32
neçə uğurlu müharibə aparmış, nəticədə 127 əyalətdən ibarət olan və Hindistandan
Efiopiyaya qədər uzanan nəhəng bir imperiya üzərində padşahlıq etmişdir. Ahaşveroş
Nevuxadnesarın nəvəsi və axırıncı fars şahı Belşasarın qızı Astin ilə evlənmişdir. Astin
yəhudi dilində Vaşti adlanır. Həmin söz hərfi mənada «arzu edilən arvad», «sevilən
xanım» deməkdir.
Şəkil 14. Fars şahının (böyük ehtimalla Kserksin) şəkli olan barelyef. Persepolda
şah sarayı
Şəkil 15. Lülə halında bükülmüş kağız formasında olan Ester kitabı. XIII/XIV
əsr. Ənənəvi olaraq hər iki tərəfdən deyil, yalnız sol tərəfdən diyircəyə (çarxa) bərkidildiyi
görünür.
Ahaşveroş möhkəm, sarsılmaz və mətanətli bir adam olmuş, dəmir əllərilə öz
şahlığını müvəffəqiyyətlə idarə etmiş, gəldiyi qəti qərarın yerinə yetirilməsinə nail olmuş,
xəyanətdə şübhələndiyi hər hansı şəxsi dərhal edam etdirməkdən çəkinməmişdir. Hətta
yəhudilər tərəfindən Yeruşalaimdə (Qüdsdə) «Allah evi»nin tikintisini dayandırmışdır.
Xatırladaq ki, Əhəmənilər sülaləsindən olan, qədim fars dilində Kuruş, digər mənbələrdə
Koreş adlandırılan fars şahı Böyük II Kir yəhudilərə Bet-Amikdaşı yenidən inşa etmələrinə
icazə vermişdi. Yəhudilərin hiyləgər düşmənləri olan şomronit və ammonitlər həmin
33
qərarın ləğvi yolunda aramsız kampaniyalar aparmış, vəziyyətin dəyişməsindən həmişə
yetərincə yararlanaraq yenə məqsədlərinə nail olmuşdular.
Şəkil 16. Padşah arvadı Vaşti
«Allah evi»nin inşasını dayandıran Ahaşveroş bir qədər narahat olmuşdur.
Hökmdar yəhudi dövlətinin və Yeruşalaimdəki məbəd tikintisinin bərpasının onun
imperiyasının dayaqlarını laxlada biləcəyindən ehtiyat etmişdir. Buna görə şah həmin
yetmiş illik müddətin başa çatmasını səbrsizlik və həyəcanla gözləmişdir. Ahaşveroş
hakimiyyətdə olduğu üçüncü ildə qərara gəlir ki, axırıncı yəhudi şahlarından olan
Yexoniyanın (ivrit dilində «Yehoyaxin» sözü hərfi mənada «Allah tərəfindən qoyulmuş»
deməkdir) qovulmasından sonra təyin edilən yetmiş illik müddət artıq başa çatmışdır.
Halbuki təqvimə görə, həmin hadisədən 67 il keçmiş, hələ üç il qalmışdır. Sadəcə olaraq
Ahaşveroş qədim adətə əsaslanaraq hökmranlığın natamam ilini bütöv il olaraq hesab
etmişdir. Beləcə Yerusalim məbədinin bərpası dayandırılmış oldu. Şah həsrətlə gözlədiyi
müddətin başa çatdığını və onun üçün heç bir xoşagəlməz hadisənin baş vermədiyini görüb
yəhudi peyğəmbərlərinin bu məsələdə səhvə yol verdiklərini düşünmüş və arzuladığı
günün yetişməsini təntənəli surətdə qeyd etməyə qərar vermişdir. Möhtəşəm ziyafətin düz
180 gün keçirilməsi nəzərdə tutulmuşdur. Bütün prinslər (şahzadələr), zadəganlar (əyanlar)
və yüksək çinli məmurlar təntənəli qonaqlığa dəvət olunurlar. Fars şahının əyləşdiyi
sarayın bütün zənginliyi bu ziyafətdə geniş göstərilir.
Təmtəraqlı ziyafətin sonunda Ahaşveroş Şuşanın bütün əhalisi üçün yeddi gün
ərzində xüsusi banket təşkil edir. Kütlənin rəğbətini qazanmaq məqsədini güdən banketdə
sadə insanlara fəxri yerlər təqdim olunur, onların çox kiçik arzuları belə dərhal yerinə
yetirilir. Yəhudilər də həmçinin şah qonaqlığına dəvətlilər sırasında idilər. Lakin «Əhdi-
Ətiq» personajı Mardoxey (ivritcə Mordexay) haram yeməklə və şərabla yoldan
çıxarılmamaqdan ötrü yəhudiləri saraya getməməyə inandıra bilir. Buna baxmayaraq
yəhudilərdən bir çoxu başdan çıxaran şeylərin cəzbedici qüvvəsi qarşısında aciz qalaraq
34
Mardoxeyin fikri ilə razılaşmır, onun xəbərdarlığına məhəl qoymurlar. Ziyafətə təşrif
buyuran yəhudilər şah stolunu bəzəyən əşyalar arasında Bet-Amikdaşın müqəddəs
qablarını və yeməkxana ləvazimatlarını gördükdə bundan dəhşətə gəlirlər. Ancaq dala
qayıtmağın yersiz olduğunu fikirləşən yəhudilər digər qonaqlarla bir yerdə qalaraq
şənlənirlər.
Ahaşveroş hörmətli qonaqlarını qəbul edən vaxt onun arvadı Vaşti də öz
apartamentində (son dərəcə qəşəng və kifayət qədər böyük olan otağında) qadınlar üçün
bal (rəqs gecəsi) təşkil edir. Banketin yeddinci günü aramsız içdiyi şərabın təsirindən dili
açılan Ahaşveroş öz var-dövləti, rəhbərlik etdiyi nəhəng imperiyası haqqında danışmaqla
öyünür, üstəlik bir yastığa baş qoyduğu arvadının gözəlliyini göylərə qaldırır, füsunkarlıq
və cəlbedicilikdə onun tayı-bərabəri olmadığını əminliklə bəyan edir. Özünü öyən,
lovğalığından yerə-göyə sığmayan Ahaşveroş sözlərinin doğru olduğunu sübut etməkdən
ötrü xidmət edən yeddi xədimi (Mequman, Bizfe, Xarbon, Biqfe, Avaqfe, Zefar və
Karkas) Vaştinin dalınca göndərir, onun bütün gözəllik və əzəmətini qonaqlara göstərmək
üçün məclisə təşrif buyurmasını bildirir. Məclisdəki knyazlara göstərilməkdən ötrü əyninə
heç bir şey geyinmədən, yalnız başına şah çələngi qoymaqla gəlməsindən ibarət amoral
əmrin xidmətçilər tərəfindən arvada çatdırılmasından sonra vəziyyət dəyişir. Vaşti bundan
dəhşətə gəlir, ərindən çox inciyir və hər zaman bildiyini edən şahın ağılsız fərmanını yerinə
yetirməkdən imtina edir. Ziyafətə çılpaq halda çıxa bilməyəcəyini bəyan edən şah arvadı
deyir: «Sən şahsan, ancaq unutma ki, bir vaxtlar mənim atamın yanında mehtər olmusan.
Atamın Navuxadnesar olduğunu gərək unutmayasan. Mənim atam bir vedrə spirt içdiyi
halda, heç vaxt sərxoş olmazdı, ancaq sən azca çaxır içən kimi artıq özündə deyilsən».
Əslində həqiqət olan belə sözləri eşitmək şaha ağır gəlir. Hökmdar bunu qaba hərəkət,
ədəbsizlik kimi qəbul edir, kobudluğa görə onun cəzalanmasını ürəyindən keçirir. Əmrinin
icra olunmamasından azğınlaşan, bundan bərk qəzəblənən Ahaşveroş birdən qanunun
aliliyini, məhz onun daim hökmran olduğunu yadına salır. Ahaşveroş qəbul edilə bilməyən
əmr verdiyini, öz hökmranlığını legitimlik riskinə məruz qoyduğunu fikirləşir, qanun və
hüquqa görə necə hərəkət etməli olduğunu soruşur. Şah Vaştini itaətsizlik (tabe olmama)
üstündə mühakimə etməyi öz müdrik adamlarından (əllamələrindən) xahiş edir.
Vəziyyətin qəlizləşməsini istəməyən əllamələrdən biri, rabbi Yossi bar Hanina
belə bir cavab verir: «Şah arvadının bədəni cüzam səpkilərilə örtülü olduğundan özünü
çılpaqlaşdırmaqdan utanmış və yalnız buna görə lüt halda içəri girərək şahı pərt etmək
istəməmişdir». Mişnanın ağıllı adamları başqa bir izah verirlər: «Mələk Qabriel elə edib ki,
ziyafətdə olduğu müddətdə Vaştinin quyruğu çıxıb, buna görə xanım soyunmaqla hörmətli
qonaqlar arasına çıxmaqdan utanıb». Əlbəttə, bunların heç biri dəlisov şahın ağlına bata
bilməzdi.
Ancaq müdrik olduğuna şübhə edilməyən insanların xeyli qismini qanunilikdən
və yaxud əxlaqilikdən çox şahlığın mövcudluğu narahat edir, belələrini hökmdarlığın
davam etdirilməsi daha artıq dərəcədə maraqlandırır. Buna görə özlərini ağıllı sayan həmin
yaramazlar Vaştinin niyə çılpaq halda məclis iştirakçıları önünə çıxmaqdan imtina
etməsinin səbəbini soruşurlar. Onlar bəyan edirlər ki, şah arvadı iştirakçılar arasında
seksual intizamsızlıq atmosferinin, əxlaqsızlıq və pozğunluq ab-havasının meydana
Dostları ilə paylaş: |