112
(candaulesismus coactus) adlanır. Ona başqa sözlə könüllü kandaulezizm də deyilir. Qadın
ərinin kandaulezist davranışına müxtəlif səbəblərdən etiraz etmək istəmir. Həmin
səbəblərdən asılı olaraq könüllü kandaulezizmin aşağıdakı növləri ayırd edilir: 1) marginal
kandaulezizm; 2) mutual kandaulezizm.
Ərinə hörmət əlaməti olaraq deyil, sadəcə onun var-dövlətinə, zir-zinətinə göz
dikən qadının kandaulezistik təklifi müsbət qarşılaması marginal kandaulezizm
(candaulesismus marginalis) adlanır.
Kandaulezistik təklifi eşidən qadının özünün bunu alqışlaması hadisəsi mutual
kandavlizm (candaulesismus mutualis) adlanır. İngiliscə mutual – qarşılıqlı deməkdir.
Mutual kandavlizm iki səbəbdən irəli gələ bilər: 1) arvadın kandavlistik təklifi
gözləməsi və bunu onun gözəlliyinə biganə qalmamağın bir nişanəsi kimi dəyərləndirməsi;
2) arvadın ərindəki kandavlistik meyldən öz məqsədlərinə yetişməsi naminə sui-istifadə
etməsi.
Bəzən paradoksal, qəribə bir vəziyyət yaranır. Kişinin həmişə qısqanmalı
olduğunu fikirləşən, onun qısqanmadığını gördükdə artıq sevmədiyi qənaətinə gələn qadın
kimi, ərinin daim onu tərifləməsini istəyən, gözəlliyindən danışmasını arzulayan arvad da
olur. Bu qəbildən olan arvad həmişə ərinin onun cəlbediciliyilə fəxr etməsini istəyir. Hətta
ər öz həyat yoldaşının gözəlliyi və füsunkarlığı haqqında danışmırsa, arvad bunu ona qarşı
bir biganəlik kimi dəyərləndirir. Buna görə arvad ərinin onu başqa kişilərə çox valehedici
və məlahətli partnyor kimi təqdim etdiyini eşidəndə, hətta buna əmin olmaq üçün həyat
yoldaşını çılpaq halda nümayiş etdirmək arzusunu duyanda dərhal baş verənləri diqqət
yetirməkdən irəli gələn bir hərəkət kimi qarşılayır və müsbət cavablandırmaqla
dəyərləndirir. Ərindən daim qeyri-adi təklif gözləyən arvadın ürəyindən keçənləri
təxminən belə təsvir etmək olar: «Əzizim, ürəyimdən tikan çıxartdın, axı necə ola bilər ki,
belə gözəl arvadına başqa kişilər məftun olmasınlar, səni əmin edirəm ki, məni çılpaq halda
görənlər dərhal tamah salacaqlar, sənə belə gözəl qadınla yatan bir kişi olaraq qibtə
edəcəklər».
Bundan başqa, bəzi qadınlar ərinin zəif meylindən agah olan kimi bundan sui-
istifadə etməyə başlayırlar. Belə arvadlar sadəcə olaraq üzdə bunu büruzə vermir, guya
ərinin xahişini yerinə yetirirmiş kimi davranırlar. Arvadın ərində aşkar olunan
kandavlizmdən aşağıdakı məqsədlərlə istifadə etməsi mümkündür: a) açıq-saçıq
geyinməyi sevən arvadın indi bunu çəkinmədən edə bilməsi; b) arvadın özünə yaxşı
baxması üçün rahatlıqla bütün prosedurları həyata keçirməsinə müvafiq şəraitin yaranması;
c) ərinin qeyri-adi meylindən ehtiraslanan arvadın özünün görüşmək istədiyi kişilərlə
asanca gəzə bilməsi, qrup seksində iştirak etməyə qədər çox müxtəlif seksual praktikadan
yararlanması.
Daim açıq-saçıq geyinməyi arzu edən, yarıçılpaq halda olmağı sevən arvad
ərində kandaulezizm olduğunu bilən kimi çox sevinir, çünki artıq bundan sonra
çəkinmədən istədiyini edə biləcəkdir. Qeyd edək ki, son vaxtlar arvadlarına olduqca açıq-
saçıq paltarlar geyindirib bu çılğın vəziyyətdə utanmaz-utanmaz özü ilə restoranlara,
istirahət mərkəzlərinə, toylara və başqa şənliklərə aparan qeyrətsiz kişilərin sayı hədsiz
çoxalmışdır. Hətta bəzi hallarda açıq-saçıqlıqda ifrata varma dərhal nəzərə çarpır.
113
Şübhəsiz, «simvolik geyimin» seçilməsinə ərin razılıq verməsi üçün onun kandaulezistik
meyli yardımçı olur.
Ərinin kandaulezizmə mübtəla olduğuna şübhə etməyən, bunu dəfələrlə
sınaqdan keçirən arvad mövcud vəziyyətdən özü üçün müəyyən qədər xeyir götürə, fayda
əldə edə bilər. Kandaulezizm sindromlu kişiləri müşahidə etmiş seksoloqların çoxu qeyd
edir ki, ərinin qəribəliyi və anlaşılmaz davranışı arvadın öz bədəninə daha yaxşı, incədən-
incəyə fikir verməyə başlamasına səbəb ola bilər. Tez-tez trenajor zalına
122
getmək,
hovuzda çimmək, kosmetoloqun xidmətindən yararlanmaq üçün arvadın qarşısında geniş
imkanlar açılır. Belə arvadın əri üçün deyəcəyi sözü, bəhanəsi də var: «Bəs başqa kişilər
necə baxarlar, deməzlərmi ki, filankəsin arvadı nə gündəymiş. Qoy, özümə yaxşı fikir
verim, gözəl görünüm, başqa kişilərin yanında soyunanda çirkin görünməyimə görə
utanmayasan, əksinə, füsunkar və cəlbedici bədənimə baxıb ağızları açıq qalsın, sənə
paxıllıqları tutsun. Bundan sonra hamının dilindən yalnız bunu eşitmək olar ki, halal olsun,
kişinin oğlu arvad saxlayır!» Əlbəttə, arvadın dedikləri kandaulezist ərin ürəyinə yağ kimi
yayılır. Belə ər arvadının öz bədəninə diqqətlə fikir verməsinə, gözəllik salonlarına,
çimərlik və hovuza, məşq zallarına və digər yerlərə tez-tez baş çəkməsinə nəinki etiraz
etmir, üstəlik ona verdiyi vəsaitin miqdarını artırmağa başlayır. «Kişi arvad saxlayır», lakin
bunu özündən çox, başqaları üçün edir. Həqiqətən arvadın çılpaq halda gözəl görünməsi
kandaulezist ərin ən böyük arzusudur. Arvadın soyunaraq gözəl bədənini başqa kişilərə
göstərməsi kandaulezist ərinə kömək etməsinin, ona yardım əlini uzatmasının əyani bir
formasıdır. Belə «köməkdən» ruhlanan ər heç də arvadına borclu qalmır, yataqda həddən
ziyadə ehtiraslanaraq onun seksual təmin olunması üçün əlindən gələni edir.
Bəzən kandavlizm öz arvadının çılpaq fotoqrafiyalarının nümayiş etdirilməsilə
məhdudlaşmır, həyat yoldaşının özü canlı olaraq prosesə cəlb edilir. Bir sözlə, seksual
partnyor olan qadının nümayiş etdirilməsi onun fotoqrafiya və portretinin başqa kişilərə
göstərilməsilə məhdudlaşa bilər, lakin onun özünün yad kişilər önündə poza alması, striptiz
ifa etməsi və başqa intim hərəkətlərə meylləndirilməsi hallarına da rast gəlinir. Hərəkətlərin
miqyasının belə genişlənməsi patologiyanın artıq yüngül formadan ağır formaya keçdiyinə
dəlalət edir.
Əgər kandaulezistik təmayül arvadın özünün bilavasitə canlı olaraq iştirakı
şəraitində həyata keçirilərsə, buna ağır kandaulezizm (candaulesismus gravis) deyilir.
Latınca gravis – ağır deməkdir. Belə hal başqa sözlə kontakt kandaulezizm də adlanır. Ona
həmçinin mürəkkəb kandavlizm deyilir. Bunu «canlı» kandaulezizm, yaxud
kandaulezizmin «canlı» forması kimi təsəvvür etmək olar. Bəzi mənbələrdə belə hal
həmçinin vasitəsiz kandaulezizm adlanır. Ona başqa sözlə birbaşa kandaulezizm də deyilir.
Hətta bəzi mənbələrdə «maksi-kandaulezizm» terminindən istifadə olunur.
Bəzi hallarda öz qadınının yalnız surətini və video görüntülərini yad kişiyə
göstərmək artıq ehtiraslı ər üçün kifayət etmir. Bunlardan heç bir vəchlə qane olmayan ər
arvadını yad adamların yanında soyunmağa, yaxud bir çox hallarda hətta başqa kişilərlə
cinsi akt törətməyə sürükləyir, özü isə baş verənləri böyük həvəslə kənardan izləyir, xəlvəti
yerdə dayanıb şövqlə müşahidə edir. Ağır kandavlizmə mübtəla olmuş ər daim arvadına
təkan verir, onu hərəkətə gətirir.
Dostları ilə paylaş: |