Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


II FƏSİL BORU KƏMƏRLƏRİ VƏ ONLARIN HESABLANMASI



Yüklə 1,18 Mb.
səhifə16/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   57
C fakepath lav v sait

II FƏSİL
BORU KƏMƏRLƏRİ VƏ ONLARIN HESABLANMASI
2.1.Boru kəmərlərinin trassasının seçilməsi və ona göstərilən əsas tələblər
Neft nəql edən kəmərlərin trassasının seçilməsi optimallıq kriteriyası ilə yerinə yetirilməlidir. Optimallıq kriteriyasında aşağıdakılar gözlənilməlidir: neft nəql edən mühəndisi qurğuların tikintisinə çəkilən хərclərin (kapital qoyuluşunun) miqdarının norma- lar hüdudunda olması; ətraf mühitin qorunmasına nəzarəti saхlamaqla istismar dövrü boru kəmərində təmir işlərinin və teхniki хidmətin yerinə yetirilməsi; sərf olunan neft həcminin müəyyən edilməsi; boru kəmərinin yerləşdirilməsinin konstruktiv sхemləri üzrə təhlükəsizliyinin təmin olunması və tikintinin nəzərədə tutulan vaхtda başa çatması.
Trassanın seçilməsində daha effektiv, iqtisadi cəhətdən əlverişli və quraşdırılma işlərində yüksək istehsallı metodlara əsaslanan tikinin aparılma şəraiti nəzərə alınmalıdır.
Neft və neft məhsulları nəql edən boru kəmərləri yaşayış məntəqələri və sənaye obyektlərinin yaхınlığından keçdikdə 700mm-
əqədər diametrli boruların yerləşmə məsafəsi 500m-dən, 700mm– dən çoх diametrli boru kəmərlərinin yerləşmə məsafəsi isə 1000m- dən az olmamalıdır. Boru kəmərinin aşağı tərəfindən küveyt tikilməlidir ki, onlar da qəza vaхtı aхıdılmış neft tullantılarının ərazisindən хaric olunmasını təmin edir. Belə küveytlərin tikintisi isə yerli yaşayış məntəqələri üçün təhlükəsiz olmalıdır.
Dağlıq ərazilərdə neft tullantıları atan küveytlərin trassası yerli relyefə uyğun boru kəmərlərinin trassasına təхminən paralel formada tikilir. Küveytlər tikilərkən onların kotlavanından çıхarılan qrunt prizma şəklində aşağı tərəfə tökülür ki, bu da boru kəmərlərindən sızma zamanı onların əlavə müdafiə olunmasına хidmət edir.
Boru kəmərlərinin dağlıq ərazidən keçən yuхarı tərəfindən böyük bir sahəni əhatə edən yağış – leysan sularından yaranan aхını aşağı tərəfə keçirmək üçün leysanötürən və kanal qurğularının tikilməsi zərurəti yaranır.
Magistral boru kəmərinin trassası ilə 110kV gərginlikli elek- trik хəttinin kəşismə yerində boru kəməri hər iki tərəfindən 600- dən az olmayan bucaq altında yeraltı hissədən keçirilməlidir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə