Müasir bazar iqtisadiyyatı sistemi dövründə yalnız o müəssisə
müvəffəqiyyətlə fəaliyyət göstərə bilir ki, onun rəhbərliyi və mütəxəssisləri
sahibkarlıq fəaliyyətinin bütün istiqamətləri üzrə kifayət qədər tam, həqiqi və
vaxtında verilmiş informasiyaya malik olsun. Odur ki, bu məsələyə müəssisə
rəhbərliyi daim ciddi diqqət yetirməlidir. Mütəxəssislərin qənaətinə görə bu
problemin həlli aşağıdakı materiallardan istifadə etməklə marketinq informasiya
sisteminin yaradılması yolu ilə mümkündür. 1. Müəssisənin məhsul satışı həcmini,
tədarükatını, xərclərinə və material resurslarını miqdar göstəricilərini, həm də
dövriyyə vəsitələrinin hərəkətinə, debitor və kreditor borclarına dair məlumatları
özündə əks etdirən daxili hesabatlar.
2. Sahibkarlıq mühitində baş verən bütün hadisələrə dair ətraflı və tam xarici
informasiyalar. 3. Müəssisə qarşısında duran əsas məsələlərin həllini təmin edəcək
zəruri informasiyanı əldə etmək məqsədilə marketinq tədqiqatlarının aparılması. 4.
İdarəedici qərarların qəbul edilməsi üzrə konkret təklifləri özündə əks etdirən
marketinq informasiyalarının təhlili nəticələri.
Müəssisə informasiya bazasının yaradarkən müxtəlif idarələrin və
təşkilatların uyğun statistik materiallarından, elmi-tədqiqat laboratoriyalarının
institutlarının və təşkilatların, həm də ali məktəblərin hesabatlarından istifadə
etmək yaxşı nəticələr verir. Bunlardan əlavə, sənaye və ticarət müəssisələri
arasında olan yazışmalara diqqət yetirmək, birjaların, aksionların (hərracların) və
downloaded from KitabYurdu.org
39
torpaqların materiallarını öyrənmək, eləcə də bazarlardakı real vəziyyətlərlə
yaxından tanış olmaq məqsədilə xüsusi müşahidələrin aparılması da yaxşı nəticələr
verir.