35
çıxmasına imkan verə biləcək bir məclisin təşkil edildiyini özü şəxsən qabaqcadan
bildiyinə görə qeyri-adi təklifə hazır olmalıydı.
Şah hüquq məsləhətçisi Baqasa müraciət edərək ondan yol göstərməsini xahiş
edir. Mənşəcə fars olan Baqas çağırışı sevinclə qəbul edir və yaranmış böhranı həll etmək
üçün yaradıcı hüquqi qərar tapılmasından ötrü zamana ehtiyac olduğunu bildirir. Lakin
ondan fərqli olaraq Memuxan adında kiçik bir məmur tez tərpənir. Həmin vaxtlar heç kim
tərəfindən tanınmayan yəhudi şaha ədalətin lazım gəlmədiyini, əksinə, onun öz amoral
əmrinin haqlı olduğunu istədiyini tez anlayır və bundan yararlanmağa başlayır. Memuxan
öz fikrini söyləməyə cürət edən yeganə məsləhətçi kimi şahın diqqətini cəlb edir. Məmur
Vaştini vəzifəsindən çıxarmağı, yubanmadan onu saraydan uzaqlaşdırmağı məsləhət görür,
fikrini belə əsaslandırır ki, digər qadınlar Vaştidən nümunə götürərək öz ərlərinə itaətsizlik
göstərə bilərlər. Hökmdarın qəlbinə yol tapdığına şübhə etməyən məmur əminliklə
Vaştinin təkcə şah qarşısında deyil, bütün knyazların qabağında və hökmranlığın əhatə
etdiyi ərazidəki xalqın önündə günah işlətdiyini, bunun başqa qadınlara pis örnək
olduğunu, əgər vaxtında tədbir görülməsə, itaətsizliyin başqa sahələrə, hətta orduya sirayət
edə biləcəyini söyləyir. Məmurun mühakiməsinə görə, şahın sözünə qulaq asmayan, onun
əmrini kənara qoyan bir qadınla ünsiyyətin davam etdirilməsi özünə hörmətsizlik kimi
qarşılana bilər. Nəticədə ərinə saymazlıq göstərən Vaştini dərhal saraydan rədd edib onun
yerinə başqa bir gözəl qadının gətirilməsi məsləhəti verilir. Sonralar Aman kimi
məşhurlaşacaq həmin məmurun sözləri dəlibaş şahın ağlına girir. Bundan sonra Aman
şahın sevimlisinə çevrilir. Şahın əmri ilə Vaştinin şah arvadı titulu əlindən alınır.
Ahaşveroşun gözəl arvadı dərhal edam edilir.
Şəkil 17. Konrad Vits
69
. Artakserksin önündə əyləşən Esfir. Təxminən 1434–
1435-ci illər. Bazel bədii muzeyində saxlanılır.
Bundan sonra bütün ərazi boyunca şah üçün layiq arvad axtarışına başlanılır.
Nəhəng imperiyanın bütün yerlərindən ən gözəl qadınlar şahın sarayına göndərilir. Şah
tərəfindən Vaştinin yerinə arvad olaraq seçilməkdən ötrü qızlar növbəyə düzülürlər. Bir
qədər əvvəl barəsində qısa məlumat verilmiş Mardoxeyin həddən artıq gözəl, məlahətli və
şəfqətli bir qohumu vardı. Binyamin nəslindən olan Avixaylın qızı Ester erkən yaşlarından
ata-anasını itirir. Mənbələrdə Adass, yaxud Yesfir kimi təqdim edilən, ivrit dilində Ester
adlandırılan yetim qız əmisi Mardoxeyin yanında qalır və onun doğma övladı kimi tərbiyə
36
edilir. Saraya göndərilən gözəlçələr arasında Ester də olur. Mardoxey qıza özünün yəhudi
mənşəli olduğunu gizlətməyi məsləhət görür, yalnız bu sirri aça biləcəyi məqam yetişəndə
onu deməyi tapşırır. Esterin cazibədarlığı və gözəlliyi qarşısında özünü itirən, heyran olan
şah onu özünə arvad seçir. Beləcə təxminən dörd ildən sonra Vaştinin yerini Esfir tutur.
Ester vəfalı yəhudi qızlarını əhatəsinə yığır, sirri kənara çıxartmamağı onlardan tələb edir.
Şəkil 18. Fransisk Smuqleviç. Ester Artakserksin önündə, 1778-ci il
70
Şəkil 19. Teodor Şasserio. «Esfirin bəzənməsi» (fransızca «La toilette
d’Esther»)
71
. Luvr muzeyində saxlanılır.
Arvadının məsləhəti əsasında Mardoxey şahın məsləhətçisi olur və tez-tez onun
sarayına gedir. Çox keçmədən iki kamergerin (saray xadiminin) şahın həyatına qəsd etmək
fikrinə düşdüyünü aşkara çıxaran Mardoxey xəbəri Esterə söyləyir. Arvad hazırlanmış sui-
37
qəsd planı haqqında məlumata şaha çatdırır, onu xəbərdar edir. Həqiqətən belə bir
cinayətin düşünüldüyü təsdiqlənir və sui-qəsdçi əlbirlər asılır. Adətə görə, baş verən bütün
hadisələr şah salnaməsinə yazılır.
Fars imperiyası ərazisində yaşayan yəhudilərin məhv olunmaqdan xilas
edilməsini yaddaşlarda hifz etməkdən ötrü «purim» adlı bir bayram keçirilir. Akkad dilində
«puru» sözü hərfi mənada «bəxt», «qismət», «nəsib», «tale» deməkdir.
Maraqlı olduğu nəzərə alınaraq bir qədər ətraflı şərh edilən tarixi hadisədə şahın
öz qarşısıalınmaz kandavlistik meylini həyata keçirməkdən ötrü hər cür imkanından
yararlanmağa çalışdığı, həmçinin şərabın buna təkan verdiyi dərhal aydın nəzərə çarpır.
* * *
Dünyanın məşhur kandavlistlərindən biri Fransalı Lüdovik (Louis de France)
olmuşdur. Onu tarixdə I Lüdovik (Louis de I), yaxud Orlean Lüdoviki (Louis d’Orleans)
kimi tanıyırlar. Orlean hersoqlarının (Duc d’Orleans)
72
ikinci kreasiyasının
73
birinci
nümayəndəsidir. Bəziləri Fransalı Lüdovik deyən kimi dərhal XIV Lüdoviki nəzərdə
tutmaq istəyərlər, lakin onlar ayrı-ayrı şəxslərdir
74
.
Şəkil 20. Milanlı Valentinanın sağ ikən çəkilən portreti
38
Birinci Lüdovik 1372-ci ilin 13 martında doğulmuşdur. Orlean Lüdoviki arvadı
Valentina Viskontinin (Valentina Visconti) gözəlliyilə fəxr etmiş, onu başqalarına
göstərmək imkanını əldən vermək istəməmişdir.
Şəkil 21. Valentina Viskontinin təxminən 1386-cı ildə çəkilən portreti
Valentina 1371-ci ildə Milanda dünyaya gəlmişdir. Bəzi mənbələrdə onun
1366-cı ildə dünyaya gəldiyi göstərilir. Milanın birinci hersoqu Gian Galeatso Viskonti
(Gian Galeazzo Visconti) və fransız prinsessası İzabella Valuanın (Isabelle de France)
yeganə qızı olmuşdur. Lakin şahzadə xanım növbəti doğuş vaxtı ölmüş, Valentina erkən
anasız qalmış, Paviyada öz nənəsi Byanka Savoyskayanın yanında tərbiyə almışdır. Çox
gözəl oxumuş, əla təhsil almış və nəhəng məbləğdə cehizlə təchiz edilmişdir. Valentina
Avropanın ən çox arzu edilən gəlinlərindən biri olmuş, dörd dəfə nişanlanmışdır. Öz siyasi
mövqeyini möhkəmləndirməkdən ötrü atası onu rəsmi olaraq «Sevgili» («Ou le Bien-
Aime») ləqəbi verilmiş, 1380-ci ildən Fransa kralı olmuş Ağılsız VI Karlın (Charles VI le
Fol) kiçik qardaşına ərə getməsinə razılıq vermişdir. 1386-cı ilin 25 noyabrında böyük
şərtlər daxilində nikah müqaviləsi bağlanmışdır. Lakin qızının hələ ailə qurmaq üçün
yaşının çox erkən olduğunu görən atası onu Milanda yubatmağa qərar vermişdir. Toy
mərasimi yalnız 1387-ci ilin 8 aprelində Milanda olmuşdur. Əslində vaxtın uzadılmasında
bir kələk vardı, burada heç də erkən ərə vermənin qarşısını almaq deyil, nikah
müqaviləsinin dəyişdirilməsinə cəhd edilməsi məqsədi güdülmüşdür. Çünki Milan hersoqu
yeni arvadı Katerina Viskontinin (Caterina Visconti) ona bir oğlan doğacağına və bununla
əlaqədar olaraq nikah müqaviləsində dəyişiklik etməyə imkan qazanacağına ümid
bəsləyirdi. Həqiqətən 1388-ci ilin 7 sentyabrında Valentinanın qardaşı Covanni Mariya
Dostları ilə paylaş: |