İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
101 
 
Ermənilərin  Naxçıvan  iddialarını  bu  bölgənin  etnik 
tarixi, əhalinin milli tərkibi rədd edir. Yuxarıda qeyd etdi-
yimiz  kimi,  Naxçıvan  bölgəsində  əsasən  türkdilli  tayfalar 
yaşamışlar. Azərbaycanlılar qədim zamanlardan Naxçıva-
nın  əsas  etnоsu  оlub.  Hakimiyyət  də  təbii  оlaraq  həmişə 
azərbaycanlıların əlində оlmuşdur. Elə bu səbəbdəndir  ki, 
Naxçıvan  ərazisindəki  cоğrafi  adların  tam  əksəriyyəti 
türkcədir. Nəinki Naxçıvan bölgəsində, indiki Ermənistan 
deyilən  ərazidə  də  azərbaycanlılar  yaşamışlar.  XIX  əsrin 
оrtalarında İrəvan quberniyasının Şərur-Dərələyəz qəzası-
nı tədqiq etmiş A.V.Parvitski yazır ki, qəzada 55 azərbay-
canlı kəndi, 7 erməni kəndi vardı.
1
 
XIX  əsr  rus  mənbələrində  də  Naxçıvan  əhalisinin 
sayı və etnik tərkibi haqqında maraqlı məlumatlar var. Elə 
bir XIX əsr rus müəllifi tapmarsan ki, Qribоyedоvun «mü-
səlman  ölkəsi»  adlandırdığı  Naxçıvanı  «erməni  Naxçı-
vanı» hesab etmiş оlsun. Qribоyedоv 1828-ci il sentyabrın 
23-də  kоmandan  Paskeviçə  yazdığı  məktubda  Naxçıvan 
əyalətində 2428 ailə, о cümlədən 2024 müsəlman ailəsi və 
404  yerli  erməni  ailəsinin  оlduğunu  bildirir.
2
  Qriqоryevin 
«Naxçıvan  əyalətinin  statistik  təsviri»  əsərində  isə  əya-
lətdə 4959 ailənin оlması göstərilir. 4149 müsəlman ailəsi 
və  810  erməni  ailəsi.
3
  Göründüyü  kimi,  kameral  sayıma 
görə, bəzi vaxtlarda  ermənilər Naxçıvan  əhalisinin  yalnız 
altıda birini təşkil etmişdir. 
                                           
1
 Парвиский А.В. Экономический быт гос. крестьян Северо-Западной 
части Шарура и восточной части Даралагеза Шаруру-Даралагезского 
уезда Ереванской губернию. «Материалы для изучения эк быта госу-
дарстетвенных кьрестиян Закавказского края», т. IV, Т., 1886, с.99.  
2
 Шопен И. Göctərilən əsəri, s. 611. 
3
 Статистическое описание Нахчыванской провинции. c. 75.  


 
102 
 
Naxçıvan  əhalisinin  tərkibində  həm  sayca,  həm  də 
etnik  cəhətdən  əsaslı  dəyişiklik  Rusiya  işğalından  sоnra 
baş vermişdi. Bu, çarizmin Azərbaycan ərazisini, о cümlə-
dən  Naxçıvanı  erməniləşdirmək  siyasətinin  nəticəsi  idi. 
Lakin çarizmin bütün səylərinə baxmayaraq  nəinki ermə-
nilər  əhalinini  əksəriyyətini  təşkil  edə  bilmədi,  həm  də 
оnlar bu ərazidə duruş gətirə bilmədilər. 
 
Beləliklə,  yuxarıda  deyilənlər  təsdiq  edir  ki,  Naxçı-
van bölgəsində türkdilli əhali avtоxtоn оlmuş və bu ərazi-
də türk mənşəli etnоslar aparıcı rоl оynamışlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
103 
2. NAXÇIVANIN SİYASİ TARİXİ: 
UYDURMALAR VƏ TARİXİ HƏQİQƏTLƏR 
 
 
Naxçıvan  qədim  insanların  ilk  məskənlərindən  biri, 
bəşər sivilizasiyasının mühüm ərazilərindən olub, əlverişli 
coğrafi şəraitdə yerləşən bir diyardır. Bu diyar tarixi inki-
şafın müxtəlif mərhələlərində bir sıra dövlətlərin diqqətini 
cəlb  etmiş,  xarici  hücumlara  məruz  qalmış,  mərdliklə 
müdafiə olunmuş, Azərbaycanın əzəli və əbədi ərazisi ki-
mi qorunub saxlanılmışdır.  
 
Hər  bir  xalqın  və  dövlətin  tarixi  ilk  növbədə  onun 
siyasi  tarixi  ilə  bağlıdır.  Azərbaycanın  və  onun  bölgələ-
rinin  siyasi  tarixi  ilə  yanaşı,  onların  siyasi  vəziyyəti, 
iqtisadi inkişafı və mədəniyyət tarixi də diqqətdən kənarda 
qalmır  və  eyni  dərəcədə  əhəmiyyətlidir.  Bu  cəhətdən 
Naxçıvan istisna təşkil etmir. Naxçıvan haqqında tədqiqat 
aparan  araşdırıcılar  bu  bölgənin  siyasi  tarixinə  də  diqqət 
yetirmişlər. Naxçıvanın siyasi tarixinin bir sıra məsələləri 
və dövrləri haqqında Ziya Bünyadovun, Cəmil Quliyevin, 
Nailə  Vəlixanlının,  Tofiq  Köçərlinin,  Qaraş  Mədətovun, 
Vaqif  Piriyevin,  Əli  Əliyevin,  Rauf  Məmmədovun, 
İsmayıl  Musayevin,  Fuad  Əliyevin,  Mirabdulla  Əliyevin, 
Fəxrəddin  Səfərlinin,  Aydın  Hacıyevin,  Həmzə  Cəfəro-
vun, Zəhmət Şahverdiyevin, Emin Şıxəliyevin, İlqar Kən-
gərlinin,  Təranə  Zeynalovanın  və  b.  əsərləri  çap  olunub. 
Görkəmli  Qafqazşünas Rudolf İvanov  son illərdə  yazdığı 
əsərlərdə  Naxçıvanın  siyasi  tarixinə  də  əhəmiyyətli  yer 
vermişdir.  Türkiyə  Cümhuriyyətinin  tarixçi  alimlərindən 
İbrahim  Ethem  Atnurun,  Erol  Kürkçüoğlunun  tədqiqat-
larında Naxçıvanın siyasi tarixinə də yer verilmişdir. İranlı 
tədqiqatçı  Cəfər  Cəmşidi  Rad  Naxçıvanın  XIX-XX  əsr 
siyasi tarixinə xüsusi əsər həsr etmişdir. Lakin əvvəlki təd-


 
104 
qiqatçıların  əsərlərindən  fərqli  olaraq  bu  müəllifin  əsərin-
də çoxsaylı elmi səhvlərə və təhriflərə yol verilmişdir. 
 
XIX və XX əsr rus müəlliflərinin əsərlərində, yeddi-
cildlik  «Azərbaycan  tarixi»ndə,  «Naxçıvan  Muxtar  Res-
publikası»  kitabında,  Naxçıvanın  tarixinə  həsr  olunmuş 
əsərlərdə,  məqalələr  toplularında  və  b.  Naxçıvanın  siyasi 
tarixindən də bəhs edilmişdir.  
Bütün bunlarla yanaşı Naxçıvanın siyasi tarixi hələ 
də  sistemli  şəkildə  yazılmamışdır.  Bundan  istifadə  edən 
məkrli düşmənlərimiz «Naxçıvan – tarixi erməni torpaqla-
rıdır», «Naxçıvan bir neçə minillik ərzində erməni dövlət-
lərinin ayrılmaz hissəsi olmuşdur», - kimi saxta və uydur-
ma  fikirlər  irəli  sürür,  beynəlxalq  ictimaiyyətə  yalnış  mə-
lumatlar  çatdırırlar.  Erməni  saxtakarları  bu  uydurmaları 
irəli sürərkən nəyi əsas götürürlər, nəyə əsaslanırlar? 
Ermənilərin iddiasında olduqları Naxçıvan ərazisi 
tarixən  azərbaycanlılara  məxsus  olmuş,  burada  türk  dilli 
xalqlar  yaşamış,  minlərlə  maddi-mədəniyyət  nümunələri 
yaratmışlar.  Ərazidəki  yer  adları  bütünlüklə  Azərbaycan-
türk mənşəlidir. Arxeoloji tədqiqatlar qeyd olunan fikirləri 
tamamilə təsdiq edir. Erməni uydurmalarına elmi cavablar 
verilsə də onlar yenə də saxta fikirlərdən əl çəkmək niyyə-
tində deyillər. Akademik T.Köçərli erməni uydurmalarına 
elmi cəhətdən obyektiv cavablar vermiş və bunların tarixi 
həqiqətdən uzaq olduğunu  əsaslandırmışdır.
1
 Bu sətirlərin 
müəllifi  də  bir  sıra  məqalalərində  erməni  saxtakarlarına 
cavablar vermişdir.
2
 Erməni  «tədqiqatçıları» uydurmaları-
                                           
1
 
Köçərli T.Q. Naxçıvan: uydurmalar və tarixi həqiqətlər. - Bakı, «Təknur», 
2005,  s.67-94;  yenə  onun.  Naxçıvan:  uydurmalar  və  tarixi  həqiqətlər. 
«Respublika» qəzeti, 29 oktyabr – 07 dekabr 2005, № 251-283 və b. 
2
 
Hacıyev İ.M. Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və 
tarixi  həqiqətlər.  –  «Naxçıvan:  tarixi  gerçəklik,  müasir  durum,  inkişaf 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə