İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   8   9   10   11   12   13   14   15   ...   142

Duzəkənlərin şərəfi, qeyrəti indi yox, əmin Moskvada şiri qısnaşdıranda iki paralıq olub!”
“Qısnaşdıranda nə deməkdir?– pərt halda mızıldandı. – Əmim şiri necə qısnaşdıra bilərdi? İndi hər
nədi, getməli, şərəfimizi xilas eləməliyik. İşdir, ölsəm, şir məni də əmimin yanına yola salsa, yasımı
saxlar, ərə getməzsən”. “Neylərəm? – Minayə necə qiyyə çəkdisə, qulaqları cingildədi. – Mənim nə
yaşım var ki, oturam, sənin yasını saxlayam? Ərə getməyimi istəmirsən, canın çıxsın, getmə. Heç
yeddin çıxmamış ərə gedəcəyəm! Bəlkə yeddini də gözləmədim, üçündə ərə getdim. Səninkilər orda
ağlaşacaq, üzlərini cıracaq, saçlarını yolacaqlar, mənsə geyinib-kecinib çıxıb gedəcəyəm. Səy
duzəkənin yasını niyə saxlamalıyam? Özüm də qəşəng, gözəl, cavan, yüzü başıma dönəcək!” “Yaxşı, –
yana-yana dedi, – bir halda belə amadəsən, gedərsən, kimə istəsən, bircə Budka Əhməddən başqa.
Ona ərə getsən, qəbirdən xortlayıb gələrəm!” “Eləmi? – Minayənin gözləri alışıb-yandı. – Sən
yanasan, cızdağın çıxsın deyə elə ona ərə gedəcəyəm!”
Çox danışdılar, sonda arvadı dedi, bir halda hökmən getməlisən, Moskvada duzəkənlərin şərəfini,
namusunu xilas eləməlisən, sənə iyirmi gün vaxt verirəm. İyirmi günə gəlməsən, iyirmi birinci gün
Budkanın yanındayam!
Səhər tezdən yola düşdü, arvadı onu doqqaza kimi ötürdü, yuxudan yarımçıq durmuşdu, saçlarını
daramamışdı, əlləri qoynunda arxasınca gəlirdi, yalın ayaqlarına nazik çəkələkləri keçirmişdi. Çöl
qapısının ağzında dayanıb arvadına baxırdı, yalın ayaqlarına çəkələk keçirmiş, yumru dizləri
donundan çöldə qalmış, yuxulu gözlərini ona dikmiş arvadı səhər toranlığında necə də gözəl
görünürdü! Belə gözəl, gənc arvadını qoy, get şir öldürməyə!
Bakıya gəlib, burdan da Moskvaya uçdular. Bir əmisi oğlanları da Moskvada olurdu, amma o qisas
almaq fikrindən çox uzaq olduğunu, şiri öldürmək nədir, heç bu məqsədlə sirkin qapısından içəri ayaq
belə basmayacağını təntənəli və qəti surətdə bəyan elədi. “Mənə nə sizin qan davanızdan? Mən uzun
illərdir rusların arasında yaşayıram, belə məsələlərə yaxşı baxmıram, qisas almağı, qanı qanla
yumağı vəhşi tayfaların adəti hesab eləyirəm. Sizsə düşünürsüz ki, mütləq qanı yumalısız, buyurun,
yuyun, qeyrətinizdən hansısa ləkəni təmizləməlisiz, buyurun, təmizləyin, bundan ötrü kimisə
öldürməlisiz, buyurun, öldürün”. “Necə yəni buyurun? – Bilo hirsləndi, panyatkasındakı ən təsirli
sözləri işə salıb oğlanı danlayırdı. – Nəyə görə ancaq biz buyurmalıyıq, sənsə buyurmamalısan? Sən
də duzəkən olduğuna görə o ləkə təkcə bizim yox, sənin də şərəfinə düşüb. Sən əlini ağdan-qaraya
vurmayacaqsan, biz dünyanın o başından gəlib burda sənin şərəfinə düşən ləkəni təmizləyəcəyik?”
Oğlan gözlərini döyürdü: “ Sizin bu həlləm-qəlləm danışdıqlarınızdan bir şey başa düşürəmsə, Allah
mənə lənət eləsin! Mənim şərəfimə heç nə düşməyib, gül kimidir. Özüm də tərtəmizəm, haramısa
təmizləməyə ehtiyac duyaramsa da, bunu özüm elərəm, daha hansısa duzəkəni köməyə çağırmaram!”
Bilo yenə də panyatkasını işə saldı və axırda oğlan başını tutdu. Onları belə işlərdən baş çıxaran
adamın yanına apardı. Adam əllərini masanın üstündə cütləyib oturmuşdu, başını qaldırıb üzlərinə
baxmırdı.
– Nə lazımdır? – soruşdu.
– İki tapança, – Bilo dedi.
– Sonra?
– Tapançadan atmağı bizə öyrədən.
– Sonra?
– Biz sirkə girməliyik.
– Sonra?
– Bitdi, sonrası yoxdur, – Bilo ani cavab verdi.


– Yeddi min dollar.
Bilo şəstlə pulu masanın üstünə saydı və iki gündən sonra idman kostyumu geyinmiş, idmançı bədənli,
yaraşıqlı, Nina adlı rus qızı maşınla arxalarınca gəldi. Onları Moskva ətrafındakı meşəyə apardı,
hərəsinə bir tapança verdi, necə atacaqlarını səbirlə başa saldı, sonra da xeyli aralıda, ağacların
arasında mişen qoydu və başladılar atmağa. Rus meşəsində parta-part salmışdılar, dolaşalar, qarğalar
həyəcanlı səslər çıxararaq havalanır, ağacların başı üzərində dövrə vuraraq uzaqlaşırdılar. Qız hədəfi
gözüyumulu vururdu, ağacdan düşən yarpaqlara, havaya atılan konserv bankalarına, almalara atdığı
güllələrin biri də boşa çıxmırdı. Coninin də döyüş təcrübəsi olduğuna görə pis atmırdı. Bilo isə
yaxınlıqdakı mişeni belə düz vura bilmir, çox vaxt hədəfdən yayınırdı. Amma qız onu ruhdan düşməyə
qoymur, “üç-dörd gündən sonra məndən də yaxşı atacaqsan”, – deyirdi.
Qız hər Coniyə baxanda gülməkdən keçirdi, heç vaxt parklara, ya da meşəyə tək getmə, deyirdi.
Canavarla dəyişik salıb bədəninə iki-üç qurğüşün sırıyarlar. Qızın gülüşü, səsi elə təbiiydi, Coni
incimirdi. Həm də qız həqiqəti deyirdi, doğrudan da canavara oxşayırdı.
Axşam Bilo Ninanı restorana dəvət elədi, qız güldü, problem yoxdur dedi, amma mən canavarı
seçirəm. Görüm bu iş canavarlarla necə olur? Sənin üçün rəfiqəmi çağıraram.
Nina Bilo üçün karateçi rəfiqəsini gətirmişdi. Bu qız da Nina kimi qəşəng qızdı, Ninadan fərqli
olaraq şən, zarafatcıl idi. Restoranda yeyib içdilər, yoruluncaya qədər rəqs elədilər, sonra da Ninanın
evinə getdilər. Üç otaqlı ev şəhərin mərkəzindəydi, evə girən kimi də başa düşdülər ki, Nina təkcə
kimlərəsə tapançadan atmağı öyrətmir, özü də atır, həm də cansız hədəflərə yox.
Nina tapançadan atəş açmağı onlara öyrədəndə özünü necə aparırdısa, yataqda da elə aparırdı.
Təşəbbüsü öz əlinə almışdı. Onun evli olduğunu öyrənəndə dedi: “Sən indi burda mənimlə sevişəndə,
yəqin, arvadın da orda hansısa kişini yataqda əyləndirir. Əgər bir kişi arvadına xəyanət edirsə, bir
həqiqəti anlamalıdır, nə vaxtsa arvadı da ona xəyanət eləyəcək”.
Hirsləndi, Ninanın qulağının dibinə şaplamaq istədi, ancaq cəsarəti çatmadı, qız tapançayla quşu
gözündən vururdu, onu aşsüzənə döndərərdi. “Nə danışdığındır? – qızı məzəmmətləyirdi. – Arvadım
heç vaxt mənə xəyanət eləməz. Sizlərdə buna elə də ciddi fikir vermirlər. Bizdə isə başqadır. Qadın
ərinə xəyanət eləsə, öldürərlər”. “Cəfəngiyatdır, – qız onun dediklərini ciddiyə almırdı. – Hardan
biləcəksən, arvadın sənə xəyanət eləyir, ya eləmir? Qadın heç vaxt beş ay, altı ay durub gözləməz.
Fürsət düşdümü, rastına çıxan kişiyə yox deməyəcək. Sənin arvadın da ola bilsin heç sən gəlməmiş
kimisə gözaltı eləyibmiş. İndi sevgilisi ilə kef çəkir!”
Qız danışdıqca başında tükləri qalxır, qəlbində şübhə toxumları baş qaldırmağa başlayırdı. Bəlkə elə
bu sarışın qız düz deyirdi? Bəlkə elə o gəldiyi gün arvadı Budkaya sifariş göndərmişdi, harda
qalıbsan, gəl, ərim Rusiyətə şir öldürməyə gedib.
Qız onun necə həyəcanlandığını görüncə gülürdü. Yaxşı, deyə onu arxası üstə yatağa aşırıb dedi,
burda qəmə batmağın, ya da özünü abid kimi aparmağın heç nəyi dəyişməyəcək. Arvadın bildiyini
eləyəcək, bəlkə elə indi o da hansısa kişini yatağa uzadıb, oturub üstündə.
Qıza etiraz eləyə bilmir, cızdağı çıxırdı. Varlığına güclü ehtiras hakim kəsilmişdi, qızın “yavaş,
ehtiyatlı ol” deməsinə əhəmiyyət vermədən ona sahib olurdu. Sanki qızı əzib sıxdıqca da gözləri
önündə kabus kimi dayanıb getməyən mənzərə – arvadı çılpaq halda çarpayıda bir kişinin üstündə
oturmuşdu, bir əlini onun sinəsinə söykəyib arxaya itələyirdi – gözləri önündən çəkilir, onun yerini
qızın tərdən işıldayan incə boynu, sinəsi, döşlərinin arasındakı çuxuru, inanılmaz gözəl bədəni
tuturdu.
Bu gündən başlayaraq hər gün Ninayla gecələyirdi, Bilo da karateçi qızı kirayələdikləri otağa


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə