İxtisas: 050607 Qrup: 221. 18 Kurs


Şəkil 1.1 Quyuların əsas istismar üsulları



Yüklə 0,96 Mb.
səhifə4/14
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#82436
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   14
Ağakişi Sadıqov Kurs işi texnoloji proseslər (1)

Şəkil 1.1 Quyuların əsas istismar üsulları

Son dövrlərdə quyuların təkrar istismar edilməsi geniş yayılmışdır . Təkrar neft çıxartma üsullarından sənayedə ən çox tətbiq ediləni , laydakı neft qalığını istismar quyusunun dibinə endirmək məqsədilə xüsusi qazılmış quyudan yatağa su , qaz, sıxılmış hava və isti neft vurmaqla istifadə edilir.



1.2 Quyuların fontan vurmasının əsasları

Quyuların istismarı zamanı laydan maye ilə qaz, yaxud təkcə qaz çıxarılır. Laydakı neftdə, adətən, müəyyən miqdarda qaz həll olur ki, bu da istər layda, istərsə də quyuda neftin hərəkəti zamanı təzyiqin düşməsi nəticəsində qismən neftdən ayrılır. Həmin qaz təzyiq altında olduğundan müəyyən enerjiyə malik olur. Laydan quyuya içərisində qaz həll olmuş neft ilə yanaşı sərbəst qaz da gəlir; bu, şübhəsiz quyudibi təzyiqinin qazın neftdə tam həllolma təzyiqindən az olduğu hala aiddir. Sərbəst qaz da təzyiq altında olduğundan müəyyən enerjiyə malikdir.

Neft yataqlarının işlənmə proseslərinin ən məhsuldar dövrü fontan istismar üsulu ilə istismarıdır. Quyuların fontan vurması əsasən yeni açılmış yataqlarda baş verir. Bu zaman layın enerji ehtiyatı böyük olur. Yəni quyu dibində olan təzyiq maye sütununun hidrostatik təzyiqi, quyu ağzında əks təzyiq və mayenin hərəkəti ilə bağlı olan sürtünmə qüvvəsinin dəf edilməsinə sərf olunan təzyiqi üstələyir. Yəni:

Fontan istismar üsulunda iki təbii enerji mənbəyi vardır:



  1. layın hidrostatik təzyiqi;

  2. lay qazının potensial enerjisi.

Layda və quyuda qazlı mayenin hərəkət qanunları başqa-başqa olduğuna baxmayaraq, qərarlaşmış axında hər iki hərəkət tənliyində mayenin və qazın sərfi eyni və quyudibi təzyiq qaldırıcının başmağındakı təzyiqə bərabər olmalıdır (qaldırıcının quyudibinədək endirildiyi nəzərdə tutulur). “Lay-qaldırıcı” hidrodinamik sistemın bir üzvünün işində dəyişiklik olan kimi, bu dəyişiklik o biri üzvün də işinə təsir göstərir və bu təsir, qərarlaşmış axın əmələ gələnədək davam edəcəkdir.

Fontan zamanı neftdən qazın ayrılması nəticəsində neft və mayenin xüsusi çəkisi dəyişəcəkdir. Bunu nəzərə almaq və hesablamanın dəqiqliyini artırmaq üçün yuxarıdakı düsturlarda neftin və qazın xüsusi çəkisinin orta qiymətini yazmaq lazımdır.

Qazın enerjisi bir sıra hallarda neftin quyudan yerin üstünə çıxarılması, yəni quyunun fontan vurması üçün istifadə olunur. Laydan quyunun dibinə hər bir ton neftlə daxil olan enerji:

Wq=104 ( +Q0p0ln )

ifadəsi ilə tapılır.

Burada pq-quzudibi təzyiqi, atm ilə;

p0— atmosfer təzyiqi (p0=1 atm);

γ—mayenin xüsusi çəkisi, kq/m3 ilə;

Q0—atmosfer təzyqindəki qaz amili, m 3 /t ilə.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə