|
Kafedra : aqrar menecment VMarketinq tədqiqatlarının aparılması qaydası və onun məqsədikitabyurdu org marketinqin-esaslariMarketinq tədqiqatlarının aparılması qaydası və onun məqsədi.
Müəssisə tərəfindən əmtəə, yaxud əmtəə qrupları üzrə marketinq
proqramının və planlarının tərtib edilməsində ilk və əsas mərhələdir. Müəssisənin
təsərrüfat fəaliyyətinin normal getməsini təmin etmək məqsədilə, bazarın işləməsi
və fəaliyyət göstərilməsinin real vəziyyəti hərtərəfli tədqiq edilir və alınmış
nəticələrdən müəssisədə istifadə edilir. Bazarın kompleks tədqiqi ətraflı və dolğun
məlumatların alınmasına imkan verir. Bu da yeni məhsul növlərinin işlənib
hazırlanması ilə əlaqədar olaraq, kommersiya riskini azaldır, istehsalın konkret
istehlakçılara yönəldilməsini və s. təmin edir. Onun əsas elementləri aşağıdakılar:
Əmtəənin istehlak dəyəri və keyfiyyətinin, eləcə də onun bazarın tələblərinə
uyğunluğunun, əmtəənin rəqabət qabiliyyətinin, qabqarmanın keyfiyyətinin və s.
öyrənilməsi; bazarın tutumunun və xarakteristikasının təhlili, konkret əmtəə növü
üzrə bazarın ölçülərinin və onun reallaşdırıla bilmə imkanlarının, bazarın məkan-
zaman və əmtəə nöqteyi-nəzərindən vəziyyətinin müəyyən edilməsi; əmtəə
satışının əsas forma və metodlarının öyrənilməsi, satış norması və bölgü
kanallarının müəyyən edilməsi, əmtəənin gətirilməsi üzrə olan xərclərin və anbar
sahələrinin yerləşdirilməsinin qiymətləndirilməsi, reklamın öyrənilməsi və s.
İxrac (eksport) bazarının tədqiqinə və ciddi fikir verilməlidir. Çunki, bu
bazarın kompleks tədqiqinin əsas elementi hesab edilir. Tədqiqat işinin axırında
bazarın proqnozu tərtib edilməli, qərar çıxarılmasında istifadə edilmək üçün
müəssisə rəhbərliyinə verilməlidir.
Dostları ilə paylaş: |
|
|