Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə122/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   115   116   117   118   119   120   121   122   123
kitabyurdu org marketinqin-esaslari

Müəssisənin  nizamnaməsi
  –  mülkiyyət  və  təşkilati-hüquqi  formasından 
asılı  olmayaraq  bütün  müəssisələrdə  tərtib  olunan  və  təsdiqlənən  rəsmi  hüquqi 
sənəd «Müəssisələr haqqında» Qanunun tələblərinə uyğun tərtib edilir. Nizamnamə 
təsisçi  bir  fiziki  və  ya  bir  hüquqi  şəxs  olduqda  təsisçi  tərəfindən,  müəssisənin 
təsisçiləri iki və ya daha çox fiziki hüquqi şəxs olduqda isə ümumi təsis yığıncağı 
tərəfindən  (onun  qərarı  ilə)  təsdiq  edilir.  Nizamnamə,  adı  çəkilən  Qanuna  uyğun 
hazırlanır,  təsdiqlənir  və  orada  aşağıdakılar  göstərilir:  müəssisənin  adı  və  növü, 
hüquqi  ünvanı,  təsisçi  (təsisçilər)  barədə  ətraflı  məlumat,  müəssisənin  hüquq  və 
vəzifələri,  nizamnamə  fondu,  fəaliyyətinin  məzmunu  və  məqsədi,  idarəetmə  və 
nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mənfəətin (gəlirin) 
bölüşdürülməsi,  yenidən  təşkil  olunmanın  şərtləri,  müəssisənin  fəaliyyətinin 
dayandırılması  və  ləğvi.  Bu  sənəd  də  müəssisənin  fəaliyyəti  ilə  bilavasitə  bağlı 
olan qanunvericiliyə zidd olmayan digər müddəalar da verilə bilər.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə