KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Bölgüyə fokuslanmış 
toplumlar 
 
İqtisadi  ədəbiyyatda  iqtisadi  sistemlərdən  bəhs  edərkən 
sərbəst  bazar  iqtisadiyyatı,  inzibati  amirlik  sistemi  və  qarışıq 
sistemlərin adı çəkilir. Bu sistemlərin hansı prinsiplər əsasında 
qurulmasından və bir‐birindən hansı xüsusiyyətləri ilə fərqlən‐
məsindən  tez‐tez  bəhs  edilsə  də  adətən,  məsələnin  (sistemlə‐
rin) mahiyyətindən çox təsvirinə daha geniş yer verilir. Və bu 
zaman sistemlərin birinin digərindən üstün və çatışmayan cə‐
hətləri  elə  bir  üslubda  ələ  alınır  ki,  insan  məlumat  sahibi  ola 
bilsə də fikir sahibi ola bilmir. Yazımızda bu sistemlər arasında 
mövcud olan, lakin dərs kitablarında yer almayan fundamen‐
tal bir xüsusiyyət üzərində dayanacağıq. 
İstənilən iqtisadi sistemin əsasını istehsal və bölgü münasi‐
bətləri təşkil edir. Yəni istehsal və bölgünün hansı formada hə‐
yata  keçiriləcəyi  eyni  zamanda  sistemlər  arasındakı  fərqi  də 
ortaya  qoyur.  Bilindiyi  kimi,  sərbəst  bazar  iqtisadiyyatında 
adından  da  göründüyü  kimi  fəaliyyət  və  rəqabət  sərbəstliyi, 
fərdiyyətçilik, şəxsi mülkiyyət və sərbəst işləyən qiymət mexa‐
nizmi hökm sürür. Ən əsası isə odur ki, istehsalda fərdi təşəb‐
büs əsas alındığı kimi, bölgüdə də bu prinsip qorunur. Dolayı‐
silə fərdi təşəbbüskarlıq sayəsində istehsal nəticəsində yaradı‐
lan əlavə dəyərin bölgüsü də bazar mexanizmi vasitəsilə həya‐
ta  keçirilir.  Hər  kəs  əlavə dəyərin  yaradılmasında  sahib  oldu‐
ğu  paya  uyğun  olaraq  həmin  əlavə  dəyərin  bölgüsündən  də 
təqribən eyni nisbətdə pay almış olur.
50
İnzibati amirlik sistemində isə, həm istehsal həm də bölgü 
münasibətləri  dövlət  nəzarətindədir.  Sərbəst  bazar  iqtisadiy‐
yatında başlıca aparıcı qüvvə olan fərdin, inzibati amirlik siste‐
                                                 
50
 İlkin Sabiroğlu, “Bölgüyə fokuslanmış toplumlar”, IqtisadNet, 9 fevral 2005, 
http://www.iqtisad.net/is021.htm, (01.03.2006). 
 
‐ 39 ‐


İlkin Sabiroğlu 
mində  özəl  mülkiyyətə  sahib  olmaq  haqqı  və  mülkiyyət  hü‐
quqları  yoxdur.  Əlavə  dəyəri  yaradan  və  onun  bölgüsünü 
həyata  keçirən  dövlət  olduğundan,  hər  kəs  kollektiv  istehsal 
prosesində  yer  almaq  yerinə  əlavə  dəyərin  bölgüsündə  daha 
yaxından iştirak etmək istəyir. Çünki iqtisadi münasibətlər sis‐
temində  istehsal  öz‐özlüyündə  məqsəd  deyil.  Məqsəd  yaradı‐
lan əlavə dəyərin bölgüsündən daha çox pay ala bilməkdir. Bu 
isə  dövlətin  bürokratik  iyerarxiyasında  daha  üst  mövqelərdə 
yer  ala  bilmək  üçün  amansız  bir  rəqabətin  mövcudluğunu 
şərtləndirir.  Bir  növ  sərbəst  bazar  iqtisadiyyatındakı  sağlam 
rəqabəti  qəbul  etməyən  inzibati  amirlik  sistemi  gizli  bir  rəqa‐
bəti öz bətnində bəsləyir. 
Qarışıq və keçid iqtisadiyyatı kimi sistemlərdə isə, ortodoks 
iqtisad  ənənəsinin  təmsilçilərindən,  “Ümumi  Tarazlıq  Anali‐
zi”nin banisi Leon Walrasın arzuladığı kimi istehsalda fərdiy‐
yətçilik  hakim  olsa  da,  bölgüdə  deyure  və  ya  defakto  (bəzən 
də hər ikisi) ictimailik əsas alınır.
51
 Yəni yaradılan əlavə dəyər 
bazar mexanizmi ilə deyil, dövlət və siyasət üzərindən paylaş‐
dırılır. Əlavə dəyərin belə bölgüsü fərdlərin istehsal prosesinə 
marağını azaldır, fərdi təşəbbüskarlıq ruhunu aşağı salır. Nəti‐
cədə  inzibati  amirlik  sistemində  olduğu  kimi  rəqabət  istehsal 
və  bazar  müstəvisindən  bölgü  və  siyasət  müstəvisinə  keçir. 
Sanki “vəhşi kapitalizm” üçün simvollaşdırılan “insan insanın 
qurdudur” məntiqi ictimai və fərdi yaşamda davranış norma‐
larını müəyyənləşdirməyə başlayır. 
İqtisadi  münasibətlər  maddi  nemətlərin  istehsalı,  bölgüsü, 
mübadiləsi  və  istehlakı  prosesində  insanlar  arasında  münasi‐
bətləri  əks  etdirir.  Lakin  burada  əsas  olan  bölgüdür.  İnsanlar 
istehsal prosesinə qoşulurlar ki, bölgüdən daha çox pay ala bil‐
                                                 
51
 Ercan Eren, “Leon Walras ve “Bilimsel” Sosyalizm Anlayışı”, Maliye Yazıları
Mart‐İyun 1989, səh.40‐44., http://www.ikt.yildiz.edu.tr/eren/walras.pdf. 
(01.03.2006) 
 
‐ 40 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
sinlər və nəticədə istehlak və mübadilə prosesində daha əlve‐
rişli şərtlərdə iştirak edə bilsinlər. 
İstehsalda olduğu kimi bölgüdə də fərdi təşəbbüs əsas alın‐
dığı  zaman  cəmiyyətin  təşəbbüskar qüvvələri  istehsala  fokus‐
lanmış olur. Bu fokuslanma zamanla istehsal münasibətlərinin 
və istehsal tərzinin inkişafına yol açır. 
Nobel Mükafatı Laureatı iqtisadçılardan Milton Friedmanın 
qeyd  etdiyi  kimi,  “Sərbəst  bazarın  mövcudluğu  dövlətə  olan 
ehtiyacı  aradan  qaldırmaz.  Dövlət  “oyunun  qaydaları”nı  mü‐
əyyənləşdirmək üçün və bu qaydaları tətbiq etmək üçün zəru‐
ridir. Bazar mexanizminin vəzifəsi, siyasi vasitələrdən istifadə 
edərək  alınan  qərar  və  tətbiq  sahələrini  və  dövlətin  birbaşa 
oyuna qoşulmaq istədiyi sahələri daraltmaq və məhdudlaşdır‐
maqdır.”
52
  Doğrudan  da  dövlətin  və  siyasi  hakimiyyətin  hər 
hansı formada istehsal və bölgü üzərindəki hökmranlığı isteh‐
sal prosesinə qoşulmaq həvəsini və fərdi təşəbbüskarlıq ruhu‐
nu  zəiflədir,  sadəcə  bölgüyə  fokuslanmış  bir  toplumun  doğ‐
masına səbəb olur. Belə bir toplum əlavə dəyər yarada bilmə‐
diyindən “yoxsulluğun qısır ilgəyi”ndən azad ola bilmir. 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
52
 Hikmət A.Hacızadə, “Demokratiya: Gediləsi Uzun bir Yol”, Demokratiya və 
Antidemokratiya Antologiyası, FAR CENTRE, Bakı, 2001. səh.352. 
 
‐ 41 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə