiyada  olan  müstəqil  erməni  çarlığı  böyük 
Tiqran (e. ə. 95-56) dövründə yaranmışdır. Tiqrandan son-
ra  ermənilər  bir  çox  əsrlər  ərzində  Roma,  Sasanilər,  İran 
və  Bizans  imperiyaları  da  daxil  olmaqla  digər  ölkələrin 
vassalları olmuşlar».
2
 
Bir  sıra  tədqiqatçıların  yazdıqlarına  görə  eramızın 
387-ci ilində «böyük Ermənistan» adlanan ərazi İran Sasa-
nilər  dövləti  ilə  Roma  imperiyası  arasında  bölünür.  O  za-
mandan ermənilər dövlətçilikdən məhrum olurlar. Bundan 
                                           
1
 Qeybullayev Q. Qarabağ (etnik və siyasi tarixinə dair). – Bakı, Elm, 1990, 
s.180. 
2
  Джастин  Маккарти,  Каролин  Маккарти.  Тюрки  и  армяне.  -  Баку, 
1996, c.13. 


 
107 
yalnız  15  əsr  sonra,  1918-ci  ildə  qədim  Azərbaycan  tor-
paqlarında  –  indiki  Ermənistan  ərazisində  erməni  dövlət-
çiliyi yaradılır.
1
 
Göründüyü kimi, Naxçıvanın «bir neçə minillik ər-
zində erməni dövlətlərinin tərkib hissəsi olması» haqqında 
ermənilərin iddiaları uydurma və cəfəngiyyatdan başqa bir 
şey deyildir, heç bir obyektiv tarixi fakta əsaslanmır. 
Ermənilərin  Naxçıvanla  bağlı  siyasi  iddiaları  daha 
çox  eramızdan  əvvəlki  dövrlərə  aid  edilir.  Göstərilir  ki, 
«Naxçıvan aşağıdakı tarixi krallıqların sərhədləri içərisin-
də  olmuşdur:  Urartu  (Araratyan)  Ermənistanı  (m.ö.  9-7 
yüzilliklər arası), Yervantuni (Orontidlər) Erməni Krallıq-
ları (m.ö. 6-2 yüzilliklər arası), Ardaşesyan Krallığı (m.ö. 
189-cu ildən – m.1-ci yüzilliyin başına qədər) və Arşaduni 
Krallığı (66 – 428)».
2
 
Tarixi  məlumatlar  bu  uydurma  fikirləri  rədd  edir. 
Çünki  məlumdur  ki,  e.ə.  IX  əsrdən  Cənubi  Azərbaycan 
ərazisində Manna dövləti olub. Naxçıvan Mannanın, sonra 
Midiya,  Atropatena  dövlətlərinin  və  Makedoniyalı  İsgən-
dərin imperiyasının tərkibində olub. I-IV əsrlərin müəyyən 
illərində Naxçıvan Şimali Azərbaycanın (Albaniyanın) vi-
layəti olmuşdur.
3
 Naxçıvan yuxarıda qeyd edilən 380-cı il 
sülh  müqaviləsinə  görə  Sasanilərin  nüfuzunda  qalır  və 
onların dayaq məntəqələrindən birinə çevrilir. V əsrin əv-
vəllərində  Naxçıvanda  kəngərlər  məskunlaşır  və  tarixi 
inkişafın  sonrakı  dövrlərində  Naxçıvanın  taleyində  mü-
hüm rol oynayırlar. VII əsrin I yarısında Naxçıvan Bizans 
                                           
1
 Köçərli T.Q. Göstərilən əsəri, s.69. 
2
 Naxçıvan tarixi bilgilər: http://www.ermeni.org/turkce/vandallar.htm. 
3
 Историческая география Азербайджана. - Баку, 1987, s.7-35. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə