108
xəbərdarlıqsız kandaulezizm deyilir. Xaincəsinə, xəyanətkarlıqla həyata keçirilən həmin
hal başqa sözlə qeyri-konsensual kandaulezizm də adlanır. Qeyri-konsensual kandaulezizm
ailədə istər-istəməz inciklik yaradır, söz-söhbətə səbəb olur. Rusiyada dərc edilən «SPİD-
info» adlı məşhur və olduqca zəngin məlumatlı jurnalda yerləşdirilmiş, Arseni
Skorodumov tərəfindən yazılmış «Mən sənə pornoulduz deyiləm!!!» başlıqlı məqalə çox
ibrətamiz olduğundan burada onu təhlil etmək qərarına gəldik. Baş verənlərdən özünü
ciddi zərbə almış və məğlub olunmuş kimi hiss edən, olmazın çətinliyə düşən, çirkaba
batıb qalan arvad nə edəcəyini bilmədiyindən redaksiyaya müraciət edərək məsləhət almaq
istəmişdir. Əri Yevgeninin addımından heyrətə gəlmiş arvad bu barədə fikirləşdikcə
özündən asılı olmadan əsəbiləşir və ailəsinin dağılmaq təhlükəsi ilə üzbəüz qalmasına
təəssüflənir. Novosibirsk şəhərində yaşayan, tamamilə özünü itirən, «tora düşdüyündən»
çaşıb qalan qadının redaksiyaya ünvanladığı məktuba nəzər yetirək.
«Dəhşət doğuran kabusun lap əvvəlini mən çox yaxşı xatırlayıram. Jenya ilə
təzəcə ailə qurmuşdum. Bal ayını keçirmək üçün Türkiyəyə getdik, gözəl otellərdən
birində yerləşdik. Yatağa girəndə Jenya məhz elə indi mənim foto ilə şəklimi çəkmək
istədiyini bildirəndə tərəddüd etmədən məmnuniyyətlə razılıq verdim: belə gözəl
interyerdə bu cür təntənəli, təmtəraqlı və möhtəşəm yataqda bir də nə vaxt olacaqdım ki?
Sevgilim də dediyi kimi, ümumiyyətlə, mən çox gözələm. Evimizə qayıtdıqdan sonra ərim
şəkilləri fleşkadan kompüterə keçirdi, mənim necə gözəl olduğuma əmin olmaq üçün
onlara bir yerdə baxdıq. Sonra bir il ərzində artıq evimizdə çılpaq halda olduğum vaxt
mənim şəkillərimi çəkməyi xahiş etdi. Bunun üçün mənim müxtəlif pozalar almağımı rica
edirdi. Bəzən qəliz, mürəkkəb, qəribə pozalar almağa məcbur olurdum. Getdikcə hər şey
daha geniş vüsət tapırdı. Çılpaq bədənimin həddən ziyadə gözəl görünərək ərimə xoş təsir
bağışladığını zənn etdiyimdən onun sözünü yerə salmır, xahişinə ürəkdən əməl edirdim.
Lakin günlərin birində ərimin pornosaytlara girdiyini, sonra orada gizlicə baxdığı pozalarda
mənim çılpaq şəkillərimi çəkməyə çalışdığını hiss etdim. Onun bütün cəhdlərinin
arxasında nələr gizləndiyini, canfəşanlığının səbəbini öyrənməyə çalışdım, «axı, bütün
bunlar nəyə lazımdır?» sualıma cavab istədim. Yenə eyni cavabı aldım: «Çünki sən bir
dənəsən, sənin kimi gözəl heç harada yoxdur!» Əlbəttə, belə xoş sözlərdən sonra ürəyim
yumşaldı. Təbii ki, ərimin bu şəkilləri kiməsə göstərdiyini heç vaxt fikirləşməzdim, hətta
bunu səfeh və yaramaz bir yuxuda belə görə bilməzdim. Ancaq ərim bunu etdi!
Bir dəfə ərimin dostları bizə qonaq gəlmişdilər. Jenya kompüteri qoşdu, özünün
qoyduğu müxtəlif şəkilləri onlara göstərdi. Kompüter arxasında kişilər birdən-birə kiridilər.
Dostların eyni vaxtda bir növ susmaları mənə qəribə gəldi, hətta stolu düzəltməyi saxlayıb
tez onlara yaxınlaşdım və türk otelində çəkdirdiyim şəkilləri orada görəndə çox pərt oldum.
Ancaq qonaqların yanında qanıqaraçılıq salmaq istəmədim, heç bir şey olmamış kimi
özümü apardım. Axşam qonaqlar gedən kimi ərimin üstünə düşdüm, şahidi olduğum pis
hərəkətin hansı məqsədlə edildiyini öyrənməyə çalışdım, artıq səsimin tonunu
qaldırmışdım, istər-istəməz həyəcanla danışırdım. Jenya özünü təmizə çıxartmağa, əməlinə
bəraət qazandırmağa çalışırdı, onların guya təsadüfən şəkillər olan fayla düşdüklərini
deyirdi. Ərim bir daha bunu təkrarlamayacağına and içdi, xoşagəlməz hadisənin axırıncı
dəfə olduğuna söz verdi.
109
Lakin ərim sözünün üstündə çox dayana bilmədi. Cəmi bir aydan sonra ərimin
əmisi oğlu qonaq gəldi və gecə bizdə qaldı. Onlar çoxdan bir-birini görmədiklərindən
qızğın söhbətə başlamışdılar. Mən onları gözləməyib yatmağa getdim. Əmioğlular xeyli
söhbət etdilər, gecə yarıdan keçənə qədər oturdular. Səhər-səhər bu qardaş mənə deyir:
«Qulaq as görüm, sən necə gözəlsənmiş, sadəcə bir modelsən, Afrodita kimi gözəlliyinə
çatan olmaz». Jenyanın əvvəllər çəkdiyi mənim çılpaq şəkillərimin hamısını ona göstərdiyi
məlum oldu. Mən çox utandım, xəcalət çəkdim. Belə situasiyada qalmaq mənim üçün
naqolay, çətin idi. Qonaq gedəndən sonra yenidən mərəkə qopardım, çox əsəbiləşdiyimdən
davanın qızışmasını istəyirdim. Lakin mənim ərim təqsirli gözlərilə baxır və hansısa yad
bir qızın deyil, məhz əziz arvadının şəkillərini çəkdiyini və göstərdiyini, bundan olmazın
həzz aldığını, çox qüvvətli şəkildə ehtiraslandığını dedi. Ərim mənim çılpaq şəkillərimə
başqa kişilərlə bir yerdə baxarkən xüsusən cuşa gəldiyini və hədsiz məmnun qaldığını
bildirdi. Ümumiyyətlə, mənim yataqda şəkillərimi çəkərkən və sonra bunları kiməsə
göstərərkən ərimin əhvali-ruhiyyəsinin hədsiz yüksəldiyini, bundan çox böyük ləzzət
aldığını sezmək heç bir çətinlik törətmirdi. Əgər ərim sadəcə mənimlə yatağa girirdisə,
intim yaxınlığımıza elə-belə baxır, çox məmnun görünmürdü. Onun ruhlanması üçün
mənim çılpaq vəziyyətdə cürbəcür pozalarda şəklimi çəkməsi və başqa kişilərə göstərməsi
lazım gəlirdi.
Mən ərimi sevdiyimdən onun qeyri-adi meyli barəsində fikirləşdikdən sonra
çılpaq halda şəkillərimi çəkməsinə etiraz etməməyə qərar verdim. Ancaq onun qarşısında
bir şərt qoydum ki, şəkillərə baxanda bunların mənə məxsus olduğu bilinməsin. Ərim
mənim şəkillərimi kompüterə keçirdikdən sonra qara zolaqlarla sifətimi örtür, məni
tanınmaz hala salır. Artıq bir ildən çoxdur ki, belə yaşayırıq. Ərim usanmadan fəaliyyətini
davam etdirir, mən isə pozalarımı mürəkkəbləşdirməyə çalışıram. Ancaq bizim
psixikamızda hər şeyin yerində olmadığını hərdən fikirləşirəm. Bəzən mənə elə gəlir ki,
ərimlə ağlımızı itirir, öz yolumuzdan çıxıb dəli oluruq. İstənilən halda bizdə bu planda nəsə
bir çatışmazlıq olduğuna şübhə etmirəm» [46].
Seksoloq İrina Maşnaya məktubda yazılanlara belə şərh verir: Yevgenidə çılpaq
arvadını başqa kişilərə nümayiş etdirmək arzusu aydın şəkildə ifadə olunur. Ancaq
Yevgeni belə bir qəribə arzu ilə yaşayan yeganə kişi deyildir. Seksologiyada həmin qəribə
arzuya «kandaulezizm» adı verilmişdir [46].
Bir çox hallarda ər öz qəribə meyli barəsində arvadına məlumat verməyi özünə
borc bilir. Həmin hadisə xəbərdarlıqlı kandaulezizm adlanır. Kandaulezizmdən əziyyət
çəkən kişi bir yolla məqsədini arvadına bildirir, ondan icazə istəyir.
Ərin arvadını çılpaq halda başqa kişilərə göstərmək arzusunun ifadə olunduğu
təklifə kandaulezistik təklif deyilir. Kandaulezist ər tərəfindən arvadın xəbərdar edilməsi
onun xaincəsinə aldadılmasına nisbətən çox-çox yaxşıdır. Lakin arvadın əri tərəfindən
edilən kandaulezistik təklifə cavabı birmənalı deyildir. Ərindən kandaulezistik təklif alan
arvadın buna reaksiyası cürbəcür ola bilər. Buna görə kandaulezizm daha iki növə bölünür:
a) neqativ cavablandırılmış kandaulezizm; b) pozitiv cavablandırılmış kandaulezizm.
Konkret olaraq təklifə verilən cavab neqativ (mənfi) və pozitiv (müsbət) olmaqla
iki növə ayrılır.
Dostları ilə paylaş: |