39
Viskonti (Giovanni Maria Visconti) doğulur və mirasın ötürülməsi baxımından nikah
müqaviləsində müvafiq müddəanın dəyişdirilməsi, ona yenidən baxılması zərurəti yaranır.
1389-cu ilin 17 avqustunda nikah mərasimi Melyonda baş tutur. Valentina ər evinə misli
görünməmiş bir cehizlə yola salınır. Gənc cüt bir müddət Vensen şəhərində yaşamağa
qərar verir. Həmin dövrdə Valentina üç uşaq doğur, lakin körpələrdən ikisi vaxtından əvvəl
ölür.
Ağılsız VI Karlın sarayında Valentinanın günü yaxşı keçmir. Çünki kralın
arvadı İzabella Bavarskaya (fransızca Isabeau de Baviere) gəlinlə heç cür yola getmək
istəmir. Çox vaxt Yelizaveta Bavarskaya (almanca Elisabeth von Bayern), yaxud sadəcə
İzabo (Isabo) adlandırılan kral arvadı, onun ana tərəfdən qohumları (dayısı və xalası
uşaqları) Valentinanı sarayda görmək istəmirlər. Tarixçilər bunu izah edərkən iki səbəb
göstərirlər. Birinci səbəb odur ki, Karl öz gəlininə simpatiya bəsləmiş, Valentinaya ayrıca
diqqət yetirmiş, onun belə münasibətini bəyənməyənlərin üstünə nifrətlə getmişdir. Kral
gəlinini «sevimli bacısı» hesab etmiş, saray mərasimlərinin hamısında onun həmişə
yaxından iştirakını tələb etmişdir. Kralın gəlini belə üstün tutması, ona xüsusi hörmət
bəsləməsi, daim diqqət yetirməsi, xətrini əziz tutması saray adamlarının ürəyincə ola
bilməzdi. Buna görə Valentinanı sarayda əhatə edən insanlarda ona qarşı paxıllıq, həsəd
yaranmışdır. İkinci səbəb budur ki, gəlinin saraya gəlməsindən sonra kral arvadı
İzabellanın Birinci Lüdoviklə münasibətlərində əngəl yaranmışdır.
Gəzən şayələrə görə, Valentinanın əri ilə kral arvadı İzabella arasında roman
(eşqbazlıq) yaşanırdı. Birinci Lüdovik kral arvadının qaynı (ərinin qardaşı) olmasına
baxmayaraq onlar sevişirdilər. İfritə İzabella Valentinanı ərinə qarşı sui-qəsd təşkil
etməkdə və onu tilsimləməkdə günahlandırırdı. Kral arvadı ərinin başını belə fikirlərlə
durmadan doldururdu ki, gəlin taxt-tacın Orlean Lüdovikinə keçməsindən ötrü canfəşanlıq
edir. Hətta arvad müəyyən arqumentlər gətirməklə fikrini əsaslandırmağa çalışırdı. Belə ki,
Valentinanın atası bir vaxtlar öz dayısını taxtdan salmışdır. Onun dayısı kral arvadının
babası olduğundan köhnə ədavət lap qızışmışdı. Hətta kral arvadının sonrakı antimilan
siyasətini məhz bununla əlaqələndirirlər. Valentina dofini
75
zəhərli alma ilə zəhərləməyə
cəhd göstərməkdə və cadugərlikdə günahlandırılırdı. Gəlini görən kimi kralın əhvalının
yaxşılaşması cadu nəticəsində əmələ gələn xəta kimi dəyərləndirilirdi. Həqiqətən
Valentinanın və yaxud onun ərinin yanında kralın əhvali-ruhiyyəsinin düzəlməsi, özünü
dərhal yaxşı hiss etməyə başlaması açıq-aşkar görünürdü və kənardakılar bunu qısqanclıqla
qarşılayırdılar. Buna görə Valentinanın ayağına cadugərlik (ovsunçuluq, sehrbazlıq) və
qara magiya yazırdılar. Ağılsız kralın hər yeni tutmasından sonra gəlinə nifrətin ölçüsü
artırdı.
Yaranmış mübahisələrdən sonra Valentina Parisdən Sent-Pol şəhərinə qovulur.
Arvadını düşmənlərindən qorumaqdan ötrü Lüdovik 1396-cı ilin martında Asnierə köçür.
Orada olduqları müddətdə Valentina daha dörd uşaq doğur. Lüdovik Bluadakı qəsrini
genişləndirir və möhkəmləndirir. Təxminən 1400-cü ildə Valentina asnierdən Bluaya
köçür. Qəsr mürəkkəb coğrafi ərazidə olduğundan (hökmdarın düşmənləri sayılan
Burqund hersoqlarının malikanələrinin yaxınlığında yerləşdiyindən) Valentinanın əri oranı
əsl qalaya çevirir. 1402-ci ildə Valentinanın atası taun xəstəliyindən dünyasını dəyişir,
onun dul qalan arvadı Katerina Milan hökumətini idarə etməyə başlayır.
40
Siyasi situasiyanın mürəkkəb olması və hakimiyyət uğrunda mübarizənin
kəskinləşməsi ilə əlkaqədar olaraq ağılsız kralın adından hakimiyyəti idarə etmək
imkanından yararlanmaq fikrinə düşən Lüdovik kral arvadı İzabella ilə müqavilə bağlayır.
Onların məhəbbət əlaqələri davam etdiyindən kral arvadı razılıq verir. Lüdovik burqundlar
əleyhinə mübarizədə ona kömək edir. 1407-ci ilin 23 noyabrında İzabella öz axırıncı
uşağını doğur, lakin körpə cəmi bir neçə saat sonra ölür. Həmin gün Orlean Lüdoviki öz
məşuqəsi kral arvadı İzabellanın Paris şəhərində Köhnə məbəd küçəsində yerləşən evindən
çıxarkən qətlə yetirilir. 1407-ci ilin 23 noyabrında Orlean Lüdoviki öz düşməni, Burqund
hersoqu Qorxmaz Janın (Jean sans peur) sifarişi əsasında Raul Danketonvill tərəfindən
qətlə yetirilmişdir.
Ərinin öldürülməsindən sonra Valentina Parisə gələrək günahkarların
cəzalandırılmasını kraldan xahiş edir. Zəif kral əvvəlcə öz razılığını bildirir, lakin çox
keçmədən fikrindən daşınaraq onu saraydan uzaqlaşdırır.
Valentina ərinin 38 yaşında ikən öldürülməsini çox kədərlə qarşılayır, şiddətli
şəkildə ağlayır, bundan çox əsəbiləşir, göz yaşlarının gümüş rəngli fontanı onun gerbi,
«artıq mənim üçün heç nə hər şeydir, hər şeysə heç nədir» («Plus ne m’est rien, rien ne
m’est plus») kəlmələri devizi olur. Ərinin öldürülməsinə cəmi bir il dözən Valentina 1408-
ci ilin dekabr ayının 4-də Bluada dünyasını dəyişir. Valentina ölüm yatağında uşaqlarını
başına toplayıb onları öz evlərinin böyüklüyünü qoruyub saxlayacaqlarına və atalarının
öldürülməsinə görə qisası yerdə (cavabsız) qoymayacaqlarına söz verib and içmələrinə
vadar edir.
Valentinanın Milana hökmdarlıq etmək hüququ sonralar XII Lüdovik və I
Fransisk arasında italyan müharibəsinə səbəb olmuşdur. Qeyd edək ki, Fransa kralı XII
Lüdovik Orlean Lüdovikin nəvəsidir, I Fransisk (François I) isə XII Lüdovikin əmisi
oğludur.
Valentina italyan, fransız, alman dillərində səlis danışmış, latın dilini mükəmməl
bilmişdir. Arfada çalmağı bacarmış, mütaliəni sevmiş, topladığı kitablar Fransa Milli
Kitabxanasının nüvəsini təşkil etmişdir. Onun şərəfinə bir neçə şeir yazan XIV əsr fransız
şairi və şeirşünası Estaş Deşanın (Eustache Deschamps) patronessası
76
olmuşdur.
Həmçinin italyan mənşəli orta əsr fransız yazıçısı Kristina de Pizanın (Christine
de Pizan) adresatı
77
olmuşdur.
Əlavə olaraq Valentina dövrünün sayılıb-seçilən adamlarından bir neçəsinin
anası kimi məşhurluq qazanmışdır.
Valentina ölkənin kralı Orlean Lüdoviklə nikahda olduğu müddətdə düz on uşaq
doğmuşdur.
Valentinanın bir oğlu Birinci Orlean Karlı (Charles d’Orleans) xüsusən çox
tanınırdı. Orlean hersoqu Birinci Orlean Karlı növbəti dövr Fransa şairləri içərisində ən
məşhurlarından biri, görkəmli fransız feodalı və hərbi rəisi, Valua kral evinin üzvü, qraf
olmuşdur. Fransa kralı XII Lüdovikin atasıdır.
Valentinanın digər oğlu Orlean Filippi de Vertü qrafı olmuşdur.
Başqa oğlu Orlean Janı (Jean d’Orleans) həmçinin Xeyirxah III Jan kimi
məşhurlaşmışdır. Orlean Janı Angulem qrafı (comte d’Angouleme) olmuşdur, kral I
Fransiskin babasıdır.
Dostları ilə paylaş: |