1
Kandavlizm
Şahin Böyükağa oğlu Əlibəyli
Candaulism
Shahin Boyukaga oglu Alibeyli
Кандавлизм
Шахин Боюкага оглы Алибейли
2
Giriş
«Mənimlə arvadım Olimpiya arasında olan mübarizə həyatım boyu apardığım
ən çətin müharibədir»
Makedoniyalı İsgəndərin atası Makedoniyalı İkinci Filipp
* * *
«Əgər arvadın səni söyürsə, buna normal bir şey kimi yanaş, hərgah tərifləməyə
başlayıbsa, dərhal onun günahının nədə olması barəsində fikirləş».
Bolqar yazıçısı, şair və dramaturqu, yumorist və aforist Veselin İvanov
Geirgiyev (1935–2013)
Alimlər qeyri-standart seksual münasibətləri «parafiliya»
1
termini ilə ifadə
edirlər. Parafiliyalı insanın qəlbinə girən arzular onu həmişə didib-dağıdır, lakin çıxıb
getmək istəmir. Belə arzular insana «xoş əzab» bəxş edir. Bu mənəvi əzabın özünəməxsus
«şirinliyi», «cəlbediciliyi» ucbatından insan həmin arzularının tükənməsini istəmir, bütün
ömrü boyu onları saxlamağa çalışır. Həzz verən, ləzzət bəxş edən bir şeydən ayrılmaq
insan üçün çətin olur. Parafiliyalardan əziyyət çəkən insanın həyatı məhz iztirab verən arzu
üzərində qurulur. Gümüş əsr rus şairi, akmeizm məktəbinin yaradıcısı, prozaik, tərcüməçi
və ədəbi tənqidçi Nikolay Stepanoviç Qumilyov
2
1920-ci ildə qələmə aldığı «Altıncı hiss»
şeirində «daim gizli arzusuyla əzab çəkir» misrasını sanki parafiliyalı insan üçün deyibmiş,
çünki belə insanın həyatı həqiqətən misrada deyilənlərə uyğun surətdə keçir.
Heç bir ailənin parafiliyadan sığırtalanmadığını əminliklə söyləmək olar. Bunun
səbəbi belə izah edilir ki, parafiliyanın ayrı-ayrı növləri çox müxtəlif inkişaf
mexanizmlərinə malik olur və istənilən yaşda təzahür edə bilir. Hətta ən müvəffəqiyyətli
nikah hesab edilən hallarda ər-arvaddan kimdəsə (çox vaxt birində, nadir hallarda hər
ikisində) parafiliya qeydə alına bilər. Zahirən xoşbəxt olmasına şübhə edilməyən ailələrdə
parafiliya olmasına inanmaq çətindir, ancaq firavan həyat sürən insanlar özləri bunu etiraf
etdikdə artıq deməyə söz tapılmır. Ömrünün ilk 30–35 ilini normal cinsi həyat sürmüş
insanın bundan sonra mübtəla olduğu parafilik meyldən başı açılmaya bilər. Təməli
uşaqlıq illərində qoyulmuş hər hansı parafiliya forması müvafiq situasiya yarandığı
təqdirdə artıq özünü gizlətməkdən qalır. Təsadüfi deyildir ki, ayrı-ayrı insanlara anonim
məsləhətlər verən mərkəzlərin mütəxəssisləri, xüsusən nikah-ailə məsləhətxanalarında
çalışan həkim-psixoloq (klinik psixoloq), psixiatr və seksoloqlar yardım almaqdan ötrü
onlara müraciət edən ər-arvadların problemlərini araşdırarkən bir çox hallarda mübahisənin
bir tərəfinin məhz parafilik tendensiyaya bağlı olduğunu aşkara çıxarırlar. Həqiqətən
parafiliyaların bir çox növləri ailə münasibətlərinə ciddi zərər verir, tərəflər arasında
inamsızlıq mühiti formalaşdırır, onları bir-birindən incik salır. Bu baxımdan kandavlizm
daha ciddi narahatlıq doğuran bir parafiliya formasıdır.
Seksual meylin pozulması formalarından biri kimi kandavlizm elə çox rast
gəlinməsə də, ancaq onun barəsində dürüst elmi məlumatların əldə olunması vacibdir.
Təkcə seksoloq və psixiatrlar deyil, eyni zamanda nevroloqlar, mama-ginekoloqlar,
3
androloqlar, ümumi praktika həkimləri, həmçinin qeyri-tibb ixtisasları üzrə çalışan
mütəxəssislər, xüsusən psixoloqlar, sosioloqlar, kulturoloqlar, hüquqşünaslar və başqaları
belə məlumatları əldə etməkdə maraqlıdırlar.
Oxuyacağınız monoqrafiyada kandavlizmdən geniş bəhs edilir. Monoqrafiya iki
fəsildən ibarətdir. Birinci fəsildə «kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi
açıqlanır və etimoloji-tarixi təhlili verilir. İkinci fəsildə kandavlizmin kandavlistin portreti,
kandavlizm formalarının təsnifatı və onların ayrı-ayrılıqda klinik mənzərəsi, etiologiyası və
patogenezi, diaqnostikası, müalicəsi və profilaktikası haqqında söhbət edilir. Aydın
olmayan, yaxud barəsində əlavə məlumat verilməsi lazım gələn sözlərin axırında qüvvət
şəklində yazılmış ərəb rəqəmləri monoqrafiyanın sonundakı «İzahlı qeydlər» bölməsinə
yönləndirmə məqsədini güdür.
Dünyada «Qurani-Kərim» kitabından savayı heç bir kitab nöqsanlardan xali
deyildir. Aydın məsələdir ki, kandavlizmdən bəhs edən monoqrafiya da nöqsansız ola
bilməz. Elə buna görə də monoqrafiya haqqında oxucuların tənqidi fikir və qeydləri,
həmçinin onun gələcəkdə təkmilləşdirilməsinə xidmət edə biləcək faydalı məsləhət və
göstərişləri bu sətirlərin müəllifi tərəfindən minnətdarlıq və səmimiyyətlə qarşılanacaqdır.
Birinci fəsil. «Kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi və
etimoloji-tarixi təhlili
§ 1.1. «Kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi
«Həqiqət nadir hallarda təmiz olur və heç vaxt birmənalı olmur».
İrland mənşəli ingilis filosofu, estet, yazıçı və şairi
Oskar Finqal Oflaerti Uills Uayld
(Oscar Fingal O’Flahertie Wills Wilde; 1854–1900)
* * *
Ofisdə yanaşı əyləşən iki yoldaşdan biri digərindən soruşur:
– Dünəndən yoldaşlardan kimsə mənim kompüterimdə bir qadının şəkillərini
saxlayıb, deyə bilməzsən, bu bədləkər kimdir?
– Bu mənim arvadımdır.
– A, sən allah bağışla, bilmədim, ağılsızlıq etdim.
– Yox, yox, qardaş, qəti narahat olma, başıboş mənəm, adama deyərlər, sənin
arvadının çılpaq şəkilləri mənim kompüterimdə nə gəzir ki, mən də onlara baxanda bu
bədheybətin kim olduğunu soruşuram?!
(Lətifə)
Bəzi hallarda individdə öz seksual partnyorunu çılpaq halda başqalarına
nümayiş etdirmək tələbatı yaranır. Belə bir qarşısıalınmaz tələbatın meydana çıxmasından
ibarət olan cinsi pozğunluğa çılpaq seksual partnyorun başqalarına nümayiş etdirilməsi
sindromu deyilir.
Dostları ilə paylaş: |