KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

İlkin Sabiroğlu 
Ştatlarının İraqda, İranda parçalanmaya getmədən rejim dəyi‐
şikliyinə  can  atmasının  arxasında  dayanan  səbəb  də  budur. 
ABŞ‐ı  qloballaşmaya  yönləndirən  və  bu  sahədə  onu  super 
gücə çevirən qüvvə isə amerikan burjuaziyasıdır. Çünki ameri‐
kan burjuaziyası Amerikadan əvvəl qloballaşmaqdadır. 
Azərbaycanın  da  yeni  dünya  düzənində  özünə  layiqli  yer 
tutması  inkişaf  etdirəcəyi  milli  burjuaziyası  sayəsində  olacaq. 
Qloballaşma prosesində öz səsimizi duyura bilməmiz üçün ilk 
öncə milli dövlət olmağımız lazımdır. Unutmayaq ki, bunu ba‐
carmayan  İraq,  İran  və  Əfqanıstan  kimi  dövlətləri  zorla  milli‐
ləşdirməyə  çalışırlar.  Qloballaşma  isə  milli  demokratik  dövlət 
quruculuğundan sonrakı prosesdir. 
Burjuaziya, məhz özünün dinamizmi ilə hər zaman ictimai 
transformasiyada çox əhəmiyyətli rol oynamışdır. Bərqərar et‐
mək  istədiyi  sistemin  çağdaş  adı  isə  xalq  kapitalizmidir.  Xalq 
kapitalizminin  hakim  olduğu  dövlət  şəkli  isə  Milli  Dövlətdir. 
Ona  görə  də  milli  burjuaziyaya  sahib  olmayan  dövlət  milli 
dövlət ola bilməz... 
Tarixçilər  Azərbaycanda  milli  burjuaziyanın  formalaşma 
tarixini  XIX  əsrin  birinci  yarısına,  Çar  Rusiyasının  müstəmlə‐
kəçilik dövrünə qədər geriyə götürürlər. Dəlil olaraq da XX əs‐
rin  əvvəllərində  neft  sənayesində  olan  167  firmadan  49‐nun 
azərbaycanlılara  məxsusluğu,  Bakıdakı  204  sənaye  müəssisə‐
sinin sahibi olan 115 sahibkarın da 18 faizini azərbaycanlıların 
təşkil etməsi göstərilir. 
Biz  iqtisadçılar  bu  məsələdə  tarixçilərimizdən  fərqli  düşü‐
nürük. Bir kərə XIX əsrin ikinci yarısından XX əsrin əvvəlləri‐
nə qədər ortada nə Azərbaycan adlanan milli dövlət və nə də 
milli  bazar  mövcuddur.  Bəhs  edilən  azərbaycanlı  zənginlər 
Çar  Rusiyasının  vətəndaşlarıdır  və  təbii  olaraq  vergilərini  də 
Çar Rusiyasının hərbi, iqtisadi, siyasi inkişafı üçün ödəyirdilər. 
O cümlədən bu gün dünyanın bir çox ölkələrində Azərbaycan 
əsilli olub da Azərbaycanla iqtisadi, ictimai və siyasi anlamda 
 
‐ 66 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
heç bir bağı olmayan zəngin insanlar yaşayır. İqtisadi anlamda 
biz  onları  da  Azərbaycanın  milli  burjuaziyası  kateqoriyasına 
daxil  etmirik.  Çünki  Azərbaycanın  milli  burjuaziyasını  milli 
dövlətlə paralel və əlaqəli şəkildə düşünmək lazımdır. 
Bu  aspektdən  baxdığımız  zaman  görürük  ki,  keçən  əsrin 
əvvəllərində  qurulan  və  çox  qısa  bir  tarixi  olan  Azərbaycan 
Demokratik  Respublikası  (ADR)  da  məhz  milli  burjuaziyanın 
olmamasından əziyyət çəkmişdir. Milli burjuaziya milli dövlə‐
ti  quran  və  öz  maraqları  üçün  onu  sonadək  qoruyan  bir  güc‐
dür.  Amma  ADR  milli  burjuaziya  olmadan  o  dövrün  geopo‐
litik konyukturasına uyğun olaraq, əlverişli mühitdən yararla‐
nılaraq quruldu. Və yenə o dövrün geopolitik konyukturasına 
uyğun  olaraq,  əlverişsiz  mühitdən  təsirlənərək  işğal  edildi. 
Doğrudan  da  Məmməd  Əmin  Rəsulzadə  “heç  nədən  bir  bay‐
raq və dövlət yaratdı” və yenə də heç nədən o dövləti qısa bir 
zamanda itirdik. 
Ardından XX əsrin sonlarında Sovetlər Birliyinin dağılması 
ilə,  yenə  konyukturaya  uyğun  olaraq  müstəqil  Azərbaycan 
Respublikası quruldu. Bu respublikanın milli demokratik döv‐
lətə  çevrilə  bilməsi  üçün  milli  burjuaziyaya  ehtiyac  var.  Ma‐
raqlıdır  ki,  Çar  Rusiyası  dövründə  H.Z.Tağıyev  kimi  bir  neçə 
azərbaycanlı  burjuanın  adını  sıralamaq  mümkün  olsa  da  indi 
belə bir sıralama aparmaq mümkün deyil. Çünki ölkədə milli 
burjuaziyanın yerini məmur burjuaziyası tutub. 
İnformasiya Çağında artıq çoxdan milli dövlət olma prose‐
sini  tamamlamış  dövlətlər  Avropa  Birliyi  nümunəsində  oldu‐
ğu kimi daha üst formasiyalara keçməkdədirlər. Buna baxma‐
yaraq  obyektiv  və  subyektiv  səbəblərdən  XXI  əsrdə  Azərbay‐
can kimi hələ də milli dövlət olma prosesini tamamlaya bilmə‐
miş  ölkələr  də  mövcuddur.  İctimai  transformasiyanı  yaşaya 
bilməmələrinin başlıca səbəblərindən biri də milli burjua təbə‐
qəsinə  sahib  olmamalarıdır.  Milli  burjuaziyanın  formalaşması 
çox çətin bir proses olmaqla yanaşı müstəqilliyini qazandıqdan 
 
‐ 67 ‐


İlkin Sabiroğlu 
sonra  Azərbaycanda  milli  burjuaziyanın  formalaşmasını  ən‐
gəlləyən  bir  sıra  amillər  mövcud  olmuşdur.  Burjuaziya  ilkin 
kapital  yığımı  nəticəsində  ortaya  çıxmış  təbəqədir.  İlkin  kapi‐
tal yığımını əngəlləyən amillər dolayısı ilə milli burjuaziyanın 
formalaşmasını  da  əngəlləmiş  olur.  Bu  amilləri  qısaca  dörd 
mərhələdə sıralamaq mümkündür: 
‐  Azərbaycanda  milli  burjuaziyanın  formalaşmasını  əngəl‐
ləyən  birinci  mərhələni  Sovetlər  Birliyinin  süqutu  ərəfəsində 
əhalinin  külli  miqdarda  vəsaitinin  “Əmanətbank”  vasitəsilə 
buxarlanması  təşkil  etmişdir.  Həmin  vəsait  cəmiyyətin  ilkin 
kapital yığımını təşkil edirdi və məlumdur ki, milli burjuaziya 
məhz  ilkin  kapital  yığımından  sonra  meydana  çıxır.  İndeksa‐
siyadan sonra həmin vəsaitin ‐ əmanətlərin təqribən 3,7‐4 tril‐
yon  manat  və  ya  750‐800  milyon  dollar  təşkil  edəcəyi  rəsmi 
açıqlamalarda dəfələrlə dilə gətirilmişdir. 
‐  Daha  sonra,  90‐ci  illərin  birinci  yarısında  milyonlarla  və‐
təndaşımızın  böyük  həcmli  vəsaitinin  ölkədə  fəaliyyət  göstə‐
rən ilk özəl (“Naxçıvan‐Türk”, “Vahidbank”, “Ərgünəş MMS” 
və s.) və bir sıra dövlət bankları tərəfindən sovrulması cəmiy‐
yətin ilkin kapital yığımını, dolayısı ilə milli burjuaziyanın for‐
malaşmasını əngəlləyən  ikinci  ən  mühüm  mərhələni təşkil et‐
mişdir. 
‐  Milli  burjuaziyanın  formalaşmasını  əngəlləyən  üçüncü 
mərhələni respublikada aparılan özəlləşdirmə prosesi təşkil et‐
mişdir. 1995‐ci ildən start verilən və hələ də yekunlaşmaq bil‐
məyən bu özəlləşdirmə prosesi, ölkədə 70 il ərzində yaradılan 
maddi əmlakın, yəni ölkənin fiziki kapital ehtiyatının dağıdıl‐
masından  başqa  bir  şey  deyildi.  Özəlləşdirmə  başlanandan 
2001‐ci  ilin  birinci  yarısına  qədər  1  faizdən  belə  az,  təqribən 
60000  nəfərdən  bir  qədər  artıq  insan  özəlləşdirilən  müəssisə‐
lərdə səhm sahibi ola bildi. Həmin dövrə qədər paylanılan çek‐
lərin  isə  yalnız  15.2  faizindən  istifadə  oluna  bilmişdi.  Çeklər‐
dən  son  istifadə  müddətinin  dəfələrlə  uzadılmasına  baxma‐
 
‐ 68 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə