KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
lərdə  dünya  ölkələri  arasında  birbaşa  xarici  investisiyaların 
cəlb edilməsi performansı üzrə indeks sıralamasında 3‐cü yer‐
dədir.
101
Böyük neft və qaz layihələrinin həyata keçirilməsi sayəsin‐
də  Azərbaycanda  ÜDM‐nin  bir  neçə  ilə  ikiqat  artacağı  proq‐
nozlaşdırılır. Kapital/məhsul əmsalının təqribən 4,6 olması isə 
iqtisadiyyata  kapital  qoyuluşlarının  bunun  təqribən  beş  qatı 
qədər artacağını göstərir. İldən‐ilə ölkənin, xüsusilə neft sekto‐
runa investisiyaların artan xətt üzrə inkişafı belə deməyə əsas 
verir  ki,  xarici  şirkətlər  Azərbaycanda  “devrim”  yerinə  “ev‐
rim”, yəni, inqilab yerinə təkamül formulunu müdafiə edirlər. 
Yüz  ildən  artıqdır  ki,  neft,  Azərbaycan  xalqının  (Cənubu 
Azərbaycanı  da  nəzərdə  tuturam)  taleyini  müəyyənləşdirən 
mühüm  amil  kimi  çıxış  edir.  Bu  amili  düzgün  qiymətləndirə 
bilməyən heç bir siyasi qüvvə uğur qazana bilməyib. 
V.İ.Lenin  1918‐ci  il  iyunun  30‐da  İ.V.Stalinə  yazırdı  ki,  al‐
manlar...  “Söz  verirlər  ki,  türkləri  Bakıya  qoymasınlar,  özləri 
də neft istəyirlər... Bakını əldə saxlamaq üçün indi ən ciddi im‐
kanlar vardır. Neftin bir qismini, əlbəttə, verərik”. 
İ.V.Stalin  M.C.Bağırov  vasitəsilə  Cənubi  Azərbaycandakı 
vəziyyəti öyrənir və Seyid Cəfər Pişəvərinin liderliyindəki hə‐
rəkatı dəstəkləyirdi. 1945‐ci ildə Pişəvəri ilə Bağırovun bu mə‐
sələlərlə  bağlı  Sovet  Azərbaycanında  görüşü  də  olmuşdu.  La‐
kin  1946‐cı  ildə  İran  hökumətinə  başçılıq  edən  Qəbavülmüş‐
Səltənə  Sovet  hökumətinin  “birtərəfliliyini”  əldə  etmək  üçün 
Moskvaya  gedərək  Stalinlə  görüşdü.  Danışıqlar  nəticəsində 
Sovet  hökumətinin  Şimali  İranda,  o  cümlədən  Cənubi  Azər‐
baycanda  çoxdan  arzuladığı  neft  axtarışı  və  çıxarılması  kon‐
sessiyası  haqqında  müqavilə  hazırlandı.  Müqavilə  1946‐cı  il 
aprelin 4‐də Tehranda imzalandı. Mayın 8‐də isə Stalin Pişəvə‐
                                                 
101
 World Investment Report 2004, United Nations Conference on Trade and 
Development, səh.13., http://www.unctad.org/en/docs/wir2004_en.pdf. 
 
‐ 93 ‐


İlkin Sabiroğlu 
riyə  göndərdiyi  məktubda  Azərbaycanı  tələblərindən  geri  çə‐
kilməyə, “aza  qane  olmağa”  çağırırdı. Sovet  Dövləti  BMT  TŞ‐
nın tələbi ilə hərbi hissələrinin İrandan çıxarılmasını sürətlən‐
dirdi  və  mayın  8‐də  onu  başa  çatdırdı.  Fədailərin  mübarizəsi 
mərkəzi  hökumət  tərəfindən  boğuldu.  1947‐ci  ildə  isə  Qəba‐
vülmüş‐Səltənənin nəzərdə tutduğu kimi parlament bu müqa‐
viləni təsdiq etmədi, çünki mərkəzi hökumət artıq istədiklərini 
əldə etmişdi. 
Belə faktları kifayət qədər artırmaq mümkündür. Görünən 
odur ki, keçmiş acı təcrübələrimizin əksinə, mövcud hakimiy‐
yət  neft  amilindən  çox  ustalıqla  istifadə  etməyi  bacarır.  Artıq 
Bakı‐Tbilisi‐Ceyhan  Əsas  İxrac  Boru  Kəməri  fəaliyyətə  başla‐
yacaq. Həmçinin Qazaxıstanın da gələcəkdə BTC‐yə qoşulaca‐
ğı  aydınlaşıb.  Bu  isə  kəmərin  rentabelliliyini  artıracaq.  Digər 
tərəfdən, hökumət neft amilindən beynəlxalq siyasətdə də, xü‐
susilə Dağlıq Qarabağ probleminin həllində irəliləyişə nail ol‐
maq üçün intensiv şəkildə yararlanmağa çalışır. 
Bu fikirlər ölkə prezidentinin (İlham Əliyev) çıxışından gö‐
türülüb:  “...  neft  bizim  üçün  vasitədir.  Mən  hesab  edirəm  ki, 
biz bu vasitədən çox səmərəli istifadə etdik. Azərbaycan artıq 
dünyada  tanındı.  Ölkəmizə  milyardlarla  dollardan  artıq  sər‐
mayə  gətirilib  qoyuldu.  Azərbaycan  öz  iqtisadiyyatının  neftlə 
bağlı olan digər sektorlarının da xeyrini götürdü, orada inkişaf 
müşahidə  olundu.  Azərbaycanda  infrastruktur,  xidmət  sekto‐
ru sahəsində böyük irəliləyiş var. Minlərlə gənc vətəndaşımız 
xarici  ölkələrdə,  yaxud  da  xarici  ölkələrin  Azərbaycanda  fəa‐
liyyət göstərən şirkətlərinin təşkil etdiyi kurslarda öz təhsilini 
təkmilləşdiribdir.”
102
Rəngli  inqilablarla  respublikaların  demokratik  respublika‐
lara çevrilməsi istənir. Respublika latınca “Res publica” sözün‐
                                                 
102
 “Azərbaycanın Yeni Neft Strategiyası”, Azərbaycan Respublikası Dövlət Neft 
Şirkəti, http://www.socar.gov.az/oilmen.php?define=oil_strategy&id=1, 
(10.02.2006). 
 
‐ 94 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
dən gəlir, mənası “xalq üçün, xalqa aid” deməkdir. Demokra‐
tiya  da  eyni  şey  deyilmi?  Demokratiya  da  latınca  “Demos” 
(xalq)  və  “Cracy”  (idarəetmə)  kəlmələrindən  yaranıb.  Anlamı 
“xalq hakimiyyəti” deməkdir. Şimali Koreya isə, hətta “Koreya 
Xalq  Demokratik  Respublikası”  adlanır,  amma  ölkədə  demo‐
kratiya yoxdur. 
Demək ki, zehniyyətlərdə inqilab olmayınca ölkələr demo‐
kratikləşmir.  İlk  rəngli  inqilab  Gürcüstanda  baş  verdi.  Lakin 
son  beynəlxalq  hesabatlar  Gürcüstanda  iqtisadi  azadlıqların 
çox aşağı səviyyədə olduğunu, işgəncələrin davam etdiyini or‐
taya qoyur. Çünki hakimiyyət dəyişsə də, zehniyyət dəyişmə‐
yib.  Zehniyyət  dəyişməsi isə  hər  bir  vətəndaşda  hiss  olunma‐
lıdır. 
Müstəqillik sonrası Azərbaycanın daxili siyasi ab‐havası da 
demokratik  seçki  mövzusu  üzərindəki  qısır  müzakirələrə  fo‐
kuslanıb.  Demokratiya  vətəndaşların  istədikləri  şəxsləri  seç‐
məsi və seçdikləri şəxslərin onların ödəmiş olduqları vergilərlə 
onlara necə xidmət etmələrinə nəzarət etmələri deməkdir. Elə 
“rifah dövləti” də “xalqın vergiləri ilə bəslənən dövlət modeli” 
deməkdir.  Hələlik  Azərbaycan  cəmiyyətində  demokratiyaya 
sifariş  yoxdur.  Çünki,  dövlət  büdcəmizdə  birbaşa  və  dolaylı 
şəkildə neftin payı yüksək olduğundan “neft ilə bəslənən döv‐
lət  modeli”  yaratmışıq.  “Forbes”  jurnalındaki  bir  məqalədə 
qeyd olunur ki, Səudiyyə Ərəbistanı kimi bir sıra neftlə zəngin 
ərəb  ölkələrində  dövlət,  ümumiyyətlə,  gəlir  vergisi  almırmış. 
Büdcə  neft  gəlirləri  hesabına  formalaşır.  Vətəndaş  vergi  ödə‐
mədiyi  üçün  dövlətdən  hansısa  ciddi  xidmətlər  gözləmir  və 
vətəndaşla  dövlət  arasındakı  qarşılıqlı  öhdəliklər  inkişaf  edə 
bilmir.
103
 Azərbaycanda da vergi ödəyən cəmiyyət modeli orta‐
ya çıxara bilmədiyimizdən, xarici ekspertlər ölkədə demokrati‐
                                                 
103
 Ömer Taşpınar, “Petrol ve Arap ekonomileri”, “Forbes‐Türkiye” jurnalı
Oktyabr 2005, səh.33. 
 
‐ 95 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə