İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
111 
Səfəvilər  imperiyasının  tərkibində  olan  Naxçıvan 
vilayətinin çox hissəsi Çuxursəd bəylərbəyliyinə, Ordubad 
isə Təbriz bəylərbəyliyinə daxil idi. Çuxursəd bəylərbəyli-
yinin  daxilində  Naxçıvan  «ölkə»  kimi  ustaclı  tayfasının 
idarəsinə verilmişdi.  
XVIII  əsrin  20-ci  illərində  Rusiya  imperiyasının 
Xəzəryanı torpaqları tutmaq planına cavab olaraq Osmanlı 
imperiyası da öz qoşunlarını Cənubi Qafqaza yeridir. Os-
manlılar  1724-cü  ilin  sentyabr  ayının  əvvəllərində  Nax-
çıvan  şəhərini,  sentyabrın  10-da  isə  Ordubad  şəhərini  ələ 
keçirdilər.
1
  Naxçıvan  1735-ci  ilədək  Osmanlı  imperiya-
sının hakimiyyəti altında  qalır.
2
  Naxçıvan  vilayətinin  çox 
hissəsi yeni təşkil olunmuş Naxçıvan sancağının tərkibinə 
daxil  edildi.  Naxçıvan  sancağı  14  nahiyədən  ibarət  idi. 
Osmanlılar Səfəvilər dövründə Naxçıvanın tərkibində olan 
Zor,  Zəbil  və  Şərur  nahiyələrini  Naxçıvanın  tərkibindən 
çıxararaq  İrəvan  əyalətinə  birləşdirmişdilər.
3
  Naxçıvan 
sancağı 315 yaşayış məntəqəsini əhatə edirdi. İndiki Nax-
çıvan  Muxtar  Respublikasının  ərazisindən  başqa  buraya 
indiki  Ermənistanın  Yexeqnadzor  rayonu  bütövlüklə, 
Cermuq  rayonunun  yarısı,  Sisyan  rayonunun  böyük  bir 
hissəsi  və  Mehri  daxil  olmaqla  rayonun  bir  neçə  yaşayış 
məntəqəsi Naxçıvan sancağının tərkibinə daxil idi.
4
 
                                           
1
  Naxçıvan  sancağının  müfəssəl  dəftəri  (Giriş  və  tərcümənin  müəllifləri 
akad. Z.Bünyadov və t.e.n. H. Məmmədov (Qaramanlı)).  - Bakı,  «Sabah», 
1997, s.12. 
2
 Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı – 
XIX əsrin I qərinəsi). - Bakı, Elm, 1995, s.22. 
3
  İrəvan  əyalətinin  müfəssəl  dəftəri  (Giriş  və  tərcümənin  müəllifləri 
Z.Bünyadov və t.e.n. H. Məmmədov). - Bakı, 1996, s. 9. 
4
  Piriyev  V.Z.  Azərbaycanın  qədim  diyarı  Naxçıvan.  AEA-nın  Xəbərləri 
(Tarix, fəlsəfə, hüquq seriyası), 1999, №2, s. 10. 


 
112 
1735-ci ildə Şimali Azərbaycanın digər yerləri kimi 
Naxçıvan  da  Nadir  şahın  hakimiyyəti  altına  keçdi.  Nadir 
şah Naxçıvan əyalətinə eyni zamanda iki hakim təyin etdi. 
Şah  tərəfindən  təyin  olunmuş  hakim  inzibati  və  iqtisadi 
işlərə  rəhbərlik  edirdi.  Digəri  tayfa  vəkili  (kəngərlilərin) 
və  əyalətdən  toplanan  qoşunun  rəisi  idi.
1
  1747-ci  ildə 
Nadir şahın öldürülməsindən sonra Azərbaycan ərazisində 
müstəqil, ya yarım müstəqil xanlıqlar, o cümlədən Çuxur-
səd bəylərbəyliyi ərazisində Naxçıvan və İrəvan xanlıqları 
yarandı.  
Naxçıvan  xanlığının  ilk  xanı  kəngərli  tayfasının 
başçısı Heydərqulu xan olmuşdur. 1816-cı il mayın 12-də 
Naxçıvan  xanı  Kəlbəli  xan  Naxçıvan  şəhərində  Rusiya 
generalı A.N.Yermolovu qəbul edərkən demişdi ki, Naxçı-
vanı  üç  əsr  onun  Kəngərli  nəsli  idarə  etmişdir.  Naxçıvan 
xanlığı  dörd  dairədən  ibarət  idi:  Naxçıvan,  Ordubad, 
Mehri  və  Qafan.  Naxçıvan  xanlığı  1828-ci  ildə  çar 
Rusiyası tərəfindən ilhaq olundu. I Ehsan xan 1840-cı ilə 
qədər  xanlığın  idarə  edilməsində  iştirak  etmişdir.  Tədqi-
qatçı  M.Quliyevin  göstərdiyi  kimi,  «Naxçıvan  xanlığının 
tam süqutu 1840-cı ildə başa çatmışdır».
2
 
«Naxçıvanın orta əsrlər tarixi barədə ilk mənbələr-
dən və tədqiqat əsərlərindən əldə olunan qısa məlumatdan, 
konkret  faktlardan  aydın  görünür  ki,  həmin  ərazi  bütün 
orta əsrlər boyu Azərbaycanın tərkib hissəsi kimi mövcud 
olmuş  və  öz  fəaliyyətini  Azərbaycanla  əlaqəli  davam  et-
dirmişdir».
3
 
                                           
1
 Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. - Bakı, «Şərq-Qərb», 2007, s.28-29. 
2
  Quliyev  M.  Naxçıvan  xanlarının  hakimiyyət  şəcərəsi  haqqında.  «Şərq 
qapısı», 2009, 27 avqust. 
3
 Piriyev V.Z. Azərbaycanın qədim diyarı Naxçıvan... s.11. 


 
113 
Orta əsr  qaynaqları Naxçıvan diyarının  ermənilərlə 
hər hansı bir asılılığını təkzib edir. Həm də ona görə ki, bu 
dövrdə Cənubi Qafqazda heç bir erməni dövləti olmamışdır.
 
Erməni  «tədqiqatçıları»  «Naxçıvan  XIX  əsrin  əv-
vəllərində  də  Ermənistanın  tərkibində  olmuşdur»,  -  kimi 
yalnış  və  qeyri-obyektiv  fikirlər  söyləyirlər.  İlk  növbədə 
qeyd  etməliyik  ki,  həmin  dövrdə  Ermənistan  dövləti  yox, 
«erməni vilayəti»  yaradılmışdır. Həm  də, Rusiya impera-
toru I Nikolay 21 mart 1828-ci ildə xüsusi fərmanla İrəvan 
və  Naxçıvan  xanlıqları  ərazisində  yaratdığı  «erməni  vila-
yəti»ndə  erməni  dövlətçiliyindən  heç  bir  əsər-əlamət  yox 
idi. Yaradılan bu qondarma quruma qondarma ad seçilmə-
si  də  heç  bir  məntiqə  uyğun  deyildi.  Çünki,  İrəvan  və 
Naxçıvan  xanlıqlarının  ərazisi  Azərbaycan  ölkəsinin  böl-
gəsi idi. Bu ərazilərdə yaşayan əhalinin tərkibində  müsəl-
manlar  mütləq  əksəriyyət  təşkil  edirdilər.  Bütün  bunlara 
əhəmiyyət verməyən çar Rusiyası «görünür, bu qondarma 
adı qoymaqla onlar  Ermənistan coğrafi anlayışını dirçəlt-
mək və hansısa mərhələdə «erməni vilayəti» bazasında Er-
mənistan dövləti yaratmaq barədə düşünürlərmiş».
1
 Ermə-
nilərin  kütləvi  surətdə  Naxçıvana  köçürülməsi  bunu  bir 
daha təsdiq edir. 
Çar Rusiyası XIX əsrin ortalarında ölkədə müəyyən 
islahatlar keçirdi; 1840-cı ildə komendant idarə üsulu ləğv 
edildi: quberniyalar və mahallar əvəzinə qəzalar yaradıldı. 
Ön Qafqaz Gürcüstan – İmeretiya quberniyasına və Kaspi 
vilayətinə  bölündü.  Naxçıvan  ərazisi  çar  Rusiyasının 
inzibati  bölgüsünə  əsasən  «qəza  statusu  ilə  1841-ci  ilin 
yanvarın 1-də Gürcüstan-İmeretiya quberniyasının tərkibi-
nə qatıldı və daha sonra, 1849-cu ildə İrəvan quberniyası-
                                           
1
 Köçərli T.Q. Göstərilən əsəri, s.94. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə