|
Kafedra : aqrar menecment Vkitabyurdu org marketinqin-esaslariMəhsulun təsnifatı.
Bütün növ məhsullar özlərinin faktiki istifadə edilməsi sahələrinə görə
təsnifləşdirilir. Bütün bu növ sənaye məhsulları öz iqtisadi təyinatlarına (istifadə
edilmə xarakterinə) görə isə o, iki böyük qrupa bölünür:
a)
istehsal-texniki təyinatlı
məhsullar (buna «A» qrupu da deyilir. Buraya maşın-mexanizmlər, avadanlıqlar,
xammal, materiallar, yanacaq və s. daxildir. «A» qrupunun əsas kütləsi ağır sənaye
metal və yanacaq, elektrik enerjisi və müxtəlif kimyəvi məhsullar, maşın və
avadanlıqlar, tikinti materialları və s. verilir. Ağır sənayenin ürəyi maşınqayırma,
kimya sənayesi və energetika hesab edilir. Başqa sözlə, bu qrupa əsasən istehsal
vasitələri yaradan sahələr (energetika, neft-qaz və kömür çıxarılması, metalurgiya,
maşınqayırma, kimya sənayesi və s.) aid edilir.
b)
qeyri-istehsal sahəsində istifadə
edilən məhsullar yəni istehlak şeyləri (buna «B» qrupu deyirlər). Buraya: ərzaq
məhsulları, paltar, ayaqqabı, mədəni-məişət malları və digər istehlak məhsulları
daxildir. İstehlak şeylərinin əsas hissəsi yüngül və yeyinti sənaye sahələrində
yaradılır.
Məhsulların «A» və «B» qruplarına bölünməsi, onların faktiki istifadə
edilməsi sahələrinə görədir. Belə ki, eyni bir məhsul «A» və yaxud «B» qrupuna
düşə bilir. Məsələn, elektrik enerjisi; əgər bu istehsal məqsədi üçün istifadə
edilərsə «A» qrupuna, məişət məqsədi ilə (yaşayış və mədəni-məişət binalarının
işıqlandırılması və ya qızdırılması üçün) istifadə olunursada, «B» qrupuna aid
edilir və s.
Dostları ilə paylaş: |
|
|