İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
114 
na birləşdirildi.
1
 Bir cəhəti qeyd etməliyik ki, 1856-cı ildə 
Zaqafqaziyada yeni inzibati-ərazi sistemi tətbiq ediləndə – 
quberniyalar  yaradılanda  «Erməni  vilayəti»  nədənsə  bu 
islahatdan kənarda qalmışdı. Yalnız 1849-cu ilin iyununda 
«erməni vilayəti» İrəvan quberniyasına çevrildi. Naxçıvan 
qəzası  Naxçıvan,  Ordubad  və  Dərələyəz  məntəqələrindən 
ibarət idi. Mərkəzi Naxçıvan şəhəri olmuşdur. 
Göründüyü kimi, İrəvan quberniyası erməni dövləti 
olmadığı kimi, Naxçıvan da yalnız inzibati ərazi quruluşu-
na  görə  bu  quberniyaya  birləşdirilmişdi,  eyni  ilə  Gürcüs-
tan-İmeretiya  quberniyasına  daxil  olduğu  kimi.  XX  əsrin 
əvvəllərində Bakı quberniyası 6 qəzaya, Yelizavetpol qu-
berniyası 8 qəzaya və  1 dairəyə, İrəvan  quberniyası 7 qə-
zaya  (İrəvan,  Naxçıvan,  Şərur-Dərələyəz,  Yeni  Bəyazid, 
Sürməli,  Eçmiəzzin,  Aleksandropol)  bölünmüşdü.  Azər-
baycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan, Göycə ma-
halı, Şərur-Dərələyəz, Yeni Bəyazid ərazləri İrəvan quber-
niyasının tərkibində idi. 
Naxçıvanın siyasi tarixində 1917-1920-ci illər hadi-
sələri  çox  mühüm  yer  tutur.  Erməni  «araşdırıcıları»  bilə-
rəkdən  həmin  illərin  siyasi  hadisələrini  dolaşdırır  və  belə 
bir  qeyri-elmi  fikir  söyləyirlər  ki,  1921-ci  il  Moskva 
müqaviləsi  Naxçıvanı  Azərbaycana  birləşdirmişdir,  bu 
müqaviləyə  qədər  Naxçıvan  Azərbaycanın  tərkibində 
olmamışdır.  
Çar Rusiyasına ümid edən ermənilər ya Türkiyə, ya 
da  Azərbaycan  torpaqlarında  erməni  dövlətinin  yaradıl-
ması  üçün  bütün  vasitələrdən  istifadə  edirdilər.  Erməni 
dövləti  yox  idisə,  qonşu  ərazilərin,  xüsusilə  Naxçıvanın 
Azərbaycanın tərkibində olmaması barədə fikirlər nə dərə-
                                           
1
 Piriyev V.Z. Azərbaycanın tarixi coğrafiyası. - Bakı, «Araz», 2002, s.108. 


 
115 
cədə  obyektiv  ola  bilər?  «Türkiyə  Ermənistanı»  istilahı 
necə  yaranmışdır?  Əgər  Ermənistan  adlı  dövlət  var  idisə, 
Türkiyə ərazisində Ermənistan dövləti niyə yaradılırdı? 
1917-ci ildə baş verən hadisələr, Cənubi Qafqazda-
kı  ictimai-siyasi  vəziyyət  hələlik  erməni  xalqının  istiqla-
liyyətini elan etməyə imkan vermirdi. Brest-Litovsk sülhü 
ilə  Qars,  Batum,  Ərdahanın  Türkiyəyə  keçməsinin  Sovet 
Rusiyası tərəfindən tanınılması əslində «Türkiyə Ermənis-
tanı» haqqında rus-daşnak güruhunun elan olunmuş xülya-
sından imtina edilməsi demək idi.
1
 
1918-ci ilin may ayında Cənubi Qafqazda siyasi və-
ziyyətin  gərginləşməsi  və  dəyişməsi  üç  müstəqil  dövlətin 
yaranması ilə nəticələnir. Azərbaycan Xalq Cümhuriyyəti 
yaranarkən onun sahəsi 113.895,97 kv. km olmuşdur. Bu-
nun  təxminən  97,3  min  kv.  km-i  mübahisəsiz  ərazilər, 
təqribən  16,6  min  kv.  km-i  isə  mübahisəli  ərazilər  hesab 
olunurdu.
2
  Mübahisəli  ərazilərin  7,9  min  kv.  km-i  İrəvan 
quberniyasına  daxil  idi.  Bunlar  Böyük  Vedi,  Eçmiəzzin, 
İqdır  və  s.  ərazilər  idi.  AXC  dövründə  onun  ərazisinə  16 
qəza (Qazax, Yelizavetpol-Gəncə, Nuxa, Ərəş-Ağdaş, Ca-
vanşir-Tərtər, Şərur-Dərələyəz,  Naxçıvan, Zəngəzur,  Qar-
yagin-Cəbrayıl,  Şuşa,  Göyçay,  Quba,  Şamaxı,  Bakı,  Ca-
vad, Lənkəran), 1 quberniya (Zaqatala) və 1 dairə (Göyçə) 
daxil idi. 
Ermənistan dövləti (Ararat Respublikası) yaradılar-
kən ermənilər İrəvan şəhərinin Ermənistanın paytaxtı edil-
məsi  barədə  Azərbaycan  hökumətinə  müraciət  etdi.  Ba-
tumda  1918-ci  ilin  mayın  29-da  keçirilən  danışıqlarda 
                                           
1
 Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-
ci illər).- Bakı, 1993, s.47. 
2
 Piriyev. V.Z. Azərbaycanın tarixi coğrafiyası, s.130. 


 
116 
Azərbaycan Milli Şurasının güzəşt addımı kobud səhv idi. 
Bununla belə, erməni tərəfi yeni-yeni ərazi iddiaları, eləcə 
də  Naxçıvana  da  iddia  etdiyini  bəyan  etdi.  Naxçıvana 
sahib olmaq üçün iri dövlətlərin köməyindən istifadə etdi, 
silaha  əl  atdı,  qırğınlar  törətdi,  lakin  məqsədinə  nail  ola 
bilmədi.  Naxçıvan  əhalisinin  inadlı  müqaviməti,  türk  or-
dusunun yardımı ermənilərin arzularını gözündə qoydu. 
Mudros  müqaviləsinə  görə  türk  qoşunları  bir  sıra 
ərazilərlə  yanaşı  Naxçıvanı  da  tərk  etməyə  məcbur  oldu-
lar. Vəziyyətdən çıxmaq, Naxçıvanı qorumaq üçün Naxçı-
van  Milli  Komitəsinin  üzvləri  bu  ərazidə  Araz-Türk  Res-
publikasını yaratdılar. 1919-cu ilin mart ayına kimi fəaliy-
yət göstərmiş həmin respublika bölgənin ermənilərin əlinə 
keçməsinin  qarşısını  aldı,  AXC-nin  bütövlüyünü  təmin 
etdi.  1919-cu  ilin  fevralın  sonunda  Naxçıvan  general-qu-
bernatorluğu  yaradıldı.  Onun  tərkibinə  Naxçıvan,  Ordu-
bad,  Şərur-Dərələyəz,  Vedibasar  və  s.  ərazilər  daxil  idi.
1
 
İngilislərin köməkliyi ilə ermənilər 1919-cu ilin may-iyun 
aylarında  erməni  idarəçiliyi  təşkil  etsələr  də,  Naxçıvan 
əhalisi iyul ayında erməni qoşunlarını darmadağın etdi və 
erməni idarəçiliyini ləğv etdi. Təsadüfi deyildir ki, baş na-
zir Kaçaznuni etiraf edirdi ki, biz silah gücünə də qayda-
qanun yarada bilmədik, məğlub olub geri çəkildik. 
Müttəfiq dövlətlərin Zaqafqaziyadakı Ali Komissa-
rı  olan  Haskel  «neytral  zona»  («müttəfiq  zona»)  yaradıl-
ması  təklifi  ilə  çıxış  edir,  Naxçıvanın  idarə  olunmasının 
Ermənistana  verilməsinə  ciddi-cəhdlə  çalışırdı.  O,  Naxçı-
van  əhalisinin  inadlı  müqavimətini  görüb  fikrindən  əl 
çəkdi.  
                                           
1
 Piriyev V.Z. Azərbaycanın tarixi coğrafiyası. s.128. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə