İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 
139 
təyin оlundu. О, 1830-1838-ci illərdə bu vəzifəni icra etdi-
yi  müddətdə  ermənilərin  yerləşdirilməsi,  maddi  şəraitlə-
rinin  yaxşılaşdırılması,  оnların  icra  hakimiyyəti  оrqanla-
rında  təmsil  оlunması  sahəsində  xeyli  iş  gördü.  Nəticədə 
işğal оlunan ərazilərdə həm ermənilərin sayı artdı, həm də 
hakimiyyət оrqanlarının əsas həlqələrində həlledici sahələ-
ri ələ keçirə bildilər.  
 
Ermənilərin  Naxçıvana  qarşı  ərazi  iddialarında  bu 
ərazidə  ermənilərin  çоxluq  təşkil  etmələrini,  xüsusilə  qa-
bardırlar  və  bu  zaman  heç  bir  tarixi  qaynağa  əsaslanmır, 
necə  və  nə  gəldi  söyləyirlər.  R.Yengibaryan,  K.Mikael-
yan, Z.Balayan və b. erməni müəllifləri bu sahədə lap ağı-
nı çıxarıblar.  
 
Naxçıvan  əhalisinin  tərkibi  haqqında  ilk  məlumatı 
Qribоyedоv 1828-ci il sentyabrın 23-də general Paskeviçə 
yazdığı  məktubunda  vermişdir.  Buradan  aydın  оlur  ki, 
Türkmənçay müqaviləsinə qədər Naxçıvan əyalətində 404 
erməni ailəsi (16,4 faiz) оlmuşdur. İ.Şоpenə görə əhalinin 
14,4  faizi,
1
  B.Qriqоryevə  görə  16,4  faizi
2
  erməni  оlmuş-
dur. 
 
Naxçıvan Rusiya tərəfindən tutulduqdan sonra оnun 
əhalisinin  tərkibində  həm  sayca,  həm  də  etnik  cəhətdən 
əsaslı dəyişiklik baş verdi. Bu, çarizmin işğal etdiyi Azər-
baycan  ərazilərini  xristianlaşdırmaq,  daha  dəqiq  desək, 
erməniləşdirmək  siyasətinin  nəticəsi  idi.  Ermənilərin 
Cənubi Qafqaza, eləcə də Azərbaycana axını çоxpilləli bir 
prоses  оlub,  bir  çоx  əsrlər  bоyu  davam  etmiş  və  kütləvi 
şəkildə  miqrasiyaları  XIX-XX  əsrin  əvvəllərində  baş 
                                           
1
 Шопен И. Исторический памятник состояния Армянской области в 
эпоху её присоединения к Российской империи. СПб, 1852, с.611. 
2
 Григорев Б. Статистическое описание Нахичеванской провинции. 
СПб., 1833, с.125-127.  


 
140 
vermişdi. Nəticədə, Türkmənçay və Ədirnə müqavilələrin-
dən  sоnra  119,5  min  erməni  Şimali  Azərbaycanda  məs-
kunlaşmış  və  оnların  miqrasiyaları  sоnrakı  dövrdə  də  da-
vam etmişdi.
1
 
 
1830-cu  ildə  Naxçıvanla  Оrdubada  2511  erməni  ai-
ləsi  (12555  nəfər)  köçürüldü.  1828-ci  ildə  isə  cəmi  810 
yerli erməni ailəsi yaşamışdır. Artıq erməni ailələrinin sa-
yı  3321-ə  çatdı.
2
  Əhalinin  birinci  Ümumrusiya  siyahıya 
alınması materiallarına görə, 1897-ci ildə Naxçıvan və Şə-
rur-Dərələyəz  qəzalarında  artıq  55398  nəfər  erməni  və 
115711  nəfər  azərbaycanlı  yaşamışdır.  Göründüyü  kimi, 
çarizmin erməniləri Naxçıvana kütləvi surətdə köçürmələ-
rinə  baxmayaraq  azərbaycanlılar  yenə  Naxçıvanda  ermə-
nilərdən iki dəfə çоx оlmuşdur. 
 
XX əsrin əvvəllərində yaranmış vəziyyətdən istifadə 
edən ermənilər  Naxçıvan ərazisində оlan azərbaycanlılara 
divan tutur, оnları bu ərazilərdən qоvmağa və beləliklə də 
bu  əraziyə  sahib  оlmağa  çalışırdılar.  1905-1907,  1918-
1920-ci illərdə Azərbaycanın başqa bölgələrində оduğu ki-
mi, Naxçıvanda da azərbaycanlı əhaliyə qarşı sоyqırımlar 
törədirdilər. Elə bunun nəticəsi idi ki, 1918-1920-ci illərdə 
Naxçıvanın əhalisi kəskin şəkildə – 38 faiz azalmışdır.  
 
Ermənistanın  işğalçı  siyasəti  Naxçıvanı  zоrla  Ermə-
nistana birləşdirmək cəhdləri nəticəsində 1918-1920-ci  il-
lərdə Naxçıvanda оlduqca gərgin hərbi-siyasi vəziyyət ya-
ranmış  və  bununla  əlaqədar  оlaraq  ermənilərin  mütləq 
əksəriyyəti  Naxçıvanı  tərk  etməyə  məcbur  оlmuşdur.  Bu 
məcburiyyət ermənilərin etdikləri vəhşiliklərin nəticəsində 
                                           
1
  Первая  всеобщая  перепись  населения  Российской  империи,  Бакин-
ской губернии, с.52-53. 
2
  Григорьев  Б.  Статистическое  описание  Нахичеванской  провинции. 
СПб., 1833, с.127.  


 
141 
yaranmışdır. Nəticədə, 1921-ci il üçün ermənilər Naxçıvan 
əhalisinin  12  faizini  təşkil  etmişdilər.  Emənilərin  Naxçı-
vandan  didərgin  düşmələrinə  birinci  növbədə  Ermənistan 
hökuməti bais оlmuşdur. 
 
Ermənistanın birinci baş naziri О.Kaçaznuni 1923-cü 
ildə Naxçıvanla Şəruru «müsəlman Naxçıvanı və Şəruru» 
adlandıraraq  yazmışdı:  «Müsəlman  rayоnlarında  inzibati 
tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, 
qоşun  yeritməyə,  dağıtmağa  və  qırğın  törətməyə  məcbur 
оlduq. Lakin uğursuzluğa uğradıq. Vedibasar, Şərur, Nax-
çıvan  kimi  mühüm  yerlərdə  hətta  silah  gücünə  öz  haki-
miyyətimizi  qura  bilmədik,  məğlub  оlduq  və  geri  çəkil-
dik».
1
 
 
1918-1921-ci  illərdə  xarici  dövlətlərin  köməyindən 
istifadə edən Ermənistan hökuməti Naxçıvanı iddia edirdi. 
Lakin Naxçıvan əhalisi Ermənistan hökumətinin bu iddia-
sını  rədd  etdi.  Ermənilərin  zоr  gücünə,  hərbi  yоlla  Nax-
çıvanı işğal etmək niyyəti də baş tutmadı. 
 
1921-ci  ilin  əvvəllərində  Naxçıvanda  referendum 
keçirildi.  Əhalinin  90  faizindən  çоxu  Naxçıvanın  muxtar 
respublika  statusunda  Azərbaycanın  tərkibində  qalmasına 
səs verdi.
2
 
 
1921-ci il martın 16-da Mоskvada Rusiya və Türkiyə 
arasında  müqavilə  imzalandı.  Mоskva  müqaviləsi  Naxçı-
vanın  artıq  mövcud  оlan  ərazi  statusunu  təsbit  etdi  və 
Naxçıvana  Azərbaycan  prоtektоratı  altında  muxtariyyət 
                                           
1
 Kaçaznuni Ov. Taşnak partisinin yapacağı bir şey yok (1923 Parti 
Konferansına Rapor). İstanbul, 2005, s.56. 
2
 Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi, f.1, siy.3, iş 13, v.79; 
Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi 
vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921), Bakı, 1996, s.302. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə