K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə51/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   47   48   49   50   51   52   53   54   ...   91

 126 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
əsasən  keĢiĢ  Fulbert  (1028)  tərəfindən  yaradılmıĢ  ġartr  məktəbinin 
nümayəndələrinin, Dinantlı Davidin və latın averroistlərindən olan Siqer 
de Brabantın (1281/84) görüĢlərini aid etmək olar.  
Qeyd  etdiymiz  kimi,  panteist  aristotelizmi  dövrünün  fəlsəfi 
cərəyanlarından  fərqləndirən  əsas  cəhətlərdən  birincisi  bu  cərəyanın 
nümayəndələrinin  təbiətdən  qaynaqlanan  fəlsəfi  görüĢlərində  rasional 
notların üstünlük təĢkil etməsi olmuĢdur. Bundan baĢqa, onların spesifik 
cəhətlərindən  biri  də  Platondan,  Eriuqenadan,  Dionisiy  Areopaqitdən 
aldıqları mistik görüĢləri Aristotel fəlsəfəsi, məntiqi ilə izah etmələri ol-
muĢdur.  Məsələn,  ġartr  məktəbinin  düĢüncələrində,  «incəsənətin  sinte-
zində  kosmosun  modelini,  kosmosda  isə,  «Timey»ə  görə,  tam,  harmo-
niyayla iĢıqlanmıĢ (buna görə də elmi araĢdırmaya sığan), ruhlanmıĢ və 
mənalanmıĢ varlığı, «dünya ruhunun» bədənini görürdülər» [126, 778].  
Bu cərəyanın digər görkəmli mütəfəkkiri David Dinantlının fikrinə 
görə  də,  «dünya  Tanrının  özüdür.  Substansiya  –  materiyadır,  onun 
forması  – onun təcəllisidir və  ikincidir. Allah  – «bütün ruhların əqli və 
bütün cisimlərin materiyasıdır. Onun öz əsası isə «ilk materiyadır», həm 
də «əbədi substansiyadır və əqldir (nusdur)»
 
 [88]. 
«Ġnsan  əqlini  (intellektini)  əbədi  və  yaradılmamıĢ  qeyri-maddi 
substansiya» kimi xarakterizə edən və rasional biliyin həqiqətini vəhyin 
həqiqətinə  zidd  qoyan»  [126,  606]  Siqer  de  Brabant  isə,  ümumiyyətlə, 
Tanrı-Yaradan  məfhumunu  qəbul  etmir.  Filosof  bildirir  ki,  «Allah 
dünyanın bilavasitə səbəbi deyil, O, vasitəli olaraq və təbiətin qanunları-
na müvafiq Ģəkildə hərəkət edir. O, daha çox dünyanın Ġlk mühərrikidir, 
nəinki onun Yaradanı. Dünya əbədidir, tamamilə sərbəstdir, ona görə də 
nə dünyanın əvvəli olmayıb, nə insanın yaradılılıĢının» [88].  
Göründüyü  kimi,  aristotelçi  panteistlərin  görüĢlərində  mistik 
çalarlar  olsa  da,  Yaradan-yaradılan  münasibətinin  mahiyyətini  Aristotel 
məntiqilə açıqlamağa çalıĢmıĢlar. Onlar dünyanı Tanrı kimi əzəli hesab 
etməklə  yanaĢı,  onu  insan  idrakına  sığa  biləcək  bir  çərçivədə  qəbul 
etmiĢlər  və  bu,  onların  görüĢlərində  rasional  mövqenin  üstünlüyünə 
dəlalət  edir.  Bundan  baĢqa,  aristotelçi  panteistlər  yaradılıĢ  problemində 
də  Aristotel  fəlsəfəsinə  sadiq  qalaraq  materiya  və  Tanrını  vəhdətdə 
götürmüĢ, birini digərinin forması, bədəni və ya mühərriki bilmiĢlər.  
Əsas  istinad  yeri  və  mənbəyi  təbiət  olan  panteizmin  digər  növü 
Renessans dövrünün irrasional təfəkkürlü ən məĢhur filosoflarından biri 
Cordano  Brunonun  (1600)  fəlsəfi  görüĢlərinə  Ģamil  edilən  estetik 
panteizmdir.  Tədqiqatçılar  tərəfindən  belə  xarakterizə  edilməsinə  səbəb 


İrrasional idrakın spesifik jəhətləri
  

 127 
Brunonun  məsələyə  estetik  aspektdən  yanaĢması,  Tanrını  vahid  bir 
gözəllik, mövcud gözəllikləri isə onun hissələri qəbul etməsi olmuĢdur.   
Hər  Ģeydən  əvvəl  bildirək  ki,  C.Bruno  öz  panteist  görüĢlərində 
daha  çox  N.Kuzanlıya  istinad  etməsinə  baxmayaraq,  öz  fikirlərində 
teoloji  ruhdan  nisbətən  kənara  çıxmıĢdır  və  buna  səbəb  dövrün  ümumi 
mənzərəsi,  xüsusilə  N.Kopernikin  sistemi  olmuĢdur.  Buna  görə  də, 
filosof  Allahı  yaradan  deyil,  ilk  baĢlanğıc  və  ilk  səbəb  [80,  228]  kimi 
görür:  «ƏĢyalarda  hərəkətin  iki  aktiv  baĢlanğıcını  nəzərdən  keçirtmək 
lazımdır:  biri  əĢyanın  sonlu  olmasına  müvafiq  olaraq  sonludur  və  o, 
zaman içərisində hərəkət etdirir; digəri – sanki ruhun ruhu, hər bir Ģeydə 
hər Ģey olan və ruhu hər bir Ģeydə hər Ģey olmağa məcbur edən dünyanın 
və ya ilahinin ruhuna müvafiq olaraq sonsuzdur və o, ani hərəkət etdirir» 
[79, 352]. Deməli, Brunoya görə, Allah həm maddi, həm də qeyri maddi 
olan  hər  Ģeydədir.  Eyni  zamanda,  o  bildirir  ki,  «mən  Allahı  «bütöv 
sonsuz»  adlandırıram,  belə  ki,  O,  bütünlüklə  bütün  dünyada  və  özünün 
hər  hissəsində  sonsuz  Ģəkildə  mövcuddur…»  [79,  345].  Allahın 
mövcudluğu  substansiya,  ruhlar  ruhu  Ģəklindədir:  «Vahid  sonsuz 
substansiya  bütünlüklə  hər  Ģeydə  ola  bilər,  bəzilərində  sonlu  Ģəkildə, 
digərlərində sonsuz, birində az, digərində çox…» [80, 317].  
Brunonun görüĢlərində kainat ruhlar ruhuna sahib olduğu üçün va-
hid canlı bir varlıqdır, onun ən kiçik zərrəsi də bütöv kimi canlıdır, çünki 
ruhlar  ruhu  onun  da  mahiyyətini  təĢkil  edir.  Filosof  onu  da  xüsusilə 
vurğulayır ki, «kainat təkdir, sonsuzdur, hərəkətsizdir. Mən deyirəm ki, 
mütləq imkan təkdir, gerçəklik təkdir, forma və ya ruh təkdir, materiya 
və ya bədən təkdir, Ģey təkdir, varlıq təkdir, ali və ən yaxĢı təkdir. O, heç 
cür əhatə oluna bilməz, buna görə də hesablanmaz və hüdudsuzdur, bu-
nunla da sonsuz və sərhədsizdir, deməli, hərəkətsizdir» [80, 301].
 
Görün-
düyü kimi, Bruno da MalbranĢ kimi bütün kainatı tək varlıq, nisbi varlıq-
ları isə onun hissələri olaraq qəbul edir. O da vahid substansiyanın tran-
sendentliyindən deyil sonsuzluğundan danıĢır. Lakin MalbranĢdan fərqli 
olaraq  Brunonun  vahid  varlığı  yaradıcı,  tənzimləyici,  idarə  edən  qüvvə 
deyil. Buna səbəb onun məsələyə teoloji aspektdən yanaĢmamasıdır.  
Bruno Tanrı və kainatı eyniləĢdirməklə, ruhlar ruhunun hər Ģeydə, 
ən kiçiyində belə, mövcud olmasını iddia etməklə yanaĢı onu da bildirir 
ki, «heç nə kainata istiqamətli deyil, onun içində hərəkət edir» [80, 307-
308], yəni filosof vahid varlıqdan baĢqa bir varlığı qəbul etsə də, onları 
həmin  vahidin  üzvi  hissələri  kimi  görür,  hər  inkiĢafın,  hərəkətin  onun 
daxilində, insanın hərəkətsiz Ģəkildə düĢünməsi kimi, baĢ verir. Lakin bu 
hissələrin  dərki,  qavranılması  bütövün,  ilk  baĢlanğıcın  dərkinə  apara 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə