İlkin Sabiroğlu
qorunması və inkişaf etdirilməsi əsasında davam etdirilə bilən
inkişafın bir Avropası üçün çalışır”.
Artıq Kvant Elmi Paradiqması 1+1>2 yanaşmasını ortaya
qoyur. Bu Ren Kapitalizminə (Sosial Kapitalizmə) önəmli dəs‐
təkdir. Amma buradakı toplumçuluq sosialist toplumçuluq‐
dan fərqlidir. Bir növ Anqlo‐Sakson fərdiyyətçiliklə Sosial Ka‐
pitalizmin toplumçuluğunun sintezidir. Heç bir kənar təzyiq
olmadan tamamən müstəqil fərdlərin könüllü əməkdaşlığı mə‐
nasına gələn bir toplumçuluqdur.
Eyni zamanda Kvant Elmi Paradiqması, Heisenberg Qeyri‐
Müəyyənlik Prinsipi, Bilgi Çağı ilə birlikdə Post‐Fordist İsteh‐
sal Paradiqması Anqlo‐Sakson Kapitalizmin keyfiyyətlərini or‐
taya qoymaqdadır. Bu qədər iqtisadi problemlərə baxmayaraq
ABŞ‐da işsizlik səviyyəsinin AB‐dən, İngiltərədə işsizlik səviy‐
yəsinin isə Almaniya və Fransadan aşağı olması da Anqlo‐Sak‐
son Kapitalizmin elastik iş hüququnda (əmək məcəlləsində),
sosial müdafiə sisteminə yanaşmada axtarılmalıdır. Yenə ABŞ‐
ın AB‐dən daha yüksək iqtisadi artım trendini sürdürə bilməsi
bir başqa faktdır.
45
Son beş ildə təqribən 30 min işçisini işdən çıxaran General
Motors (GM), ABŞ‐dakı fabriklərindən növbəti üç il ərzində
daha 25 min işçini də çıxaracağını bəyan etdi. Ancaq 2004‐cü
ilin oktyabr ayında GM şirkətinin Avropadakı yan şirkətlərin‐
dən 12 min işçini işdən çıxarma planını protest etmək məqsə‐
dilə İsveçdə, Portuqaliyada, İspaniyada, Polşada və s. çox ciddi
etiraz aksiyaları düzənlənmişdi. Ən böyük etiraz aksiyası isə,
GM şirkətinin yan şirkəti olan Opelin məskunlaşdığı Almani‐
yada yaşandı. Yenə, 2004‐cü ilin avqust ayında Daimler‐
Chrysler şirkəti ilə işçiləri arasındakı ziddiyyətlər sırasında bir
işçinin söylədikləri diqqətimi çəkmişdi: “Onlara qalsa sosial
45
İlkin Sabiroğlu, “Kapitalizm kapitalizmə bənzəməz”, “Sənət” qəzeti, 17 iyun
2005.
‐ 36 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
hüquqları olan insanları deyil, sadəcə robotları işlə təmin edə‐
cəklər. Gələcək beş ildə iş təminatımızın olacağı mövzusunda
bədbinəm; dünya iqtisadiyyatı getdikcə daha pis hala gəlir və
hər yerdə işdən çıxarma müşahidə edilir.”
46
Dünya iqtisadiyyatı yeni bir transformasiya prosesini yaşa‐
yır: sənaye çağı ömrünü başa vurduğu kimi sənaye işçiləri də
ciddi sıxıntılar yaşayır. Artıq işçi sinfinin də keyfiyyət dəyişik‐
liyi göstərməsi zəruri hal alıb. Bu keyfiyyət dəyişikliyini yaşa‐
ya bilməyən ölkələrdə sosial müdafiə sistemi də çarəsiz hala
gəlir. “Ömür boyu təhsil”in əsas məqsədi də bu çarəsizliyə bir
çarə axtarmaqdır.
Fransa da eyni aqibəti yaşayır. Amma Anqlo‐Sakson Kapi‐
talizmin hakim olduğu ölkələrdə daha aşağı işsizlik səviyyəsi
müşahidə edilməkdədir. Çünki Anqlo‐Sakson Kapitalizmi
“hire and fire” məntiqinə dayanır.
47
Bu prinsipə görə işçi bir is‐
tehsal amili kimi kiralanır və daha sonra da sərbəst bazar iqti‐
sadiyyatının məntiqinə uyğun olaraq işdən çıxarılır. Belə bir
elastik sistem ilk baxışdan qəribə görünsə də əslində işsizliyin
azalmasında əhəmiyyətli rol oynayır.
Anqlo‐Sakson Kapitalizmdə işçilərin daha yüksək maaşlı
bir iş tapdıqlarında əvvəlki işdən ayrılmaları və ya sahibkar tə‐
rəfindən işdən çıxarılmaları normal qarşılanır. Ona görə də
Ren Kapitalizmində olduğu kimi Anqlo‐Sakson Kapitalizmdə
işçilərin şirkət daxili təhsilinə ciddi əhəmiyyət verilmir, çünki
daha yaxşı bir fürsət qarşısına çıxan kimi işçinin işdən ayrıla‐
cağı nəzərə alınır. Bundansa daha yüksək keyfiyyətlərə sahib
işçini daha yüksək maaşla işə almaq məqsədəuyğun sayılır.
Təbii olaraq hər bir şəxs də özünün bəşəri sərmayəsini artır‐
mağa çalışır ki, potensialını daha yüksək qiymətdən sata bil‐
46
Ludwig Niethammer, “Germany: workers respond angrily to deal at
DaimlerChrysler”, WSWS, 12 avqust 2004, http://www.wsws.org/articles/2004/
aug2004/ germ‐a12.shtml, (01.03.2006).
47
Ibid., səh.38.
‐ 37 ‐
İlkin Sabiroğlu
sin. Hər bir şəxs rəqabət mühitində işsiz qalmamaq üçün özü‐
nü mütəmadi yeniləmək məcburiyyətindədir.
Obyektivizmin qurucusu Ayn Rand özünün “Kapitalizm:
Bilinməyən İdeal” əsərində (Capitalism: The Unknown Ideal)
mülkiyyət hüququnun mülk qazanma hüququ olduğunu, kim‐
sənin haqqı çatmadığı halda başqalarının qazanclarından alı‐
nan vergilər hesabına dövlətdən əvəzi ödənilmədən ev ala bi‐
ləcəyi anlamında qəbul edilməməsi gərəkliliyini qeyd etmiş‐
dir.
48
Lakin hər kəsin mənzil hüququ olduğunda israr edən So‐
vetlər Birliyi vətəndaşlarının mənzil problemini həll edə bil‐
məməklə yanaşı, insanları quş damlarına bənzər qutularda ya‐
şamağa məhkum etməkdəydi. Digər tərəfdən, işi bazarın öz
qanunauyğunluqlarına buraxan ABŞ‐da amerikalıların 56 faizi
(sadəcə, Fannie Mae şirkəti kanalı ilə 1968‐ci ildən bu yana 63
milyon nəfər) Mortgage sistemi (ipotekalı mənzil maliyyələş‐
dirmə sistemi) ilə ev sahibi olmuşdur. Qısası, sərbəst bazar iq‐
tisadiyyatının gücünə etimad edilə bilər.
Fransadakı konstitusiya referendumunda Paris sakinlərinin
66 faizi referenduma “hə” dedikləri halda, əyalətdəkilərin bö‐
yük qismi “sosial” olmadığı üçün “yox” dedi. Kənd təsərrüfa‐
tından sənayeyə keçiddə liderlik edən Fransa, sənayedən Bilgi
Çağına keçiddə artıq axsamağa başlayıb. Keçmişdəki liderli‐
yini göstərə bilməyəcəyini anladığından transformasiyaya qar‐
şı dirənir. Fabriklər dünyasında parlayan ulduz kompüterlər
dünyasında sönük görünməkdədir.
49
48
Ayn Rand, Kapitalizm: Bilinmeyen İdeal, Türkcəyə tərcümə: Nejdet Kandemir,
Plato Film Yayınları, İstanbul, 2004.
49
“Fransa kendini azletti...”, Mehmet Altan, “Sabah” qəzeti, 4 iyun 2005.
‐ 38 ‐
Dostları ilə paylaş: |