19
mənbələrdə Kandavlın öz cangüdəni Gig tərəfindən bizim eradan əvvəl 678-ci ildə qətlə
yetirildiyi qeyd edilmişdir [22].
Şübhəsuz ki, Gig istənilən halda kariyalıların köməyilə Lidiya taxt-tacını ələ
keçirməyə çalışmış, Delfaya
31
qiymətli hədiyyələr göndərmiş, orakulun köməyilə öz
məqsədinə çatmışdır. Gig taxt-taca sahib olduqdan sonra öz hakimiyyətinin müqəddəs
sayılmasını Delfa orakulundan (Delphicum oraculum) xahiş etmiş, onun «xeyir-duasını»
almışdır. Belə ki, bizim eradan əvvəl 716-cı ildə Delfa orakulu həkimanə sözlə (kəlamla)
onun taxt-taca çıxma hüququnu təsdiqləmiş, onu təmtəraqlı surətdə bəyan etmişdir. Yeri
gəlmişkən Delfa orakulunun gələcəyi görən kahinəsi Pifiya (Pythia)
32
belə bir fikir də əlavə
etmişdir ki, Heraklidlər Gigin beşinci nəslində bunun cəzasını alacaqlar. Lakin lidiyalılar
və onların çarı kəlam yerinə yetirilməyincə bu orakula qətiyyən əhəmiyyət verməmişlər.
Gig bizim eradan əvvəl 678-ci ilə qədər xoşbəxt çar olmuşdur. Gig Lidiya
çarlığını Propontidlər və Hellesponta qədər genişləndirmiş, Yunanıstanla sülh əlaqəsinə
daxil olmağa çalışmış, lakin sonra dəniz və limana ehtiyacı olduğundan Kiçik Asiyanın
qərb sahilindəki yunan koloniyaları ilə mübarizəyə başlamışdır.
Zat-ali Gig əraziyə həddən artıq dolmuş Frigiya kimmeriləri ilə mübarizə
aparmışdır. Onlar Gigin başlıca dərdi, qayğısı sayılırdı. Bunun üçün Assur çarı
Aşşurbanipalla
33
ittifaqa girmişdir. Gig həmçinin yunan İoniyasına soxulmuş, Kolofonu
işğal etmiş, Mileti geri oturtmuşdur. Bundan sonra qiymətli hədiyyələrlə Delfaya günahı
yüngülləşdirən səfər (ziyarət) etmişdir. Lakin qədim Misir fironu Uaxibra Birinci
Psammetixin
34
başçılıq etdiyi misirli separatistlərə uzağı görə bilmədən, ehtiyatsız dəstək
vermiş, bununla əlaqədar olaraq aşşurlularla münasibətləri korlanmışdır. Cürətlənmiş
kimmerilər Lidiyaya soxulmuş, Gigin qoşunlarını darmadağın etmişlər. Elə həmin
döyüşlərin birində Gig öldürülmüşdür. Mənbələrin bir qismçində verilən məlumata görə,
Mermnadlar sülaləsinin banisi Gig eramızdan qabaqkı 652-ci ilə qədər hökmdar olmuşdur.
Hal-hazırda Aşşuriya mənbələrinə görə Gigin bizim eradan əvvəl 644-cü ildə öldürüldüyü
və həmin ölüm tarixinin son dərəcə dəqiq olduğu bildirilir. Gigin eramızdan qabaq 645-cü
ildə öldürülməsindən ibarət olan məlumat artıq köhnəlmiş hesab edilir. Herodotun «Tarix»
əsərinə görə, Gig düz 38 il çarlığı idarə etmişdir. Lakin «Yevseviya xronikası»nda
35
həmin
müddətin 36 il olduğu göstərilmişdir. «Bibliya» tədqiqatçılarından bir çoxu güman edirlər
ki, Gig olduqca böyük şöhrət qazandığından yəhudilərin bir kitabında qorxunc knyaz Qoqa
çevrilmişdir.
«Kandaulezizm» termini belə bir mifoloji süjetə gedib çıxır. Lidiya şahı
Kandavla və onun arvadına xeyli əsər həsr olunmuşdur. Bunların içərisində nisvətən daha
məşhur olan əsərlərin xronoloji ardıcıllıqla düzülüşü 1-ci cədvəldə göstərilmişdir.
Cədvəl 1
Lidiya şahı Kandavla və onun arvadına həsr olunmuş məşhur əsərlərin
xronoloji ardıcıllıqla düzülüşü
Əsərin yaradılma tarixi
Əsərin adı və janrı
Əsərin müəllifi
Bizim eradan əvvəl V əsr «Tarix»
Halikarnaslı Herodot
(Herodotus)
20
Bizim eranın I–II əsrləri Müxtəlif əsərlər
Heroneyalı Plutarx
(Plutarchos)
Təxminən 1540–1550-ci
illər
«Şah Kandavl öz mənzilində arvadı
Nissiyanı Gigə göstərir» adlı yastı
mayolika formasında əsər
Anonim italyan keramisti
1646/1670-ci il
«Lidiya çarı Kandaules öz arvadını
Qiqesə göstərir» («King Candaules of
Lydia showing his wife to Gyges»)
Yakob Yordans (Jacob
Jordaens)
1674-cü il
«Şah Kandavl və hüquq magistri»
(fransızca «Le Roi Candaule et le
maitre en droit»
Jan de Lafonten (Jean de La
Fontaine; 1621–1695)
1675–1680-ci illər
«Kandaules gizlincə arvadını Qiqesə
göstərir» («La femme de Candaule
decouvre Gyges») adlı əsər
Eqlon Hendrik van der Ner
(Eglon Hendrick van der
Neer)
1683-cü il
«Kandavl – Giges» dialoqu
Bernar Le Bovye de
Fontenelin (Bernard le Bovier
de Fontenelle)
1720-ci illərin əvvəlləri
«Şah Kandavlın ölümü» («Death of
king Candaules») adlı naqqaşlıq əsəri
Covanni Battista Pittoni
(Giovanni Battista Pittoni)
1830-cu il
«Lidiya çarı Kandaules çarpayıda
uzanmağa hazırlaşan arvadını
gizlincə öz nazirlərindən biri Qiqesə
göstərir» («Candaules, king of Lydia,
shews his wife by stealth to Gyges,
one of his ministers, as she goes to
bed»)
Uilyam Etti (William Etty)
1841-ci il
«Şah Kandavl və Gig tablosu»
(fransızca «Tableau Le Roi Candaule
et Gyge spar»), yaxud «Heterasını
təklif edir» (fransızca «Hetaire
offerte»)
Jozef Ferdinand Buassar de
Buadenye (fransızca Joseph
Ferdinand Boissard de
Boisdenier)
1844-cü
ilin
oktyabr
ayının 1-dən 5-ə qədər
«Şah Kandavl» (fransızca «Le roi
Candaule») novellası
Pyer Jül Teofil Qotye (Pierre
Jules Theophile Gautier)
1848-ci il
«Şah arvadı Nissiya» (La reine
Nyssia»)
Jan Jak Pradye (Jean-Jacques
Pradier)
1850-ci il
«Lidiya çarı gizlincə öz gözəl
arvadını etibarlı dostu Qiqesə
göstərir» («Candaules, king of Lydia,
showing the beauty of his queen to
his confidant Gyges»)
Teodor Şasserio (Theodore
Chasseriau)
1855-ci il
«Şah Kandavlın arvadı» (fransızca
«La femme du roi Candaule»)
əsərinin eskizi
İler-Jermen-Edqar de Qa
(Hilaire Germain Edgar de
Gas)
Dostları ilə paylaş: |