ʺ
İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları
ʺ
nın
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
ʺ
Patent haqqında
ʺ
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə
ʺ
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
ʺ
Azərbaycan
Respublikası Prezidentinin 2009‐cu il 21 dekabr tarixli, 190 nömrəli Fərmanının 1.3‐cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
ʺ
İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması
Qaydaları
ʺ
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri RASİ‐ZADƏ
Bakı şəhəri, 12 aprel 2010‐cu il
№ 63
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010‐cu il 12 aprel tarixli, 63 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar
ʺ
Patent haqqında
ʺ
Azərbaycan Respublikası Qanununun 10‐cu
maddəsinin 5‐ci bəndinə uyğun olaraq hazırlanmışdır və ixtira və sənaye nümunəsi
patentlərinin qüvvədə olma müddətinin uzadılması qaydalarını tənzimləyir.
1.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması xüsusən farmakologiya və
aqrokimya sahələrinə aiddir.
2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması şərtləri
2.1. İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati prosedurlardan
keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin
vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadıla bilər. İxtira patentinin qüvvədə olma
müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5
(beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.
Sərf olunan müddətə ixtiraya dair iddia sənədinin verildiyi tarixdən patent alınmasına
qədər olan müddət daxil olduğu halda, həmin müddət sərf olunan müddətdən çıxılır.
Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5
(beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.
2.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün vəsatət patentin
qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinə (bundan sonra — Komitə) təqdim edilir.
2.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə vəsatət
patentin qüvvədə olma müddətinin sonuncu ilinin bitdiyi tarixə 6 (altı) ay qalmış və ya patentin
qüvvədə saxlanması üçün dövlət rüsumunun ödənilməsinə görə müəyyən edilmiş müddətdən
12 (on iki) aylıq möhlət müddəti keçənədək Komitəyə təqdim olunur.
2.4. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üçün
hər ilə görə qanunvericiliklə müəyyən edilən məbləğdə müvafiq dövlət rüsumu ödənilir.
Patentlərin qüvvədə saxlanılması üçün müəyyən edilən illik dövlət rüsumu hər il üzrə
ödənilmədikdə, ixtira və ya sənaye nümunəsi patentləri qüvvədən düşmüş hesab edilir.
2.5. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üzrə
işlərin aparılması bilavasitə patent sahibinin və ya patent müvəkkilinin vasitəsilə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2.6. Vəsatət verilən tarixə kimi bu Qaydalarla müəyyən edilən işlərin yerinə yetirilməsinə
dair səlahiyyətlərin patent müvəkkilinə verilməsi əvvəl verilən etibarnamədə göstərilmədikdə,
patent müvəkkili Komitəyə yeni etibarnamə təqdim edir.
3. Patentlərin qüvvədə olma müddətinin uzadılması üçün təqdim olunan sənədlər
3.1. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlər
təqdim olunur:
ixtira patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət (1 nömrəli
əlavə);
ixtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan
müddəti təsdiq edən sənədin surəti;
etibarnamə (zərurət olduqda).
3.2. Patentin qüvvədə olma müddətinin uzadılmasına dair vəsatətə qoşulan sənədlər ixtira
düsturunda göstərilən obyekti aşkar etməyə imkan vermədiyi halda, patent sahibi əlavə
sənədlər təqdim edir.
3.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı
sənədlər təqdim olunur:
sənaye nümunəsi patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət
(2 nömrəli əlavə);
etibarnamə (zərurət olduqda).
3.4. Vəsatət patent sahibi və ya patent müvəkkili tərəfindən imzalanır. Patent sahibi
hüquqi şəxs olduqda, vəsatət təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs
tərəfindən imzalanır. Vəsatətdə imza edən şəxsin soyadı, adı və vəzifəsi göstərilir və hüquqi
şəxsin möhürü ilə təsdiq olunur.
Patent sahibi fiziki şəxs olduqda, onun və ya patent müvəkkilinin imzası notariat
qaydasında təsdiq edilir.
4. Vəsatətə baxılma qaydası
4.1. Vəsatət Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və
başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilində tərcüməsi
(notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən 2 (iki) ay müddətində təqdim
edilməlidir.
________________________________________________
________________________________________________
________________________________________________
________________________________________________________________________
________________________________________________________________________
4.2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması barədə
Komitəyə daxil olan sənədlər 10 (on) gün müddətində araşdırılır. Patentlərin qüvvədə olma
müddətinin uzadılması mümkün hesab edildiyi halda, qərar qəbul olunur, bu barədə məlumat
müvafiq Dövlət reyestrinə daxil edilir və vəsatəti verən fiziki və ya hüquqi şəxsə göndərilir. Bu
barədə məlumatlar Komitənin rəsmi bülletenində dərc olunur.
4.3. Komitəyə təqdim olunan sənədlər üzrə iradlar olduğu halda, bu barədə vəsatət verən
şəxsə bildiriş göndərilir. Vəsatəti verən şəxs bildirişi aldığı tarixdən 2 (iki) ay müddətində
lazımi düzəlişlər edilmiş və ya çatışmayan sənədləri yenidən Komitəyə təqdim etməlidir.
Lazımi düzəlişlər edilmiş və ya bu Qaydaların 3‐cü bəndinə uyğun çatışmayan sənədlər
müəyyən edilmiş müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, vəsatət verilməmiş
hesab olunur.
ʺİxtira və sənaye nümunəsi patentin
qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna
1 nömrəli ƏLAVƏ
Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinə
AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,
(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)
(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)
İxtira patentinin qüvvədə olma müddətinin uzadılması barədə
VƏSATƏT
___________________________________________________________ adlı ixtiranın
(ixtiranın adı)
_________________________________________________________ obyektinə aid olan
(obyektin adı)
ixtira düsturunun ____________________________________________ bəndinə dair
(ixtira düsturundakı bənd)
_______________________ nömrəli patentin qüvvədə olma müddətinin «______» il
(patentin nömrəsi)
tarixinədək uzadılmasını xahiş edirik.
Qoşma _________ vərəq:
İxtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan müddəti
təsdiq edən sənədin surəti
Etibarnamə (zərurət olduqda)
Patent sahibi:
Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı
(imza, tarix)
M.Y.
və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________
________________________________________________
________________________________________________
________________________________________________
________________________________________________________________________
________________________________________________________________________
(imza, tarix)
ʺİxtira və sənaye nümunəsi patentin
qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna
2 nömrəli ƏLAVƏ
Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinə
AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,
(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)
(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)
Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə
VƏSATƏT
_______________________________________________ adlı sənaye nümunəsinə dair
(sənaye nümunəsinin adı)
________________________ nömrəli patentin qüvvədə olma müddətinin «_____» il
(patentin nömrəsi)
tarixinədək uzadılmasını xahiş edirik.
Qoşma ______ vərəq:
Etibarnamə (zərurət olduqda)
Patent sahibi:
Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı
(imza, tarix)
M.Y.
və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________
(imza, tarix)
Document Outline - İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılmasıQAYDALARI
- 1. Ümumi müddəalar
- 2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması şərtləri
- 3. Patentlərin qüvvədə olma müddətinin uzadılması üçün təqdim olunan sənədlər
- 4. Vəsatətə baxılma qaydası
- İxtira patentinin qüvvədə olma müddətinin uzadılması barədə VƏSATƏT
- Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə VƏSATƏT
Dostları ilə paylaş: |