İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

 
123 
çə),  Naxçıvan  əyalətinə  5  mahal  (Naxçıvan,  Əlincəçay, 
Məvazixatın,  Xok,  Dərələyəz),  Ordubad  dairəsinə  isə  5 
mahal  (Ordubad,  Əylis,  Dəstə,  Biləv,  Çənnəb)  daxil  idi. 
“Erməni vilayəti”nə  6949 erməni ailəsindən  ibarət 35560 
nəfər  köçürülmüşdü.
1
  Bunun  23568  nəfəri  İrəvan  əya-
lətində, 10652 nəfəri Naxçıvan əyalətində, 1340 nəfəri isə 
Ordubad  dairəsində  yerləşdirildi.  İrəvan  əyalətində  yaşa-
yan  2984  ailəsindən  cəmi  847  ailə  (28  faiz)  qaldı,  qalan-
ların sayı isə 3,5 dəfə azaldı. Onların əksəriyyəti İrana və 
Osmanlı dövlətinə mühacirət etdilər. Köçürülən ermənilər 
isə İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 
kəndində, Ordubad dairəsinin 11 kəndində məskunlaşdırıl-
dı. Naxçıvan şəhərində 416 ailə, Əbrəqunusda 36, Bənəni-
yarda 43, Qazançıda 22, Xəlillidə 24, Kültəpədə 70, Neh-
rəmdə  208,  Cəhridə  151,  Ayrıncda  31,  Qarababada  24, 
Külüsdə  13,  Nursuda  30,  Şahbuzda  20,  Gecəzurda  14, 
Məzrədə 22,
2
 Əylisdə 37, Aza, Dar, Dizə və Dırnısda 182 
ailə
3
 yerləşdirildi. Rusiya işğalınadək Naxçıvan əyalətində 
434  erməni  ailəsi  olmuşdursa,  sonrakı  köçürülənlər  he-
sabına erməni ailələrinin sayı 2719-a çatdı.
4
 Köçkünlərdən 
2285  ailə  əyalətin  Naxçıvan  mahalında,  266  ailə  isə  Or-
dubad  mahalında  yerləşdirildi.  Ümumiyyətlə,  qeyri-rəsmi 
köçənlərlə  birlikdə  Şimali  Azərbaycana  gəlmiş  erməni 
köçkünlərinin sayı 200 min nəfəri ötmüşdür.
5
 Çarizmin bu 
                                           
1
 Шопен И.И. Исторический памятник состояния армянской области в 
эпоху её присоединения к Российской империи. СПб., 1852, с. 540,635-
642. 
2
 Naxçıvan tarixindən səhifələr. Bakı, 1996, s.117. 
3
 Azərbaycan tarixində Naxçıvan. Bakı, 1996, s.96. 
4
 Григорьев В. Статистическое описание Нахичеванской провинции. 
СПб., 1833, с.127. 
5
 Paşayeva E.M. 1801-1830-cu illərdə Rusiya, Türkiyə və İran 
müharibələrində Azərbaycan problemi. Namizədlik diss., Bakı, 2004, s.136. 


 
124 
mənfur  siyasəti  Naxçıvanda  etirazla  qarşılanmış,  əhalinin 
böyük narazılığına səbəb olmuşdu. 
 
Nehrəm camaatı buna qəti etiraz etmiş və kəndlərin-
də ermənilərə yer verməmişlər. Nəticədə onların Araz çayı 
sahilindəki  torpaqları  zorla  əllərindən  alınaraq  ermənilərə 
verilmiş,  orada  onlar  Təzəkənd  yaşayış  yerini  salıb  məs-
kunlaşmışlar.  Kəndin  yuxarı  tərəfindən  təqribən  5  km 
Nehrəmdən  aralı  Güznüt  kəndi  də  belə  salınmışdır.  Eyni 
hal Kültəpə, Bənəniyar kəndlərində də baş vermişdir. 
 
Yararlı  torpaqların  köçkünlərə  verilməsi  yerli  azər-
baycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz tor-
paqlarının bir hissəsindən məhrum olurdular. Bu hadisələ-
rin  şahidi  olan  rus  səfiri  A.S.Qriboyedov  yazırdı:  “Biz 
onunla,  həmçinin  müsəlmanları  onların  uzunmüddətli  ol-
mayacaq indiki ağırlaşmalarla barışdırmaq və onlardan er-
mənilərin ilk vaxtlarda köçürüldükləri torpaqları həmişəlik 
tutacaqları  barədə  qorxunu  çıxarmaq  üçün  müsəlmanlara 
olunacaq təlqin barədə çox mülahizələr etdik”.
1
  
 
Çar Rusiyası erməniləri Şimali Azərbaycan torpaqla-
rına,  eləcə  də  Naxçıvan  ərazisinə  köçürməklə  burada  de-
moqrafik  vəziyyəti  dəyişdirmək,  özünə  dayaq  yaratmaq 
məqsədi  güdürdü.  Ermənilər  isə  “böyük  Ermənistan”  ya-
ratmaq  xülyalarını  gerçəkləşdirmək,  ilk  növbədə  isə  er-
məni  dövləti  yaratmaq  arzusu  ilə  kütləvi  olaraq  bu  ərazi-
lərdə məskunlaşırdılar. 
 
Rus şərqşünası K.N.Smirnov “Naxçıvan diyarının ta-
rixinə  və  etnoqrafiyasına  aid  materiallar”  kitabında  köçü-
rülən  ermənilərin  bölgədə  yerləşdiyi  əraziləri  aşağıdakı 
kimi  göstərir:  Əliabad  kəndinə  Xoydan  136  nəfər,  Şıx-
                                           
1
 Грибоедов А.С. Записка о переселении армян из Персии в наши об-
ласти. Соч. в двух томах, т.II, Москва, 1971, с.341. 


 
125 
mahmud  kəndinə  Xoy  və  Salmasdan  430  nəfər,  Qaraxan-
bəyli  kəndinə  Salmasdan  440  nəfər,  Hacıvar  kəndinə 
Salmasdan 102 nəfər, Aşağı Uzunoba kəndinə Xoydan 65 
nəfər,  Badamlı  kəndinə  Salmasdan  101  nəfər
1
,  Qulubəy-
Dizə  kəndinə  Urmiya  və  Salmasdan  136  nəfər,  Kültəpə 
kəndinə Salmasdan 330 nəfər, Didivar kəndinə Salmasdan 
15  nəfər,  Nəzərabad  kəndinə  Xoy  və  Salmasdan  198  nə-
fər
2
 erməni köçürülmüşdü.  
 
Naxçıvan torpaqları tarixi Azərbaycan ərazisi olmaq-
la, onun yerli əhalisini azərbaycanlılar təşkil edirdi. Naxçı-
van  bölgəsi  əhalisinin  tərkibindəki  ermənilər  gəlmə  idi. 
Gəlmə erməniləri də iki yerə bölmək olar: 1. Rusiya işğa-
lınadək bu bölgəyə gələnlər; 2. İşğal zamanı və sonra gə-
lənlər.
3
  1801-ci  ildə  Naxçıvan  ərazisində  54,2  min  nəfər 
azərbaycanlı,  7,4  min  nəfər  erməni  olmuşdur.  İşğal  döv-
ründə  isə  -  1826-cı  ildə  müvafiq  olaraq  64,2  və  8,5  min 
nəfər idi ki, bu da ümumi əhalinin 81,7 və 10,8 faizini təş-
kil  edirdi.
4
  Köçürmədən  sonra  isə  -  1832-ci  ildə  azər-
baycanlıların  sayı  azalaraq  49,7  min  nəfərə  (59,4  faizə) 
enmiş,  ermənilərin  sayı  isə  artaraq  29,2  min  nəfərə  (34,8 
faizə)  çatmışdır.
5
  1826-1828-ci  illər  Rusiya-İran  mü-
haribəsi  dövründə  və  müharibədən  sonra  İran  və  Tür-
kiyədən  ermənilərin  kütləvi  surətdə  bu  yerlərə  köçü-
rülməsi nəticəsində  əhalinin etnik tərkibi dəyişdi. Fransız 
mənşəli  rus  tədqiqatçısı  İ.Şopenin  1829-1832-ci  illərdə 
                                           
1
 Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского 
края. Баку: «Ozan», 1999, c. 123-137. 
2
 Yenə orada, s. 129, 131-132. 
3
 Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, 2008, 
s.126. 
4
 Сафаров Р. Изменение этнического состава населения Иреванской 
губернии и XIX-XX веках. Баку, 2009, с.143. 
5
 Yenə orada.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə