Kapitalizm Kapitalizmə Bənzəməz
Bölgüyə fokuslanmış
toplumlar
İqtisadi ədəbiyyatda iqtisadi sistemlərdən bəhs edərkən
sərbəst bazar iqtisadiyyatı, inzibati amirlik sistemi və qarışıq
sistemlərin adı çəkilir. Bu sistemlərin hansı prinsiplər əsasında
qurulmasından və bir‐birindən hansı xüsusiyyətləri ilə fərqlən‐
məsindən tez‐tez bəhs edilsə də adətən, məsələnin (sistemlə‐
rin) mahiyyətindən çox təsvirinə daha geniş yer verilir. Və bu
zaman sistemlərin birinin digərindən üstün və çatışmayan cə‐
hətləri elə bir üslubda ələ alınır ki, insan məlumat sahibi ola
bilsə də fikir sahibi ola bilmir. Yazımızda bu sistemlər arasında
mövcud olan, lakin dərs kitablarında yer almayan fundamen‐
tal bir xüsusiyyət üzərində dayanacağıq.
İstənilən iqtisadi sistemin əsasını istehsal və bölgü münasi‐
bətləri təşkil edir. Yəni istehsal və bölgünün hansı formada hə‐
yata keçiriləcəyi eyni zamanda sistemlər arasındakı fərqi də
ortaya qoyur. Bilindiyi kimi, sərbəst bazar iqtisadiyyatında
adından da göründüyü kimi fəaliyyət və rəqabət sərbəstliyi,
fərdiyyətçilik, şəxsi mülkiyyət və sərbəst işləyən qiymət mexa‐
nizmi hökm sürür. Ən əsası isə odur ki, istehsalda fərdi təşəb‐
büs əsas alındığı kimi, bölgüdə də bu prinsip qorunur. Dolayı‐
silə fərdi təşəbbüskarlıq sayəsində istehsal nəticəsində yaradı‐
lan əlavə dəyərin bölgüsü də bazar mexanizmi vasitəsilə həya‐
ta keçirilir. Hər kəs əlavə dəyərin yaradılmasında sahib oldu‐
ğu paya uyğun olaraq həmin əlavə dəyərin bölgüsündən də
təqribən eyni nisbətdə pay almış olur.
50
İnzibati amirlik sistemində isə, həm istehsal həm də bölgü
münasibətləri dövlət nəzarətindədir. Sərbəst bazar iqtisadiy‐
yatında başlıca aparıcı qüvvə olan fərdin, inzibati amirlik siste‐
50
İlkin Sabiroğlu, “Bölgüyə fokuslanmış toplumlar”, IqtisadNet, 9 fevral 2005,
http://www.iqtisad.net/is021.htm, (01.03.2006).
‐ 39 ‐
İlkin Sabiroğlu
mində özəl mülkiyyətə sahib olmaq haqqı və mülkiyyət hü‐
quqları yoxdur. Əlavə dəyəri yaradan və onun bölgüsünü
həyata keçirən dövlət olduğundan, hər kəs kollektiv istehsal
prosesində yer almaq yerinə əlavə dəyərin bölgüsündə daha
yaxından iştirak etmək istəyir. Çünki iqtisadi münasibətlər sis‐
temində istehsal öz‐özlüyündə məqsəd deyil. Məqsəd yaradı‐
lan əlavə dəyərin bölgüsündən daha çox pay ala bilməkdir. Bu
isə dövlətin bürokratik iyerarxiyasında daha üst mövqelərdə
yer ala bilmək üçün amansız bir rəqabətin mövcudluğunu
şərtləndirir. Bir növ sərbəst bazar iqtisadiyyatındakı sağlam
rəqabəti qəbul etməyən inzibati amirlik sistemi gizli bir rəqa‐
bəti öz bətnində bəsləyir.
Qarışıq və keçid iqtisadiyyatı kimi sistemlərdə isə, ortodoks
iqtisad ənənəsinin təmsilçilərindən, “Ümumi Tarazlıq Anali‐
zi”nin banisi Leon Walrasın arzuladığı kimi istehsalda fərdiy‐
yətçilik hakim olsa da, bölgüdə deyure və ya defakto (bəzən
də hər ikisi) ictimailik əsas alınır.
51
Yəni yaradılan əlavə dəyər
bazar mexanizmi ilə deyil, dövlət və siyasət üzərindən paylaş‐
dırılır. Əlavə dəyərin belə bölgüsü fərdlərin istehsal prosesinə
marağını azaldır, fərdi təşəbbüskarlıq ruhunu aşağı salır. Nəti‐
cədə inzibati amirlik sistemində olduğu kimi rəqabət istehsal
və bazar müstəvisindən bölgü və siyasət müstəvisinə keçir.
Sanki “vəhşi kapitalizm” üçün simvollaşdırılan “insan insanın
qurdudur” məntiqi ictimai və fərdi yaşamda davranış norma‐
larını müəyyənləşdirməyə başlayır.
İqtisadi münasibətlər maddi nemətlərin istehsalı, bölgüsü,
mübadiləsi və istehlakı prosesində insanlar arasında münasi‐
bətləri əks etdirir. Lakin burada əsas olan bölgüdür. İnsanlar
istehsal prosesinə qoşulurlar ki, bölgüdən daha çox pay ala bil‐
51
Ercan Eren, “Leon Walras ve “Bilimsel” Sosyalizm Anlayışı”, Maliye Yazıları,
Mart‐İyun 1989, səh.40‐44., http://www.ikt.yildiz.edu.tr/eren/walras.pdf.
(01.03.2006)
‐ 40 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
sinlər və nəticədə istehlak və mübadilə prosesində daha əlve‐
rişli şərtlərdə iştirak edə bilsinlər.
İstehsalda olduğu kimi bölgüdə də fərdi təşəbbüs əsas alın‐
dığı zaman cəmiyyətin təşəbbüskar qüvvələri istehsala fokus‐
lanmış olur. Bu fokuslanma zamanla istehsal münasibətlərinin
və istehsal tərzinin inkişafına yol açır.
Nobel Mükafatı Laureatı iqtisadçılardan Milton Friedmanın
qeyd etdiyi kimi, “Sərbəst bazarın mövcudluğu dövlətə olan
ehtiyacı aradan qaldırmaz. Dövlət “oyunun qaydaları”nı mü‐
əyyənləşdirmək üçün və bu qaydaları tətbiq etmək üçün zəru‐
ridir. Bazar mexanizminin vəzifəsi, siyasi vasitələrdən istifadə
edərək alınan qərar və tətbiq sahələrini və dövlətin birbaşa
oyuna qoşulmaq istədiyi sahələri daraltmaq və məhdudlaşdır‐
maqdır.”
52
Doğrudan da dövlətin və siyasi hakimiyyətin hər
hansı formada istehsal və bölgü üzərindəki hökmranlığı isteh‐
sal prosesinə qoşulmaq həvəsini və fərdi təşəbbüskarlıq ruhu‐
nu zəiflədir, sadəcə bölgüyə fokuslanmış bir toplumun doğ‐
masına səbəb olur. Belə bir toplum əlavə dəyər yarada bilmə‐
diyindən “yoxsulluğun qısır ilgəyi”ndən azad ola bilmir.
52
Hikmət A.Hacızadə, “Demokratiya: Gediləsi Uzun bir Yol”, Demokratiya və
Antidemokratiya Antologiyası, FAR CENTRE, Bakı, 2001. səh.352.
‐ 41 ‐
Dostları ilə paylaş: |